(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Böyümək üçün GROW 2020: III yazı

Böyümək üçün GROW 2020: III yazı

 
AFFA elan etdiyi yeni strategiyada ölkə futbolunun bir parçası olan hər kəsi birləşdirməyi nəzərdə tutur. Bu, növbəti 5 ildə qurumun ambisiyalarına çatmaqda əsas məqsədidi. Maliyyələşmə də daxil olmaqla, illik planlaşdırmaya nəzarət edəcək assosiasiya bununla hədəfə irəliləmək istəyir.
 
Proqramın 1-ci hissəsi İŞTİRAKÇILARI ARTIQRMAQ (Oyunçu iştirakını 20% artırmaq) adlandırılıb. Futbolu hər kəs üçün təşkil etmək istəyən AFFA bəzi statistik məlumatları açıqlayıb.
 
Rəqəmlərə inansaq, son dövrlərdə (konkret illər göstərilməyib – red.) uşaqların 69%-i futbol oynamayıb, 15%-i müəyyən müddət oynayıb, hazırda isə yalnız 8%-i bu işlə məşğuldu. 82% yetkin insanın futbol oynamadığı qeyd olunan proqramda 16%-in müəyyən müddət, 5%-in isə hələ də top qovduğu vurğulanır. AFFA bu rəqəmləri dəyişməklə insanları futbola həvəsləndirmək, dövlətə sağlam insanların sayını artırmaqda kömək etmək istəyir.
 
Müxtəlif təşəbbüslərlə bağlı Gənclər və İdman Nazirliyinə, habelə Təhsil Nazirliyinə müraciət edəcək AFFA böyüklərin futbolda iştirak sayını 34%-ə kimi artırmaq niyyətindədi. Elə strategiyanın bu cümlələrini oxuyarkən Bakı Olimpiya Stadionunda təşkil olunan Mini Futbol Liqasının məramı daha da aydın olur. Hərəsində 15 futbol həvəskarını birləşdirən 42 komanda 630 nəfərin futbol ailəsinə daxil olmasına yaradılan şəraitdən bəhrələnir. Gələcəkdə bu layihənin regionlara yayılması ilə say daha da artacaq və 34%-ə doğru addım atılacaq.
 
21000 oğlan və 2800 qız oyunçunun mübarizə aparacağı gənclər turnirinin təşkili də maraqlıdı. Hazırda AFFA klubları hər yaş qrupu üzrə komanda saxlamağa məcbur edir və bu, lisenziya tələbidi. Amma bununla hədəf kimi göstərilən rəqəmin yalnız 10 faizini reallaşdırmaq olar. 9 liqa üzrə mübarizə aparan 10 elita komandası ümumilikdə 90 komandanı bir araya gətirir. Onların hərəsində 20 futbolçu olsa, bu, 1800 gəncin top qovması deməkdi. Müxtəlif məktəblərin, nazirlik nəzdindəki komandaların, elita təmsilçisi olmayanların təmsilçilərini də nəzərə alsaq, yenə də say kifayət qədər azdı, hədəf kimi göstərilən 21000-ə çatmır.
 
AFFA-nın ötən mövsüm üçün hazırladığı hesabatdan müəyyən rəqəmlər götürmək olar. Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin 2015-ci il üçün hesabatına görə liqalarda oyunçu sayı belədi:
U-10 – 1131
U-11 – 1514
U-12 – 1750
U-13 – 1811
U-14 – 2025
U-15 – 373
U-16 – 391
U-17 – 314
U-19 – 312
 
Yekunda bəlli olur ki, 9 liqada 9621 gənc futbol oynayır. Bu rəqəm özü də dəqiq deyil. Əvvəla, ona görə ki, böyük pullar xərclənən hesabat proqramı səhvlərlə doludur və bir səhifədə yazılan rəqəmlə digərindəki üzt-üstə düşmür. Ona görə də bəzi liqalardakı statistikaları hesablamaq üçün əlavə mənbələrə ehtiyac duyduq. Bundan başqa, futbolçuların peşəkarlığa doğru getdiyi ən yüksək yaşlı son 4 liqada sayın kəskin azalması diqqət çəkir. U-14 Liqasında 2025 uşaq olubsa, U-19-da bu say 312-yə bərabərdi. Deməli, 1713 uşaq təhsildən qismən yayınıb, eləcə də futbolçu ola bilməyib. Bu isə əlavə problem yaradır, onların həyatını dəyişir. AFFA-nın prioritet vəzifələrindən biri məhz bunun qarşısını almaq olmalıdı. Say düzəltmək hələ heç nə deyil.
 
Qızlar liqasında mənzərə daha pisdi. Rəqəmlərə ehtiyac duymuruq, təkcə bu amili diqqətə almaq lazımdı ki, elita klubları bu şərtə sırf lisenziya tələbi olduğu üçün əməl edir və keyfiyyət olduqca aşağıdı. Buna görə də milli komandamızın şərəfini gürcülər, eləcə də digər əcnəbilər qoruyur.
 
Bəs,reallıq 9621 nəfərdisə, hədəf kimi 21000 göstərilməsinin səbəbi nədi? Cavabı müxtəlif layihələr çərçivəsində keçirilən yarışlardı. Məktəbli kuboku kimi mövsümi layihələr, ciddi perspektiv vəd etməyən yarışlarla hədəf kimi göstərilən rəqəmlərə çatmaq olar. Lakin etiraf etməliyik ki, bununla “Grow 2020” strategiyası düz gəlmir. Bu, həqiqi böyümək deyil. Kəmiyyətdənsə keyfiyyətə üstünlük vermək lazımdı. Düzdü, kütləvilik də lazımdı, lakin bunu hansısa məktəbli kuboku ilə yox, elə həmin liqaları bütün bölgələrə böyütməklə reallaşdırmaq məsləhətdi. Liqaların əhatə dairəsi o dərəcədə böyüməlidi ki, hər liqada 2000-3000 uşaq mübarizə aparsın. O zaman 21000-lik hədəf həm daha real, həm də nəticələri sevindirici olar.
 
AFFA futbol dərsinin tədris olunduğu 23 pilot məktəbin sayını 500-ə çatdırmaq istəyir. Bu fakt da göstərir ki, qurum iştirakçı sayını əsasən məktəblilər sayəsində artırmaq niyyətindədi. Amma əvvəlcə pilot layihəsinin effekti haqqında hesabat olmalı və “Grow 2020” layihəsində əksini tapmalıydı. Məhz burada izah olunmalı idi ki, həqiqətən də futbol dərsinin təbliğinin nəticələri necədi və 23 məktəbin sayını həqiqətən də 500-ə çatdırmaq zərurəti var.
 
Proqramda qızların futbolda iştirak sayının 100 faiz artırmaq üçün əlavə imkanlar yaradılacağı qeyd olunub. Necə? Bax, bu məqam strateji planda əksini tapmayıb. Görünür, hətta AFFA da bunun yolunu tapa bilmir. Reallıq var: milli mentaliteti və ənənələri nəzərə alaraq demək olar ki, bu, mümkünsüzdü. Ona görə də qadın futbolunda bu qədər dirənməkdənsə, daha perspektivli işlərlə məşğul olmaq lazımdı.
 
FUTBOLİNFO.AZ

 
tarix: 13-11-2016 16:39


 
Xəbər lenti
29.06.2017

13:10   "Zirə” daha bir futbolçu sifariş etdi

13:00   "Qarabağ" - "Dinamo" - 0:1 - VİDEO

12:50   “Qarabağ”ın rəqibi daha iki futbolçu aldı

12:40   “Mladost”un futbolçusu ilk oyundan ancaq qələbə gözləyir

12:31   "Qarabağ" “CBC Sport”u istəmədi

12:20   Almaniya Meksika ilə üz-üzə - YENİLƏNİR

12:19   AFFA yenidən pul dalınca qaçan məşqçiyə qucaq açdı

12:10   Avropa Liqasında yeni mövsüm başlayır - YENİLƏNİR

12:00   "Qarabağ" ÇL-də çıxış edəcək komanda təsiri bağışlamadı"

11:45   "İnter" Serbiyada çətin sınaq qarşısında - YENİLƏNİR

11:30   Portuqaliyadan Fransa klubuna

11:30   “Mladost”un baş məşqçisi: "Bu yol bizi uğura aparır"

11:15   "Zirə" avrokuboklarda debüt matçına çıxır - YENİLƏNİR

11:00   “TOPAZ”DA BU GÜN

10:42   "Qalatasaray"ın yeni transferi İstanbulda - FOTO

10:30   Bundesliqa klubunda yeni hücumçu

10:12   "İnter" "Mladost"la matça tam hazırdı - FOTOLAR

10:02   “Kəpəz”in yeni legionerləri Bakıya gəlməyəcək

09:51   "Qarabağ" - "Samtredia" matçı canlı yayımda

09:47   "Sampdoriya"nı "Sportinq"ə dəyişdi

09:30   "Malaqa" fransız müdafiəçi aldı

09:12   Paytaxt klubunda yeni müdafiəçi

09:01   “Neftçi”: əvvəl “Şalke”, ardınca “Əl Səəd”

01:00   ÇL-də növbəti qələbə "Linfild"dən gəldi

00:50   Portuqaliya Çiliyə belə uduzdu - VİDEO

00:40   İlk finalçı Çili oldu

00:20   Millimizin üzvü oynadı, 9 qola sevindi

00:10   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

28.06.2017

22:30  Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”

22:00  “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO

21:40  Azarkeşləri "Zirə"ni tək qoymadı - FOTOLAR

21:30  “Differdanj”ın büdcəsi 1 milyon 300 min avrodu”

21:20  Karzaniqa: "Belə havada oynamağa öyrəşmişik"

21:10  "Debüt mövsümümüzü uğurlu keçirməyə çalışacağıq"

21:00  "Mladost" - "İnter" oyunu da CBC Sport-da!

20:30  "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi

20:00  "Qəbələ"nin yeni transferi - VİDEO

19:00  Endryu Hallidey rəsmən “Qəbələ”də!

18:00  "Differdanj"ın futbolçuları Bakıya gəlmək üçün iş yerlərindən icazə alıblar

17:40  "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq

17:20  Rəfiyevin sayəsində yağmalanan SOCAR

16:40  "Dinamo"nun saytı "Qarabağ"dan yazdı

16:20  Millimizin sabiq üzvünün yeni klubu məlum oldu

16:00  "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO

15:40  "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək

15:20  Dani Alveş “Yuventus”la vidalaşdı

15:00  "Qəbələ" Zalsburq toplanışına start verdi

14:40  ÇL-in 30 oyunu canlı yayımla "Facebook"da!

14:20  Andreas Bek: "Beşiktaş"ı tərk etmək niyyətim yoxdu"

14:00  "Zirə"nin oyununa 4 min bilet satılıb

13:40  Paşayevin "Neftçi"yə gələcəyinə dair ehtimallar artdı

13:20  "Zirə"yə nəzirə 

13:00  “Ronaldonun bizə acıqlı olduğunu bilirəm”

12:40  “TOPAZ”DA BU GÜN

12:20  "İnter"dən "Sevilya"ya

12:00  Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək

11:00  "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı

10:30  Fransa klubunda baş məşqçi dəyişikliyi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az