(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”da az oynadığım üçün getmək qərarına gəldim"

“Qarabağ”da az oynadığım üçün getmək qərarına gəldim"

Xəbər verdiyimiz kimi, “Simurq” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu ötən mövsüm icarə əsasında heyətinə qatdığı Murad Səttarlı ilə ilyarımlıq müqavilə imzalayıb. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına müsahibə verərək, transferi ilə bağlı təəssüratlarını bölüşüb:
 
- Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istəyərdik...
- Çox şadam ki, yenidən buradayam. Əslində, bu keçid mövsümün əvvəlində reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azarkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəm.
 
- Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?
- “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verir. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.
 
- Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdi bərpa prossesi keçirsən. Səncə, bu, “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?
- Hər şey özümdən asılıdı. İnşallah, əziyyət çəkib bu çətinliyi də tezliklə aradan qaldıracam. Yalnız oyun təcrübəsi baxımından çatışmazlığım var. Ancaq inanıram ki, məşqçilərimində köməyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam.

- "Simurq" təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prossesindən gözləntilərin nədi?
- Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəm və bu hazırlıq prossesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacayam. “Simurq”un uğurları üçün çalışacağam.
 
- Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyinməyin üçün hansı çatışmazlıqların var?
- Həqiqətən də çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun stilinə bələdəm. Təbii ki, məşqçilər də mənə inanaraq bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmazlıqlarımı aradan götürməyə çalışacam və məşqçilərimdən şans gözləyəcəm.
 
- “Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Buradan azarkeşlərə nə deyərdin?
- Hər birinə dəstəyə görə "çox sağ ol" deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azərkeşlərimizi sevindirərik.

 
tarix: 08-01-2014 20:05


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az