(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Araz Naxçıvan"a şübhə ilə yanaşanlar vardı"

"Araz Naxçıvan"a şübhə ilə yanaşanlar vardı"

"Araz Naxçıvan"ın baş məşçisi Əsgər Abdullayevin futbolinfo.az saytına müsahibəsi
 
- Komandanızın ilk dövrədəki çıxışını necə dəyərləndirərdiz?
- Komandanın normal çıxış etdiyini deyə bilərəm. "Araz Naxçıvan"ın yaranacağına şübhə ilə yanaşanlar vardı. Bütün bunlara baxmayaraq, komanda yaradıldı. Komandaya gəlmək istəməyənlər vardı. Bütün bunları nəzərə alsaq, indiki nəticəmiz normaldı.
 
- İlk dövrədə sizi narahat edən hansı çatışmazlıqlar vardı?
- Çatışmayan cəhət deyəndə, elə bir komanda yoxdu onun hər bir işi qaydasında olsun. Mən hücumda və orta sahədə futbolçu çatışmazlığının olduğunu deyə bilərəm. Hər hansı bir mövqedə 100% olmasa da, çatışmazlıqlar var. Birinci dövrədə biz komanda yığırdıq, indi isə bir bir neçə mövqeyə futbolçu almaq istəyirik.
 
- Artıq bir neçə gündü Bakıdasız. Komanda hazırda necə təsir bağışlayır?
- Hazırlığa bir-iki gündü başlamışıq. Futbolçular pis təsir bağışlamırlar, məşq zamanı verilən tapşırıqları yerinə yetirirlər. İndi seleksiya işləri ilə məşğuluq. Hazırda futbolçular əvvəlkindən 2 dəfə çoxdu.
 
- Komandadan kimlər göndəriləcək?
- Göndərilənlər heyətə nadir hallarda düşən futbolçulardı. Onlar yeni komandada daha çox şans qazanmaq üçün ayrılmaq istədiklərini bildirdilər. Belə olan halda həmin futbolçulara hörmət artır. İndi onların yerini doldurmaq üçün bir neçə futbolçu dəvət etmişik.
 
- Əsasən, hansı mövqelərin gücləndirilməsinə ehtiyac var?
- Hər bir mövqeyə oyunçu lazımdı. Lakin bəzi mövqelərə daha çox tələb olunur. Komandada nə qədər çox futbolçu olsa, rəqabət də güclü olar. Qapıçı mövqeyini də yaddan çıxarmaq olmaz. Emil Balayev icarə əsasında bizdə oynayır. O, qış toplanışında "Neftçi"də olacaq. Daha sonra Balayevin yenidən bizim komandaya qayıtması gözlənilir.
 
- Hazırda düşərgəyə dəvət olunan futbolçular arasında legionerlər də var?
- Biz əsasən yerli futbolçulara üstünlük veririk. Əgər yerli futbolçu tapa bilməsək, bu başqa məsələ.
 
- Müdafiəçiniz Mikayıl Rəhimov Türkiyədə müayinə edilir. Vəziyyəti necədi?
- Mikayıl diz nahiyyəsində problem olduğu üçün Türkiyəyə gedib. Lakin onun bu ağrıları əməliyyatlıq deyil. Bir müddət müalicə edildikdən sonra əvvəlki vəziyyətinə qayıdacaq. İnanıram ki, daha sonra gücü əvvəlkindən 2 dəfə artıq olacaq.
 
- Sonda Şahin Diniyevin "Rəvan"dan, Nazim Süleymanovun "Neftçi"dən ayrılmasna münasibətinizi bilmək istərdik...
- Məşqçinin bu postdan getməsini mən xoşlamamışam. Çünki bu vəziyyəti özüm də yaşamışam. Necə olduğunu, niyə getdiklərini bilmirəm, amma bu, məni təəssüfləndirir. Demək istəyirəm ki, Azərbaycan məşqçiləri də işləməyi bacarır. Sadəcə, onların işləməsi üçün vaxt və şans lazımdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 09-01-2014 00:06


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az