(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"İmicim var, Böyükağa Hacıyevlə işləmərəm"

"İmicim var, Böyükağa Hacıyevlə işləmərəm"

"Neftçi"nin sabiq məşqçisi Səmədağa Şıxlarovun futbolinfo.az saytına müsahibəsi
 
- Əhvalınız necədi?
- Şükür Allaha, yaxşıyam.
 
- Ötən gün baş məşqçi Nazim Süleymanovla birgə istefa verdiniz. Buna nə səbəb oldu?
- Özünüz bilirsiz ki, belə şeyləri baş məşqçi həll edir. Mən "Neftçi"yə Süleymanovla gəlmişdim, onunla da getməliydim
 
- "Neftçi" rəhbərliyi bunu Süleymanovun özünün istefa verməsi kimi qələmə versə də, bu, heç də inandırıcı görünmür...
- Xeyr, istefa ərizəsini Nazim müəllim özü Sadıq Sadıqova təqdim etmişdi.
 
- Nazim müəllim AZAL-a məğlub olduğunuz oyundan sonra açıqlamasında qeyd etmişdi ki, rəhbərliyin mənə şans verməsini istəyirəm...
- Xeyr, bu heç də belə deyil. Əgər klub rəhbərliyi onu saxlamaq istəməsəydi, elə AZAL-a məğlub olduğumuz oyundan sonra göndərərdilər.
 
- Düşünmürsüz ki, məşqçilərin işinə kənardan müdaxilələr olurdu?
- Xeyr, hər şey normal idi. Heç kəs kənardan müdaxilə etmirdi.
 
- Ancaq Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi olan vaxt Böyükağa Hacıyevin onun işinə müdaxilə etdiyini açıqlamışdı...
- Mənim üçün bizim öz vəziyyətimiz maraqlıdı. Biz komandaya işləmək üçün getmişdik. Kimin yaxşı, nəyin pis olmasının mənə aidiyyatı yoxdu. Mənə elə şeylər bir o qədər də maraqlı deyil.
 
- Süleymanov istədiyi məşqçi korpusunun yaradılmasına və yeni futbolçuların alınmasına rəhbərliyin imkan vermədiyini bildirir. Sizcə, çempionluq uğrunda yarışan komanda məşqçinin bu tələbini niyə yerinə yetirmədi?
- Hər kəs deyir ki, komandaya yeni futbolçular gəlməlidir. Təzə qan, yeni nəfəs olmalıdı. Ancaq bütün bu məsələləri rəhbərlik həll edir. Məşqçilər istəklərini deyirlər, rəhbərlik də imkan dairəsində bunu edir. Mümkün olmayanda da etmirlər. Bu, bütün klublarda  belədi. Elə futbolçular var ki, onların müqaviləsi var. Onları transfer etmək o qədər də asan iş deyil. Elə səbəblər də var ki, biz bilmirik. 
 
- 40 ildi ki, futbolun içindəsiz. "Neftçi"yə illərinizi həsr etmisiz. Bu gedişdən sonra sabiq komandanızın rəhbərliyindən incimədiz?
- Heç vaxt. "Neftçi" bizim doğma komandamızdı. Futbol aləmində həmişə belə olub. Biri gəlir, digəri gedir. Bu, futbolun yazılmayan qanunudu. Yenə də deyirəm ki, "Neftçi" doğma komandamdı. Sabah yenə nə kömək lazım olsa, əlimizdən gələni etməyə hazırıq.
 
- Böyükağa Hacıyev komandanın sükanı arxasına keçdikdən sonra, sizə köməkçi məşqçi postu təklif olunsa, gedərsiz?
- Mənim özümə görə imicim var. Mənim hər kəsə hörmətim var. O cümlədən də Hacıyevə. Amma onun da yəqin ki, öz komandası var. Mənə belə bir şey təklif olunsa, getmərəm.
 
- Niyə?
- Nazim müəllimlə bir-birimizi çox gözəl başa düşürük. Biz AZAL-da da bir yerdə işləmişik. Sağlıq olsun, zaman göstərəcək. İmkan olsa, yenə birgə çalışacağıq. Olmasa da, deməli belə lazımdı.
 
- Sizcə, bu ayrılıqdan ən çox kim itirdi? Siz, yoxsa "Neftçi"?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Buna kənardan baxanlar daha dəqiq cavab verə bilərlər. Həmişə çalışmışam ki, həyatda öz mövqeyimi qoruyam. Yuxarıdan danışmağı heç vaxt xoşlamamışam. Bunu arzarkeşlər, prosesi kənardan izləyənlər daha yaxşı bilər.
 
EMİN SƏFƏROV

 
tarix: 09-01-2014 16:43


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az