(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elvin Məmmədov: "Orada siqaret çəkən yox idi"

Elvin Məmmədov: "Orada siqaret çəkən yox idi"

"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
- "Bakı"nın qışaqədərki çıxışını necə dəyərləndirərdiz?
- Vəziyyətimiz daha yaxşı ola bilərdi. İlk turlarda alınan məğlubiyyətlər, daha sonra uğursuzluq komandaya təsir etdi. Hazırda 5-ci pillədəyik. İnşallah, fasilədən sonra daha yaxşı olacaq. Ən azından Avropaya getmək istəyirik və bunun üçün də çalışmalıyıq.
 
- Qışdan sonra daha güclü "Bakı" yaratmaq üçün heyət gücləndirilməlidi?
- Bunu mən dəqiq deyə bilmərəm. Mən də futbolçuyam, amma biz böyük uğur istəyiriksə, gücləndirmə olmalıdı.
 
- Artıq ilk məşqə çıxdınız. Hazırlıq prosesi necə gedir?
- İstirahətdən sonra məşq bir az ağır oldu. Lakin işimiz budu, qaçmalıyıq. Komanda özünü toparlamalıdı. Bunun üçün də çoxlu məşq etməliyik.
 
- Milinko Pantiçin məşqdə olmaması öz təsirini göstərir?
- İkinci məşqçimiz Pantiçdən daha ciddidi. Əgər Pantiç uşaqlar yorulanda istirahət verirdisə, bu dəfə belə olmadı.
 
- Sənə elə gəlirmi ki, əvvəlki mövsümlərdəki Elvin Məmmədovu meydanda görə bilmirik...
- Ola bilər. Mən sizin fikrinizlə razılaşıram. Ancaq mən özlüyümdə yavaş-yavaş düzəldiyimi düşünürəm.
 
- "Bakı"nın bombardiri Mindauqas Kalonasın komandadan getməsinə münasibətinizi bilmək istərdik...
- Mən futbolçuyam, bu barədə danışmaq istəmirəm.
 
- Kalonas gedərkən yerli futbolçulardan şikayətlənmişdi...
- Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm. Bilmirəm o niyə gedib, kim çıxarıb. Hər kəsin öz işi var. Allah onun köməyi olsun.
 
- Bəs qapıçınız Kamran Ağayevin transferə çıxarılmasına münasibətiniz necədi?
- Kamran gedir? Bu da mənə aid olan bir məsələ deyil. Amma istəyərdim ki, xeyirlisi nədisə, o da olsun. Mən bu barədə bilmədiyim üçün danışmaq istəmirəm. Onun gedişi ilə bağlı fikirləri ya Kamranın özü, ya da rəhbərlik bildirməlidi.
 
- Ağayevin komandada qruplaşma yaratdığı deyilir...
- Bu yalnış məlumatdı. Belə bir şey yoxdu.
 
- Bir neçə gündü ki, mətbuatda sizin də yer aldığınız "siqaret qalmaqalı" yayılıb. Bu haqda nə deyə bilərsiz?
- Bunları hardan tapırlar bilmirəm. Orada siqaret çəkən heç kim yoxdu. Sadəcə, biz bir orada oturmuşduq.
 
- Amma stolun üstündə siqaret qutusu vardı...
- Ola bilər. Amma bu demək deyil ki, kimsə siqaret çəkir.
 
- Fasilədən sonra meydanda necə "Bakı" görə biləcəyik?
- Siz belə suallar verməlisiz. Amma təxribatçı suallar verirsiz. Öz adımdan deyə bilərəm ki, heç bir qruplaşma yoxdu. Mən də yerli futbolçuyam, bunu bilərəm. Fasilədən sonra isə daha yaxşı çıxış edib, Avropaya vəsiqə qazanmaq üçün çalışacağıq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU

 
tarix: 10-01-2014 00:06


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az