(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Ramazanovsuz “İnter”də nə dəyişəcək?

Ramazanovsuz “İnter”də nə dəyişəcək?

Topaz Premyer Liqasının problemləri başdan aşır. Çempionatda cəmi 8 komanda oynasa da, yerli futbolçu qıtlığı baş alıb gedir. Büdcən nə qədər olursa olsun, keyfiyyətli yerli oyunçularının sayı məhduddursa, iddialı kluba çevrilməyin mümkünsüzdü. 

Ölkə klubları içində taca sahib olmaq uğrunda mübarizə iki komanda arasında gedirsə, onları təqib edənlər sırasında birincilik “İnter”ə məxsusdu. Ən azından qış fasiləsinədək belə bir mənzərə yaranmışdı. Komandanın “Qarabağ”la keçirdiyi 2 oyunda 4 xal toplaması da sıradan bir hadisə deyil. Futbolçuların da günü-gündən biri-birlərinin nəfəsini daha yaxşı hiss etməyə başladığını nəzərə alsaq, “bankirlər”dən mövsümün ikinci yarısında daha böyük nailiyyətlər gözləməyə dəyərdi.

Lakin fasilənin yaranması ilə Zaur Svanadzenin yetirmələri meşə ceyranlarını xatırlatmağa başladı. “Aslanlar” isə şikara çıxmışdılar. Kimisi Səlahət Ağayevin, kimisi Ruslan Abışovun ovuna çıxmışdı. Ancaq tilova salınan bircə Ağabala Ramazanov oldu...

Necə buraxıldı, niyə getdi, mənəvi dəyərlər hansı plana düşdü – bütün bu sualların cavabı artıq bəlağət elminə aiddi. Düşündürücü sual isə birdi: Ramazanovun gedişi “İnter”ə hansı dərəcədə təsir göstərəcək?

Ağabalanın müdafiə olunmaqla qəti yoldaşlığı yoxdu. Sürətli reydləri ilə rəqiblərinin başağrısına çevrilən vingerin fərdi ustalığı Rauf Əliyev üçün də göydəndüşmə olurdu. Çünki belədə Ramazanov bir neçə müdafiəçinin diqqətini üzərinə çəkir, mərkəz hücumçusu üçün isə boş zonalar yaranırdı. 

“İnter”in sıralarına nəzər salaq. Sol cinahda oynaya biləcək bir neçə oyunçunun adını çəkə bilərik. Pərdis Fərcad Azad, Samir Zərgərov, Mirsahib Abbasov kimi futbolçular vakant yerə namizəd kimi göstərilə bilər.

Adlarını sadaladığımız futbolçulardan Ağabalaya qismən bənzər üslubda iranəsilli Pərdis oynayır. Bu da başadüşüləndi - axı, o, hücumçudu. Digər iki futbolçuya gəlincə, onların ətalətli futbol oynadıqlarını söyləyə bilərik. Xüsusilə, 23 yaşlı Mirsahibin parlayacağını gözləyənlər hələ ki, böyüməyən oyunçunu seyr edirlər. Zərgərova gəlincə, ölkənin ortabab futbolçularından biridi. Ümumi ansablı pozmayacaq, fərdi ustalıq baxımından göydən ulduz tutmasa da, əzmkarlığı ilə bir çox futbolçulara örnək olar. 

Deməli, Svanadze rəqiblərinə uyğun olaraq, müzakirəyə çıxardığımız mövqeyə kifayət qədər futbolçu arasında seçim aparacaq. Əlbəttə, Ramazanov adlarını sadaladıqlarımızla müqayisədə daha kreativ idi. Lakin gürcü mütəxəssisin yaylıq çəkib ağlamağa vaxtı yoxdu. Komandasının oyun dəst-xəttinə Ağabalanın gedişi təsir göstərəcək. İndi hücum xəttində Rauf Əliyevin üzərinə daha böyük yük düşəcək. Ancaq sözün həqiqi mənasında kollektiv futbol oynayan “bankirlər” üçün bir oyunçunun gedişi (lap elə liderlərindən birinin) ölümcül zərbə olmayacaq.

CEYHUN ƏLİYEV


 
tarix: 11-01-2017 17:30


 
Xəbər lenti
27.06.2017

10:03   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

09:59   "Real Sosyedad" "Real"ın futbolçusunu heyətinə qatdı

09:45   "Fənərbaxça"nın sabiq üzvü yenidən Türkiyə klubuna qayıtdı

09:34   Burak Yılmaz qovuldu - VİDEO

09:12   Altıntop Almaniya klubu ilə yollarını ayırdı

09:00   Bundesliqa klubunda yeni hücumçu

02:00   “Nürnberq”dən “Qəbələ”yə

26.06.2017

23:30  Məşhur İtaliya klubu satışa çıxarıldı

22:30  "Barsa"nın təmiz qolunu saymayan hakim ən yaxşı oldu - VİDEO

21:00  "Qəbələ"dən Polşa klubuna

20:00  Mourinyonun ailəsində ağır itki

19:30  Sabiq "Qarabağ"lı baş məşqçi oldu

19:00  Millimizin üzvü üçün erməni baş məşqçi

18:30  Sinan Öztürk: "İşlərimiz plan üzrə davam edir"

18:00  Premyer Liqa klubunda yeni baş məşqçi

17:45  "Zirə"nin rəqibi Bakıya 21 futbolçu gətirir

17:30  "Neftçi" hazırlığa start verdi - FOTOLAR

16:30  “İnter” üçün rusiyalılar

16:25  Ev oyunları müftə, səfər matçları barterlə

14:00  "Zirə" rəhbərliyi azarkeşləri də unutmadı

13:50  "Zirə"nin "Differdanj"la matç öncəsi son məşqinin vaxtı bilindi

13:30  "Zirə" - "Differdanj" matçının biletləri satışdadı 

13:20  Boyan Şaranov: "Az oynamaq mənim üçün xoş deyildi"

13:10  Samir Məsimov: "Burada özümü evdəki kimi hiss edirəm"

13:00  Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi

12:30  "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO

12:00  Kasilyas "Milan"a keçir?

11:30  “TOPAZ”DA BU GÜN

11:00  Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı

10:00  Bundesliqa klubunda yeni qapıçı

09:05  Samir Məsimov rəsmən “Fakel”də!

09:00  Komandasını elitaya çıxardı, karyerasını başa vurdu

01:15  "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi

01:00  Ramazan Bayramınız mübarək!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az