(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
178.3.2

178.3.2

Elnur Məmmədli email: futbolinfonews@gmail.com

7-8-ci sinifdə oxuyan uşaq üçün hər yay tətilində kəndə gedib dincəlməkdən gözəl nə ola bilərdi?! Ayaqyalın gəzmək, kanalda çimmək şəhər uşaqları üçün əsl ekzotika idi. Mal peyinlərinin arasında oynanılan futbol da kənd səfərlərinin şah əsəri idi. Nə gülürsüz? Siz heç kənddə mal nobatına gedəndə naxırdan aralanan inəyin qarşısını topla kəsməmisiniz? 

Mən də iyunun gəlişini səbirsizliklə gözləyən uşaqlardan idim. Kəndimiz təbii gözəlliklər – dağ, meşə, çay sarıdan kasad olsa da, şoran torpaqlar da bizə Kopakopana çimərliyi kimi görünürdü. 

1987-88-ci illər idi, kənddəki dayıoğlanları ilə mini komanda düzəltmişdik. Böyük dayım oğlu İsgəndər Cavadov, ortancıl Maşallah Əhmədov (indi olmasın), mən də İqor Ponomarov idim. Onda bu “üçlük” bizim üçün Belanovdan da, Van Bastendən də, Qullitdən də, Dasayevdən də əziz, qiymətli idi. İndiki kimi nə fanşop var idi, nə forma. Amma ağ maykanın arxasına 9. 10, 11 rəqəmlərini yazmağa bizə kim mane ola bilərdi ki? 1986-cı ildə 16 komanda arasında 13-cü yeri tutan klubun oyunçusu – Əhmədovun SSRİ-nin “33 ən yaxşı futbolçu” arasına düşməsi bilirsiniz, nə deməkdir? 

Dünən hakim Mirzə Xankişiyev uşaqlığımıza elə zərbə vurdu ki...Yox, bu hakim Vadim Juk deyil ki, onun cəzasından iki həftə sonra yenidən meydana çıxasan. Xankişiyev külli miqdarda ziyan vurmaqda dələduzluğa görə Maşallah Əhmədova 8 il iş verdi. Bu idi oxşamaq istədiyimiz, hər qolunu həftələrlə təkrarladığımız insan? 

Hələ mən o biri kumirimizi demirəm. Səhv etmirəmsə, 1999-cu il idi. “Futbol+” qəzeti 16 səhifəlik nəşrə yeni keçmişdi. Birinci səhifədə uniformada əzəmətli bir şəkil və böyük müsahibə. Bəli, bu o idi. Həmin kapitan, 11 nömrə İsgəndər Cavadov. Mahir Rüstəmlinin qələmə aldığı həmin müsahibəni oxuyanda məndə elə təəssürat yaranmışdı ki, nəhayət futbolumuza bir lider, şəxsiyyət gəlir. Sözünü deyən, xarizmatik insan, karyerasına da söz ola bilməz. Haradan biləydim ki, bir neçə ildən sonra o, Yaqub Məmmədov demişkən, böyük oyunun kiçik fiquruna çevriləcək. Olan-qalan hörmətini də Cahangir Hacıyev, Hafiz Məmmədov kimi futbol maqnatlarından babat şirinlik almaq üçün ildə iki dəfə ad günü keçirəndə itirəcək. 

Ümumiyyətlə, bizim nəslin heç nədə bəxti gətirmədi. Müharibə vaxtı qəhrəman saydığımız insanlar bir həftə sonra vətən xaini damğası alırdı, tankların önündən qaçmayanlar rüşvətin qabağında əyilirdi, “Şəhidlər”, “Təbrizim” oxuyan Musa Musayevi isə hamınız tanıyırsınız...


 
tarix: 31-01-2017 11:50


 
Xəbər lenti
24.11.2017

03:00   Avroliqada bol qollu gecə - VİDEOLAR

02:20   Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın

23.11.2017

22:01  “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıyıq”

21:31  "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə

21:22  Şehiç ÇL-in ən yaxşısı, "Qarabağ" isə…

19:55  “Araz” darmadağınla qalib gəldi

18:23  Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu

18:09  Birinci Divizionda 11-ci turun hakim təyinatları

17:33  “Keşlə” “Neftçi”yə qalib gəldi

17:15  Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün

16:56  “Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu

16:35  İbrahimoviç ÇL-in tarixinə düşdü

16:18  “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik”

15:24  Daha bir milli komandada baş məşqçi istefası

14:58  Millimiz FİFA reytinqində yenə gerilədi

14:38  “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət

14:05  “Qəbələ”dən 22:0 hesablı qələbə

13:53  “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

13:36  Avropa çempionatının biletləri satışa çıxarıldı

13:05  Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”

12:54  “Qarabağ” həqiqəti və futbol həqiqəti

12:24  Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir”

12:09  ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı

11:44  “eTopaz”da günün canlı oyunları

11:35  “TOPAZ”DA BU GÜN

11:27  “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu

11:19  “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu

11:02  “Qarabağ” son ev matçında belə məğlub oldu - FOTOLAR

02:35  ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18  Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55  “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32  Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az