(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Pantiç: Azərbaycanda mənə nifrət edirlər

Pantiç: Azərbaycanda mənə nifrət edirlər

“Bakı”nın baş məşqçisi Milinko Pantiç Azərbaycandakı işi, yerli futbolun səviyyəsi, Bakıdakı həyatı və klubdakı məqsədlərinə dair müsahibə verib. Futbolinfo.az serb mütəxəssisin müsahibəsini diqqətinizə çatdırır.
 
- Budur, siz yenidən Madriddəsiz…
- Bəli. Ancaq qısa müddətə. Belə ki, fevralın 2-də Azərbaycan çempionatı yenidən bərpa olunacaq. Çempionat on komanda arasında dörd dövrədə keçirilir. Biz həmçinin, Azərbaycan kubokunda çıxış edirik. Buna görə, çox yaxşı hazırlaşmalıyıq.
 
- Marbelyedə toplanış keçirəcəksiz?
- Bəli, İspaniyanın cənubuna yollanacağıq. Əcnəbi komandalara qarşı bir neçə yoxlama oyunu keçirmək istəyirik. Bizim hansı vəziyyətdə olduğumuzu məhz bu görüşlər göstərəcək.
 
- Azərbaycanda futbol hansı səviyyədədi?
- Futbol hər yerdə futboldu. Yerli liqa sadə deyil. Çempionatın aşağı səviyyədə olduğunu düşünənlər yanılır. Məsələn, onların yığması Rusiyaya yığmasına qol vurub xal ala bildi. Diqqətəlayiq futbolçuları var. Azərbaycan gənc ölkədi. Bu, həyatın bütün sahələrində olduğu kimi, futbolda da gözə çarpır. Yeni futbol nəslinin yetişdirilməsi üçün vaxt lazımdı. Məsələn, mən bu ölkəyə gəldiyim andan bəzi şeyləri dəyişməyə çalışmışam.
 
- Siz orada altı aydı işləyirsiniz. Azərbaycanda sizi ən çox nə təəccübləndirir?
- Mən bu haqda kitab yaza bilərəm və bu, bestseller olardı. Həyatımın altı ən çətin ayını burada keçirmişəm. Ancaq xoşbəxtəm. Daha çox məsuliyyət hiss edirəm. Hələ heç kim onların mənə bir məşqçi kimi etibar etdiyi kimi, etibar etməyib. “Bakı”ya keçməyi mənə Migel Anhel Hil (Madrid “Atletiko”sunun baş direktoru - red.) məsləhət bildi. O isə heç zaman səhv etmir. İndi mən gözəl və çox vacib təcrübə qazanıram.
 
- Dil səddi var?
- Xeyr. Bununla bağlı çətinlik yoxdu. Qeyri-təvazökar görünmək istəməzdim, ancaq bir neçə dildə danışıram. Azərbaycan keçmiş Sovet respublikasıdı. Burada rusca danışırlar. Mən isə bu dili səkkiz il öyrənmişəm. Mənim klubda tərcüməçim olduğu da düzdü. Onunla ispanca danışıram.
 
- “Bakı”da hansı millətdən oyunçular var?
- Serblər, makedoniyalılar, slovenlər, kiprlilər. Mən onlarla yunanca danışıram.
 
- Deyirlər Bakı çox gözəl şəhərdi.
- Bəli, çox gözəldi və şəhər çox sürətlə tərəqqi edir. Belə ki, on ildən sonra yeni Dubay olacaq. Əsas problem küləkdi. Bəzən elə güclü əsir ki, az qala paltar uçur. Mənə belə deyiblər ki, hələ mən əsl külək görməmişəm.
 
- Yeməyə gəlincə?
- Mətbəx əladı, ancaq çox kalorilidi. Komandaya gələndə mən futbolçulara peşəkar oyunçulara uyğun menyu tərtib etdim. Əvvəlcə onlara buna öyrəşmək asan olmadı. Sonra isə hər şey öz yerini tutdu. “Partizan”da olduğum zaman öyrəndiyim hər şeyi, Yunanıstan karyeram ərzində əldə etdiklərimi və “Atletiko”dan bildiklərimi “Bakı”da həyata keçirmək istəyirəm. Niyyətim budu ki, “Bakı” “Atletiko B”-yə rəhbərlik etdiyim komanda kimi fəaliyyət göstərsin.
 
- İndi aydındı ki, bütün bunlar sadə deyil...
- Mənim metodlarıma hamı hazır deyildi. Buna görə də mən çoxlu düşmən qazandım. Yalançı dostlardansa, düşmənin olması yaxşıdı. Buna görə də orada bəziləri mənə hətta nifrət edir. Mən iddialıyam. Əsası isə klubun iddialı prezidentinin olmasıdı. Onun geniş fantaziyası var ki, öz komandasını Azərbaycan futbolunun zirvəsinə qaldırmaq istəyir. İki-üç ilə biz buna nail ola biləcəyik.

 
tarix: 10-01-2014 20:02


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az