(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Klublar Komitəsi üçün gündəlik

Klublar Komitəsi üçün gündəlik

Klublar Komitəsinin (KK) növbəti iclası nə vaxt baş tutacaq? Deyilənlərə inansaq, bu həftə klub rəsmiləri Kamran Quliyevin rəhbərliyi altında növbəti dəfə bir araya gələcək.

Toplantıda nələr müzakirə olunacaq? Yenə 1-2 saatlıq yığıncaq və heç bir çəkisi olmayan qərarlar? Bəlkə KK-nı “moda mindirək”? Necə? Hansısa təşkilat ciddi qurum kimi tanınmaq istəyirsə, ciddi məsələləri müzakirəyə çıxarmalıdı.

Gündəmdə hansı ciddi məsələlər var? Gəlin birlikdə araşdıraq.

Qış fasiləsindən sonra 2 tur baş tutub və keçirilən 8 oyundan 8 cildlik hakim səhvləri çıxıb. Hakimlikdən hamı gileylənir. Bir Xaqani Məmmədov deyir “əladı”, bir də Ramin Musayev.

Reallıq isə acınacaqlıdı. Bütün klublar hakimlərin əlindən ağlaşırsa, Hakimlər Komitəsinin sədri də deyirsə ki, referilər bilərəkdən səhv etmir, buna uyğun da qərar çıxarmaq lazımdı. Hakimlər qərəzə yol vermirlərsə, ancaq səhvlərinin sayı-hesabı yoxdursa, deməli, onları öyrədən bacarıqsızdı. Hər şey bu qədər bəsitdi. Bacarıqsızdısa, deməli, getməlidi. Getməsini isə hüquqları tapdananlar tələb etməlidi.

Söhbət Premyer Liqa klublarından gedir. O klublar ki, nümayəndələri bu həftə bir yerə toplanıb MÜHÜM məsələləri müzakirə etməlidilər. Bax, ən mühüm məsələlərdən biri də məhz hakimlik mövzusudu. Çempionatı keçirən qurum PFL-di. Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsinin iclasında təsdiq olunur. Buyurun, rəsmi qərar qəbul edin və hər iki qurumun qarşısında məsələ qaldırın. Tində-bucaqda şikayətlənib, “facebook”da atmacalarla iş görülmür. Buyurun, bu meydan, bu da şeytan! Təmizlik, şəffaflıq istəyirsinizsə, hüquqlarınızın, xallarınızın hakimlər ucbatından itməsinə qarşı səsinizi çıxarın! Daha ötəndəfəki kimi iclasda bir söz, “futbolinfo”nun sorğusunda başqa söz deməyin.

Klublar Komitəsinin müzakirəyə çıxarmalı olduğu ikinci məsələ isə AZAL – “Qarabağ” matçında ortaya çıxdı. Söhbət yararsız vəziyyətdə olan meydançalarda ölkə çempionatının oyunlarının keçirilməsinə qadağa qoyulmasından gedir. “Futbolinfo” olaraq, biz AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun mövqeyini öyrəndik. Assosiasiya rəsmisi hər vəchlə qaydalara zidd hərəkət etdiklərini pərdələməyə çalışsa da, real fakt qarşısında “ağ bayraq” qaldırmalı oldu.

Məsələ burasındadı ki, lisenziya qaydalarına əsasən klub təbii və ya süni örtüklü hamar meydana sahib olmalıdı. HA-MAR! “AZAL Arena”nı hamar görmək üçün üst-üstə neçə eynək geyinirsən geyin, xeyri yoxdu! Deyək ki, AFFA klub azlığını bəhanə edib, bu məqama göz yumur. “Qarabağ”, “Qəbələ”, Neftçi” kimi komandalar nəyə görə susmalıdı? Məsələ mütləq qaldırılmalıdı və həlli yolları təklif edilməlidi. Nə qədər baş sındırsan sındır, yalnız iki variant mövcuddu: ya tələb edilməlidi ki, normal meydançası olmayan komanda Premyer Liqaya buraxılmasın, ya da “Turan” təcrübəsindən istifadə olunmalıdı. Yəni, klublar köməkləşib AZAL-ın meydanını normal vəziyyətə salmalıdı. 

Doğrudu, bu, özlüyündə gülünc görünür. Çünki Cahangir Hacıyevin ənama əl açması paradoksdu. Ancaq AZAL-ın prezidenti bunu özünə rəva görürsə, Premyer Liqa təmsilçiləri buna qol qoymalıdılar. 

Bütün hallarda, Klublar Komitəsi radikal qərar qəbul etməyə, daha doğrusu, İcraiyyə Komitəsinə tşvsiyyə verməyə, borcludu. Küləyin əsməsindən, qarın çox yağmasından danışmaqla nə nüfuz olacaq, nə irəliləyiş.

İndi Klublar Komitəsinin nüfuz, söz sahibi olmaq üçün əla şansı yaranıb. İstifadə edəcəklərmi? Bu sualın cavabını tapmaq çətindi. Ancaq bundan da vacib sual var: nüfuz sahibi olmaq istəyəcəklərmi? Həftə sonunadək biləcəyik.

CEYHUN ƏLİYEV


 
tarix: 08-02-2017 13:00


 
Xəbər lenti
24.05.2018

01:01   “Səbail”də mövsümün ən yaxşıları açıqlandı - FOTOLAR

00:07   Super Liqa klubunda yeni baş məşqçi

23.05.2018

23:53  “Neftçi”nin prezidenti futbolçularla görüşdü

23:29  “Napoli” Sarrini yola salıb, yeni baş məşqçisini açıqladı - FOTO

21:45  “Keşlə” - “Qəbələ”: 45-ci duel - VİDEO

21:32  Azərbaycan - Qırğızıstan: Bilet satışı davam edir

21:26  Yubiley oyununda 8 qol

21:20  Millimiz mərkəzi arenada, Qurbanov…

21:09  U-12 Liqasının qalibi bəlli oldu

17:51  Ukrayna futbolunda zəlzələ: 35 klub danışılmış oyunlarda günahlandırılır

17:25  Transfer dövrü açıqlandı - Azərbaycanda

14:55  Zeedorf istefaya göndərildi

14:48  “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26  Tender qrupunun üzvləri AFFA-da

13:56  100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49  AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44  Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12  Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07  Billiat “Qarabağ”a qolla gəlir

13:00  Cavid Hüseynova ağır cəza

12:49  Divizion klubları üçün vaxt bitdi

12:44  "Qarabağ"da daha iki ayrılıq

12:01  Regional həvəs

11:18  “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12  La Liqa klubunda yeni baş məşqçi

11:04  Tərlan Əhmədovun yeni iş yeri

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Samir Əliyev niyə getdi?

10:28  Millimiz məğlub oldu

10:00  “TOPAZ”DA BU GÜN

09:32  Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03  “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az