(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Sabahımızı məhv edən AFFA və klublar

Sabahımızı məhv edən AFFA və klublar

Hamımız AZAL-ın üstünə düşmüşük. Dani Kintananın zədələnməsi ilə bütün mətbuat bu klubu az qala ölkə futbolunun bəlalarının səbəbkarı elan etməyə tələsir. Haqlıyıqmı? Qismən hə. Amma yalnız qismən.

“AZAL Arena” nəinki Premyer Liqa matçlarını, ümumiyyətlə, heç bir yarışı qəbul etmək üçün hazır deyil. Bu idman qurğusunun süni qazonunun istismar müddəti çoxdan bitib. Rəhbərlik nəinki onu yeniləmək üçün heç bir iş görmür, hətta mətbuata açıqlama verməyə də həvəsli deyil. Bütün günü gənclər və idman nazirliyində kreslosunu qucaqlayaraq oturan vitse-prezident Fikrət Hüseynov telefon zənglərinə cavab vermir, baş məşqçi Tərlan Əhmədov “maaş verməyə pul tapa bilmirik” deyir, qışda əsaslı təmir aparılacağını vəd etmiş mətbuat xidməti isə indi də apreli gözləməyi məsləhət görür.

Əslində, mətbuatın yazdığının bu klubun sahibi olan Cahangir Əsgərova isti-soyuğu yoxdu. Aviabiletlərin qiyməti ilə bağlı ölkə rəhbərliyi ilə hesablaşmayan, öz xanlığında hakimi-mütləq olan birisinin 5-6 nəfərin etirazına görə əlini cibinə atacağı inandırıcı deyil. Ona görə də “AZAL Arena”nın təmir ediləcəyi, daha neçə futbolçunun karyerasını məhv etməyəcəyi ilə bağlı nağıllara inanmayın. Əsgərov da belə hay-küydə maraqlıdı. O, gözləyir ki, AFFA hansısa yollarla onun üçün stadion təmir etdirsin.

Qazonun ən keyfiyyətsizinə sahib olan AZAL rəhbərliyinin əlində bəhanə də var. Axı, “Zirə”, “Sumqayıt”, “İnter” də rəqiblərini süni örtüklü meydanda qəbul edir. Hələ “Kəpəz”in oynadığı Gəncə stadionu daha pis vəziyyətdədi – bəlkə də buranın ot örtüyü “AZAL Arena”yla müqayisədə daha acınacaqlı durumdadı. Elitaya gələcəyi gözlənilən “Səbail”, eləcə də olimpiya komplekslərinin meydanlarına sığınan digər divizion klubları da eyni vəziyyətdədi.

O zaman 8 komandalı çempionatda 5 iştirakçının eyni problemi varkən təkcə AZAL-ı gözümçıxdıya salmaq nə dərəcədə ədalətlidi? Hə, Şüvəlandak meydan ən bərbad durumda olanıdı, lakin digərləri də oxşar vəziyyətdə deyilmi?

Milli komandalarda milliləşdirmə prosesi, xaricdə Azərbaycana bağlılığı olan futbolçuların axtarışı uzun illər davam edəcək. Çünki istəsək də, sağlam gənc nəsil yetişdirə bilmərik. Bütün klubların aşağı yaş qruplarından olan komandaları süni örtüklü meydanlarda məşq edir. “Neftçi”nin bəzi komandaları klubun Bakıxanovdakı bazasında çox az sayda məşq keçir, “Qəbələ”nin 14 yaşdan yuxarı kollektivləri növbəlilik prinsipi ilə təbii örtüklü yaşıl qazon görür.

Vəssalam. Ölkənin qalan bütün uşaq komandaları süni örtüklü meydanlarda hazırlaşır, AFFA-nın təşkil etdiyi uşaq liqalarının bütün oyunları belə meydanlarda keçirilir. İndi siz deyin: sabah üçün sağlam, istedadlı gənclərimizin yetişməsi mümkündümü?

Dani Kintananın zədəsi göz önündə oldu, ulduz futbolçu olduğu üçün itkisi diqqət çəkdi, söz-söhbət yaratdı. Halbuki futbolumuzun sabahı sayılan bütün gənclər süni meydanlarda şikəst böyüyür, onların karyerası başlamamış bitirir. Süni qazonlar zədə mənbəyidi və burada hazırlaşanların heç biri fəsadlardan qaça bilməz. “Zirə”dən qaçan Tatonu yada salın: legioner aşıq şəkildə belə qazonlarda oynamağın karyerasını məhv edəcəyini deyərək, böyük pullardan imtina edib, qaçdı.

Dövlət proqramı çərçivəsində sovrulan milyonlar kimi, AFFA-nın, klubların indiki xərclədikləri də havayı məsrəflərdi. Ozobiçə, Ameydaya, Meza Kolliyə, Xizanişviliyə, Kvirtiyaya, Ebaha, Petrova və neçə-neçə legionerə xərclənən pulları yaşıl ot örtüklü meydanların salınmasına, sağlam gələcək nəslin yetişdirilməsinə sərf etmək lazımdı. AFFA illərdi boş yerə bəslədiyi Bernard Lippertə, yarısını yemək şərtilə, xərclədiyi milyonları da bu istiqamətə sərf etməli, çempionatları süni olmayan meydanlarda keçirməlidi, yoxdusa, salınması üçün iş görməlidi.

“Qəbələ”nin əsas komandasının uğurları himayədarının istehsal etdirdiyi təbii şirələr, “Qarabağ”ın qələbələri sponsorunun xalqa sırınan gündəlik tələbat malları qədər saxtadı. Əsl uğur, əsl qələbə “Mançester Yunayted”də oynayan Henrik Mxitaryan səviyyəli ulduzun yetişməsi, mili komanda üzvlərinin əsl azərbaycanlılar olmasıdı. Ona görə də AZAL yeganə günahkar deyil. Sabahımızı AFFA və klublar əl-ələ verərək məhv edir.

VÜSAL MAHMUDOV


 
tarix: 08-02-2017 14:25


 
Xəbər lenti
30.04.2017

10:00   "Zirə" Avropa Liqasına vəsiqəni belə bayram etdi - FOTOLAR

09:30   Azərbaycan derbisində 3 qol - VİDEO

09:00   Təmkin Xəlilzadə: "Öncə "Zirə", sonra digər təkliflər.."

00:55   "Torino" - "Sampdoriya" matçında heç-heçə - VİDEO

00:45   "Barselona"dan 3 qolla 3 xal - VİDEO

00:35   Əvəzedicilərin yarışında qaliblər mükafatlarını aldı - VİDEO

00:25   Son matçda qələbə və vidalaşma - FOTOLAR

00:15   “Kəpəz” azarkeşləri ilə sağollaşdı 

00:05   Şahin Diniyev: “Kəpəz” artıq püxtələşib”

29.04.2017

23:45  "Traktorsazi" uduzub, 3-cü pilləyə düşdü

23:30  Əsgərovun komandası ilk məğlubiyyətinə üzüldü

23:15  Emin Mahmudov oynadı, "Boavişta" qalib gəldi

23:00  Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

22:50  BDU-nun komandası çempion oldu - FOTOLAR

22:40  "Atletiko" "Las Palmas"a 5 qol vurdu - VİDEO

22:30  "Bavariya" çempionluğu 6 qolla rəsmiləşdirdi - VİDEO

22:20  "Kristal Pelas" "Bernli"yə evdə uduzdu - VİDEO

22:10  "Monako" "Tuluza"ya da qalib gəldi - VİDEO

22:00  Paşayev 90 dəqiqə oynadı, komandası uduzdu - VİDEO

21:50  Çempion və mükafatçılar medallarına qovuşdu - FOTOLAR

21:40  "Borussiya"dan "Mayns" üzərində qələbə - VİDEO

21:30  "Darmştatd" darmadağınla qalib gəldi - VİDEO

21:20  "Verder" "Herta"nı məğlub yola saldı - VİDEO

21:10  "Qəbələ" "Sumqayıt"a belə məğlub oldu - VİDEO

21:00  "Sauthempton" - "Hall Siti" matçında heç-heçə - VİDEO

20:50  "Leypsiq" ev oyununda xal itirdi - VİDEO

20:40  "Neftçi" "Qarabağ"a belə uduzdu - FOTOLAR

20:30  "Sumqayıt" "Qəbələ"ni məğlub yola saldı - FOTOLAR

20:20  Çempion tək qolla 3 xal qazandı - VİDEO

20:10  "Real" "Valensiya"ya qalib gəldi - VİDEO

20:00  Rail Məlikov daha 1 il "Sumqayıt"da!

19:50  Elxan Abdullayev: "Ya mənə dözməli, ya da vurub öldürməlisiz"

19:40  Dortmund "Borussiya"sı yenə xal itirdi - VİDEO

19:30  Qurban Qurbanov: "Onun "Qarabağ"a keçidi mümkündü"

19:20  “Neftçi” qapıları səhv salmaqda rekordçudu

19:10  "Kəpəz" şokda: Federiko Gəncə klubundan ayrıldı

19:00  Tounkara AZAL-dan getdi

18:55  Topaz Premyer Liqasında mövsüm bitdi, son vəsiqəni "Zirə" qazandı

18:50  Ağdamlı azarkeşlərdən “Neftçi”yə təhqiramiz "banner" - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az