(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Şəmkir”dən AFFA-ya etiraz: “Bu qərarı verənlərin bizimlə qərəzi var”

“Şəmkir”dən AFFA-ya etiraz: “Bu qərarı verənlərin bizimlə qərəzi var”

Azərbaycan çempionatının 1-ci divizionu çərçivəsində keçirilən “Şəmkir” – “Şahdağ” oyununda qırmızı vərəqə alan meydan sahiblərinin müdafiəçisi Cəmil Hacıyev bu gün növbəti şoku yaşayıb. Futbolinfo.az xəbər verir ki, AFFA-nın Nizam İntizam Komitəsi arxa xətt oyunçusunu 4 oyunluq cəzalandırıb. Qərarla razılaşmayan Hacıyev rəqibi Sərxan Ağayevi zədələməsini sırf oyun epizodu kimi dəyətləndirib və verilən qərardan şoka düşdüyünü bildirib:

- 4 oyunluq cəzalanmağın nə dərəcədə düzgün qərardı?
- Fikrimcə, bu qərarı verən insanların ya mənə, ya da çıxış etdiyim “Şəmkir” klubuna qarşı şəxsi-qərəzliyi var. Başqa heç nə deyə bilmərəm. Hamı gördü ki, adi oyun epizodu idi. Ümumiyyətlə, referi mənə qırmızı vərəqəni göstərəndə tam əmin idim ki, NİK qərarı ləğv edəcək. 4 oyunluq cəza aldığımı eşidəndə isə dediyim kimi özümə və ya klubuma qarşı şəxsi-qərəzlik hiss etdim. 4 oyunluq haqqım yeyildi.

- Ümumiyyətlə, epizodu necə şərh edərdin? Tam olaraq, nə baş verir?
- Rəqib futbolçuya təmasım oldu. Bu da təbii haldı. Həmin epizodda komanda yoldaşımı sığortalayarkən rəqiblə toqquşdum. Amma hər təmasda kimsə yıxılacaqsa, zədələncəksə, onda hamıya qırmızı vərəqə verək, 4 oyun da cəzalandıraq. Həm də rəqib futbolçunun çəkisi məndən 3 dəfə də azdı. Pis çıxmasın, hər toqquşmada o, məndən bir neçə metr kənara “uçacaq”.  İndi onun çəkisi azdı deyə, mən onu hər dəfə buraxım ki, getsin qol vursun? Bu, nə dərəcədə düzgündü? Mənə elə gəlir ki, həmin epizodda hakim qorxdu. Futbolçunun vəziyyəti pis idi, təcili tibbi yardım maşını ilə aparıldı. Hakim də düşündü ki, mənə qırmızı vərəqə verilməlidi.

- Sənin əlin konkret rəqibin hansı hissəsinə dəydi?
- Əlim bir az zədələnib. Belə başa düşdüm ki, rəqibə əməlli-başlı təmas olub. İlk növbədə bu təmas bilərəkdən olmayıb. Daha sonra mən qərar açıqlanmamışdan əvvəl videoya təkrar-təkrar baxdım. İnanın, orada qırmızı vərəqəlik bir şey görmədim. Mən, müdafiəçiyəm, hücumçunu qarşılamalıyam. Yaranan vəziyyət gülməli də deyil, ağlamalıdı. Mənə qarşı haqsızlıqdı.

- Bundan sonra nə etmək fikrindəsən?
- Artıq cəza verilib. Nə etirazı edə bilərəm? Rəhbərliklə danışacam, ola bilsin, apellyasiya şikayəti verdik. Çünki 4 oyunluq cəza fantastik qərardı. Əgər oyun epizounda görə 4 oyunluq cəza verilirsə, onda belə çıxır ki, əlbəyaxa çıxan futbolçuları ömürlük futboldan uzaqlaşdırmaq lazımdı.

- Ötən mövsümü “Sumqayıt”da keçirdin, yayda “Zirə”yə keçdin. İndi isə “Şəmkir”dəsən. Geriləməyinə səbəb nə oldu?
- Futbolda hərdən elə olur ki, oyunçu özünü yaxşı hiss etmir, ya nəsə alınmır. Sadəcə, “Sumqayıt”da müqaviləm başa çatdı və “Zirə”yə keçəsi oldum. Burada isə hətta yoldaşlıq oyunlarında belə şans verilmədi. Bu məsələ mənim üçün qaranlıq qaldı. İlk dəfə idi ki, həyatımda belə şey görürdüm.

- O zaman komandaya rəhbərlik edən Adil Şükürovla bu haqda söhbətiniz oldumu?
- Bəli, söhbət etdim. O, mənə dedi ki, məşq edib, “artırmaq” lazımdı. Amma fakt budu ki, yoxlama matçlarında 5 dəqiqə belə şans qazana bilmədim. Özümü sınaq görüşlərində şans qazanmayacaq qədər zəif futbolçu saymıram.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 14-02-2017 17:20


 
Xəbər lenti
17.10.2017

15:23   Məmmədov ÇL matçına təyinat aldı

15:14   “eTopaz”da günün canlı oyunları

15:06   “TOPAZ”DA BU GÜN

14:55   “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı

14:31   Qara Qarayev pula baxmadan gedəcək

14:24   Niyə məhz “Qarabağ”? - açıqlama

14:17   İsrafilovu da danışdırdılar: “Qarabağ”ı məğlub etmək asan deyil”

14:07   Qurban Qurbanov: “Xal qazanmağa çalışacağıq”

13:29   İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

12:25   Uğursuzluğa görə getdi

12:02   "Malmö"nün yubiley çempionluğu

11:04   Errera “Atletiko”nu qorxutdu

10:37   Prosineçki heç bir millidə işləmək istəmir

10:03   Emin üçün 90 dəqiqə və 3 xal

09:02   Premyer Liqanın məşhur klubu satışa çıxarıldı 

01:15   "Selta" səfərdə 5 qola sevindi - VİDEO

00:56   Son oyunda qalib müəyyənləşmədi - VİDEO

00:49   Super Liqada 8-ci tur başa çatdı

00:15   "Atletiko" Bakıda belə qarşılandı - FOTOLAR

00:01   Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

16.10.2017

23:06  “Trabzonspor” rəsmən açıqladı - Yanal qovuldu

22:43  “Atletiko” “Qarabağ” adlı təyyarə ilə gəldi - FOTO

22:02  “Ağsu” – “Xəzər” matçında 2 qol - VİDEO

21:55  Millimiz son oyundan qalib ayrıldı

20:43  “Hərbçilər” tək qolla qalib gəldilər - VİDEO

19:51  Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi - VİDEO

18:46  “Qaradağ Lökbatan” belə xal itirdi - VİDEO

17:44  Birinci Divizionda xal itirməyən komanda qalmadı

17:05  Öncə Qurbanov, sonra Simeone

16:50  BOS “Qarabağ” - “Atletiko” matçına hazırdı - FOTO

16:38  Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR

16:19  “Atletiko” Bakıya bu heyətlə gəlir

15:57  AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR

15:25  “eTopaz”da günün canlı oyunları

15:16  3-cü turun oyun cədvəli açıqlandı

15:10  “TOPAZ”DA BU GÜN

15:02  “Zirə”dən rekord

14:51  Premyer Liqada 300-cü qola üzüldü

14:40  Mövsümün ən böyük hesabı

14:38  “Atletiko” gəlir

14:31  Olimpiya stadionuna maşınlar buraxılacaq

13:56  10 illik fəaliyyətin “nəticə”si

13:42  “Qarabağ”ın oyununda fransız ədaləti

12:55  “Neftçi” onu görməyəcək

12:49  “Qarabağ”ın 400-cü qələbəsi

12:28  “Qarabağ”ın ispanları AS-a danışdı: “Stadion tam dola bilər”

12:21  Mədətovla “Atletiko”nun növbəti görüşü

12:16  Millimiz 23 pillə gerilədi

12:05  Pantiç yenidən Bakıda

11:57  Əliyar Ağayev “Real Sosyedad”ın oyununda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az