(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Çempionluq savaşında 3-cü pərdə: start fitinə 75 saat qalmış

Çempionluq savaşında 3-cü pərdə: start fitinə 75 saat qalmış

Topaz Premyer Liqasının 19-cu turu finiş xəttinə 9 oyunun qalmasını rəsmiləşdirəcək. Ancaq məhz bu turda 3-cü dövrənin bəzəyinə şahidlik etmək mümkün olacaq. Söhbət qızıl medal uğrunda cəngə çıxan “Qəbələ”ylə “Qarabağ” arasında baş tutacaq qarşılaşmadan gedir.

Oyun ətrafında yaranan ajiotaj səbəbsiz deyil. Hətta buna halqalı ajiotaj da demək olar. Komandalar arasında gedən qiyabi mübarizədə, yəni turnir cədvəlində, Ağdam təmsilçisi 3 xallıq üstünlüyə sahibdi. Bu baxımdan Roman Qriqorçukun komandası qalib gəlsə belə, “süvarilər” üçün faciə baş verməyəcək. Ancaq bu, ilk baxışdan bu cür görünür. Çünki finişə doğru getdikdə ən xırda detal ciddi psixoloji təsir mexanizminə çevrilir.

Başqa sözlə, “qırmızı-qaralar” bazar günü baş tutacaq görüşdən 3 xalla ayrılsalar, motivasiya baxımından nəzərəçarpacaq üstünlük əldə edəcəklər. “Qarabağ”ın isə, nə qədər də təcrübəli kollektiv olmasına baxmayaraq, bu məğlubiyyətdən sonrakı turlarda planlaşdırılmayan xallar itirmək ehtimalı yüksələcək.

Əgər turnir cədvəlində son 3 mövsümün çempionu bir addım irəlidədisə, internet resurslarında “Qəbələ” nəzərəçarpacaq üstünlük qazanıb. Hələ bu komandalar arasında ikinci dövrədə baş tutan və Rəhim Həsənovun idarə etdiyi matçdan sonra “Qəbələ” od püskürməyə başlamışdı. Doğrudu, Xaqani Məmmədov “UEFA-nın ən son təlimatlarına uyğun olaraq”, 3-cü dövrədə “qırmızı-qaralar”ın lehinə bir neçə xallıq hədiyyələri təşkil etdi. Ancaq əyalət təmsilçisi bununla da razılaşmayaraq, “bizə bu cür xallar lazım deyil” əks-hücumu ilə Hakimlər Komitəsini növbəti dəfə “nokdaun”a göndərdi.

Son 3 mövsümün bürünc mükafatçısı hər imkan düşdükdə “Qarabağ”ın “bostanına daş atmağı” da unutmur. Doğrudu, “bıçaq sümüyə dirənən” kimi “biz bu komandaya hörmətlə yanaşırıq, onları nəzərdə tutmuruq” deyirlər. Ancaq bu, boğazdan yuxarı deyilən sözlərdi. Həqiqətdə isə klub rəsmiləri də, məşqçi heyəti də, yumşaq desək, çempionu pərdəarxası oyunlarda ittiham edirlər.

Qısası, informasiya, sosial şəbəkə müharibəsində “Qəbələ” aşkar üstünlük qazanıb. “Qarabağ” isə... “Bəyin oğurlanması”nda mərhum Yaşar Nurinin bir ifadəsini xatırlatmaq istəyirik: “Sən söhbətini elə”. Çempion da bu üsluba əl atıb. “Süvarilər” sanki hava buraxmayan şarın içinə giriblər. Nə heç nə eşitmirlər, nə heç kimi görmürlər.

Qarşılaşmanın Qəbələdə baş tutması Qriqorçukun komandası üçün müsbət məqamdı. Bu faktor cüzi də olsa, meydan sahiblərinə üstünlük qazandırır. Hər halda, tribunada yer alan azarkeşlərin böyük əksəriyyəti meydan sahiblərini dəstəkləyəcək.

“Qəbələ”nin qələbəyə oynayacağını proqnozlaşdırmaq üçün elmi dərəcəyə sahib olmağa ehtiyac yoxdu. Elə bu amil Qriqorçukun komandasını tabloya əks tərəfdən baxmağa məcbur edəcək. Yəni, onlar üçün “matçın 15-ci dəqiqəsi gedir” ifadəsi yaramayacaq. Meydan sahibləri “final fitinə 75 dəqiqə qaldı” kimi düşünəcəklər. “Qarabağ” isə əksinə, lövbər salıb, final fitini gözləyə bilər. Axı, ortada olan 3 xallıq üstünlük saxlanılacaq. Biz demirik ki, çempion heç-heçəyə oynayacaq. Ancaq mümkün 3 nəticə variantından “qırmızı-qaralar”ı bir (ancaq qələbə), ağdamlıları isə ikisi (qələbə və ya heç-heçə) qane edəcək.

Hakimlik, taktiki düzülüş, aparıcı fiqurlar, hava şəraiti – bütün bunlar növbəti yazıların mövzusudu. Hələliksə hər iki tərəf intensiv hazırlıqlarını davam etdirir. Start fitinə 75 saat qalmış.

CEYHUN ƏLİYEV


 
tarix: 16-02-2017 13:05


 
Xəbər lenti
30.03.2017

12:45   Fatih Terimdən Dəniz Yılmaz açıqlaması

12:30   "Arsenal" onu 50 milyona satmağa razılıq verdi

12:15   "Real": "Pikenin cavabı aprelin 23-də veriləcək"

12:00   "Barselona" satdığı futbolçunu geri qaytarır

09:00   “Qəbələ” “İnter”ə, “Neftçi” “Qarabağ”a qarşı - YENİLƏNİR

00:30   Azərbaycan Kubokunda yarımfinal həyəcanı

00:10   Azərbaycan Moldovanı belə darmadağın etdi - FOTOLAR

00:05   "Azərbaycan millisinin güclü olduğunu bilirdik"

00:01   Biro Jade: "Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər"

29.03.2017

21:00  Yığmamızın futbolçusu rəsmən “Bursaspor”da!

20:00  Millimiz 7 qol vurub, 6-na sevindi

19:00  "Sumqayıt" "Neftçi" ilə oyuna hazırlığı davam etdirir

18:00  Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik”

17:40  “Azərbaycanlı futbolçular çox vaxt karyeraları ilə bağlı düzgün qərar qəbul etmirlər”

17:20  İqor Ponomaryov: “Neftçi” mənim gəncliyimdi”

17:00  Yarımfinal oyunları üçün hakim təyinatları açıqlandı

16:05  "Azərbaycan yığmasının qapanacağını öncədən bilirdik"

15:25  Şevçenko: “Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdı”

14:55  Allahverdiyevin kadrları "Kəpəz"dən uzaqlaşdırılır - ÖZƏL

14:45  Hakim qolu 40 saniyəyə qeydə aldı - VİDEO

14:20  "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS

14:00  Qriqorçuk: "Ranyeri ilə Yardimi məmnuniyyətlə kofe içməyə dəvət edərdim"

13:29  Almeyda "Neftçi" ilə matçı buraxa bilər

13:21  Qətər dünya çempionatı ilə bağlı Azərbaycana müraciət edib

13:17  Elxan Məmmədov yalan danışırmış

13:10  Sabiq "Neftçi"lilərdən yubiley təbriki-3 - VİDEO

13:00  Dadaşov millimizdən imtina edə bilər

12:50  Millimizin rəqibləri Rusiya və Portuqaliyaya uduzdu

12:40  Messiyə gözlənilən cəza: 4 oyun və 10 min frank!

12:30  “Evdəkilər əlimdən bezmişdi” - Qurban Qurbanovun oğlu

12:20  Nazarov: "Azərbaycan millisi doğru yoldadı"

12:10  “Neftçi” – “Qarabağ” matçının biletləri satışda

12:00  "TOPAZ"DA BU GÜN

11:50  Millimiz bu gün Moldova ilə yoxlama oyunu keçirəcək

11:40  Meksika yığması 3 xalı tək qolla qazandı - VİDEO

11:30  Panama və ABŞ yığmaları bərabərə qaldı - VİDEO

11:20  Kolumbiya səfərdə qalib gəldi - VİDEO

11:10  Çili - Venesuela matçında 4 qol - VİDEO

11:00  Peru Uruqvayı məğlub yola saldı - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az