(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Azər Məmmədov: “Uşaqların buna qadir olduğuna inana bilmirdim”

Azər Məmmədov: “Uşaqların buna qadir olduğuna inana bilmirdim”

Çempionatın qış fasiləsindən sonrakı hissəsinə uğurlu başlayan “Kəpəz”in əvəzediciləri keçirdiyi 4 oyundan 10 xal toplayıb. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” səfərdə “İnter” ilə qolsuz heç-heçə oynayaraq “Zirə”yə 2:1, “Sumqayıt”a isə 4:3 hesabı ilə qalib gəlib. 

Əvəzedicilər son olaraq Yevlaxda qızıl medallara iddialı “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra xal ehtiyatını yaxşılaşdıran Azər Məmmədovun yetirmələri turnir cədvəlində üst pillələrdə yer alan rəqiblərinə yaxınlaşıb.

Əvəzedicilərin uğurlu çıxışı haqda komandanın baş məşqçisi klub saytına açıqlama verib: “İlk öncə onu deyim ki, hamımızın arzusu əsas komandamızın yaxşı nəticələrə imza atmasıdır. Çünki onların uğuru bütün klubun uğurudur. İnanırıq ki, komanda tezliklə bizləri sevindirəcək. “Qarabağ” ilə son oyun göstərdi ki, futbolçular artıq özlərinə gəlib. Əvəzedici komandaya gəlincə, bizim məqsədimiz oyunçu yetişdirməkdir. İşimizi buna uyğun qurmuşuq. Bu yerdə qış hazırlığını səmərəli keçirmək üçün bizə hərtərəfli şərait yaradan klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxşı təlim-məşq toplanışı keçdik və uğurlu çıxışımızın da əsas səbəbi budur. Bundan əlavə 6 futbolçumuz Bakıda əsas komanda ilə birgə hazırlıqlarda iştirak etdi. Bu da bizə kömək etdi. Uşaqlarda özünəinamı artıra bildik. İlk iki dövrədə nəticə baxımından yaxşı oynamamışdıq, az xal toplamışdıq. Son oyunlarda yığdığmız xallarla bunu sığortalaya bildik. Futbolçularda əzmkarlıq görürük, baxımlı oyun nümayiş etdirirlər. Bunun özü sevindirici haldır”.

Son 4 tur ərzində “Kəpəz”in Sumqayıt səfərində eyniadlı komanda ilə oyunu daha yadda qalan olub. İlk yarıda 3 cavabsız qolla uduzan gəncəlilər fasilədən sonra yüksək əzmkarlıq göstərərək hesabı öz xeyrlərinə dəyişiblər. Məmmədov dramatik matç haqda belə danışıb: “Sumqayıtdakı oyunun ikinci hissəsində 4 qol vurmağımız əzmkarlığımızın nəticəsidir. Açığı, uşaqların buna qadir olduğuna inana bilmirdim. Bir halda ki, futbolçular belə bir oyunun axarını dəyişə bilirlərsə, deməli, onlar çox şey bacarırlar. Belə davam etsək, əsas komandaya 6 yox, gələcəkdə daha çox futbolçu cəlb oluna bilər. Diqqət var və düşünürəm ki, “Kəpəz”də gəncəli oyunçuların sayı çox olacaq”.
 

Əvəzedicilərin hücum xəttinin göstərdiyi oyun və çox sayda vurduğu qollar məşqçilər korpusunu sevindirir. Amma bununla yanaşı, komandanın buraxdığı top sayının az olmaması da mütəxəssisləri düşündürür: “Uşaqlarla bu haqda fasilə dövründə söhbətimiz olmuşdu. Onlara bildirmişdim ki, az qol vurur və oyun sayına baxanda çox top buraxırıq. Bunu aradan qaldırmalıydıq. Etiraf edim ki, komandada hücumda problemimiz olub. Hücum deyəndə söhbət təkcə forvardan getmir. Bura həm də həmləni təşkil edən oyunçular daxildir. Futbolçular arasında anlaşmada çətinlik vardı. Hücum haqda mənfi fikirdə idik, cünki ön xətdə zəif oynayırdıq. Sahib Abbasovun gəlişindən sonra hücumda dəyişiklik etdik. Artıq deyə bilərik ki, ön xətdə işlərimiz düzəlib. Ancaq komanda şəklində müdafiə olunmaqda bir balaca problemimiz qalır. Çalışıb bunu da həll etməliyik. Güman edirəm ki, mövsümün sonunda komandamız istər turnir cədvəlində nəticə, istərsə də digər statistik göstəricilər baxımından orta səviyyədə olacaq”.


 
tarix: 16-02-2017 13:20


 
Xəbər lenti
18.12.2017

13:05   “Qarabağ”dan Mahir Mədətov açıqlaması

12:59   “Qalatasaray” Tudoru qovdu

12:49   "Keşlə"də baş məşqçi dəyişikliyi: Məmmədovu Maksimov əvəzlədi

12:32   “eTopaz”da günün canlı oyunları

12:12   “TOPAZ”DA BU GÜN

11:54   Region Liqasına start verildi: ilk turun nəticələri

11:32   Prezident Tahir Gözəllə Elxan Məmmədovu mükafatlandırdı

11:12   “Səbail” legioneri ilə rəsmən vidalaşdı

10:53   “Bakı”nın bazası da əlindən alındı

10:27   “Beşiktaş” Mahir Mədətovu transfer edir

10:02   Ufuk oynamadı, komandası qələbə qazandı

09:21   Axundovun məşqçi eksperimenti

09:11   Elşən Abdullayev “Səbail”i yox, “Zirə”ni seçdi

09:03   “Kukesi” Rauf Əliyevsiz qalib gəldi

09:01   “Neftçi”nin İlkin transferi

02:22   “Olimpik”lərin duelində Lion təmsilçisi sevindi - VİDEOLAR

02:06   “Barselona” 3 xalı 4 qolla qazandı - VİDEOLAR

01:51   “Milan” darmadağın oldu, “Yuventus” qalib gəldi - VİDEOLAR

00:28   İsrafilovlu “Ximnastik” səfərdə uduzdu

00:20   “Liverpul”dan darmadağın, MY-dən qələbə - VİDEO

00:02   8 qolluq oyunda qalib müəyyənləşmədi - VİDEO

17.12.2017

23:51  “Qalatasaray” məğlub oldu, "Beşiktaş"dan darmadağın - VİDEOLAR

19:27  Erat oynamadı, “Duysburq” qalib gəldi

17:50  Millimizin hücumçusu “Bursaspor”dan göndərilir

15:54  "Qarabağ"ın futbolçusu subaylığın daşını atdı

14:08  12-ci turun oyun cədvəli açıqlandı

12:45  Cari mövsümdə ilk baş məşqçi dəyişikliyi

12:22  “eTopaz”da günün canlı oyunları

11:57  “TOPAZ”DA BU GÜN

11:38  “Araz”dan inamlı qələbə

10:06  Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19  “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11  “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44  PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26  “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52  MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30  “Trabzonspor” tək qolla güldü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az