(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Matiya Şpiçiç: “Azərbaycanda özümü yaxşı hiss edirdim”

Matiya Şpiçiç: “Azərbaycanda özümü yaxşı hiss edirdim”

“Visla” klubu ilə müqavilə imzalayan Bakı “İnter”inin sabiq müdafiəçisi Matiya Şpiçiç Polşa mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı futbolçu söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.

- Karyeranız ərzində tez-tez komanda dəyişməyiniz nə ilə bağlıdı?
- Futbolçu həyatına bu da aiddi. Hərçənd, heç də həmişə futbolçunun planlarına daxil olmur. Karyerama doğma ölkəmdə başlamışam. Həmin vaxtdan Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstandan təklif almışam və onları dəyərləndirmişəm. Əslində, mən də tez-tez klub dəyişmək istəməzdim.
 
- Çıxış etdiyiniz klublardan hansında özünüzü daha yaxşı hiss etmisiz?
- Rusiya və Azərbaycan komandalarında. Hər iki ölkədə formasını geyindiyim klublar yaxşı təşkilatlanmış idilər. Əla komandamız var idi. Həqiqətən də, Rusiya və Azərbaycanda özümü yaxşı hiss edirdim.
 
- Statistikanıza nəzər salsaq, “İnter”dəki ilk mövsümünüzdə çempionatda 20-dən çox oyun keçirdiyiniz halda, sonrakı mövsümdə cəmi 7 matçda meydana çıxmısız. Bu, nə ilə əlaqədar idi?
- Bu, legioner limiti ilə bağlı idi. Limiti azaltdılar, bu da mənim oyunuma yaxşı təsir etmədi. “İnter”lə müqaviləm bitmək üzrə idi. Onlar sözləşməmin müddətini uzatmaq istəyirdilər, amma mən razılaşmadım. Çünki daha orda qalmaq istəmədim. Amma qeyd etməliyəm ki, təşkilatçılıq baxımından Azərbaycanda hər şey yaxşı idi. Bu ölkənin futbol klubları inkişaf edirlər, Avropada hər dəfə daha uğurlu nəticəyə imza atırlar. 
 
- Müxtəlif ölkələrdə futbol oynamaq daha çox mədəniyyətlə tanış olmağınıza şərait yaradıb. Ən çox nəyə təəccüblənmisiz?
- Elə də böyük sürprizlə qarşılaşmamışam. Məsələn, Bakıya getməmişdən öncə Balkan ölkələrindən olan və Azərbaycanda oynamış bir neçə futbolçu ilə danışdım. Onlar dedilər ki, Azərbaycan normal ölkədi, insanlar adi qaydada yaşayırlar. Dedikləri düz çıxdı. Bakı möhtəşəm şəhərdi, öz ahəngi ilə seçilir. Şəhərin inkişafı üçün çoxlu pullar xərclənilir. Azərbaycanlılar bir anın içində Dubay yaratmaq istədiklərini deyirlər. Xərclənən böyük məbləğdə pulları şəhərin infrastrukturunda görmək mümkündü. Bunun sayəsində şəhər ildən-ilə daha da müasirləşir. (Apasport)


 
tarix: 16-02-2017 16:05


 
Xəbər lenti
25.06.2017

00:45   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

00:30   Oliç də karyerasını başa vurdu

00:15   “Zirə” Qabriel Mateylə müqavilə imzaladı

24.06.2017

23:30  "Qarabağ" - ÇSKA matçında 7 qol - VİDEO

21:55  "Qarabağ" ÇSKA-ya böyük hesabla uduzdu

21:40  Portuqaliya 4 qolla qalib gəldi - VİDEO

21:20  Səmədovun Meksikaya vurduğu qol yetərli olmadı - VİDEO

21:00  Portuqaliya və Meksika növbəti mərhələdə!

20:00  "Qəbələ"nin daha üç rəqibi müəyyənləşdi

19:00  "Qəbələ"ni seçdiyim üçün özümü olduqca xoşbəxt hiss edirəm"

18:00  "Skenderbeu" çempionluq titulundan məhrum edildi

17:00  "Qəbələ"nin yeni transferi - VİDEO

16:00  Mendi rəsmən "Bordo"da

15:00  "Portu"dan Premyer Liqa klubuna

14:00  Sabiq "Real"lı karyerasını başa vurdu

13:30  "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi

12:30  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO

10:30  Anton Kanibolotski rəsmən "Qarabağ"da!

10:00  Millimizin sabiq üzvü Türkiyə klubunda

09:00  Premyer Liqa klubunu Çin komandasına dəyişdi

01:00  Messi ötən mövsümün ən yaxşısı seçildi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az