(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
"Qəbələ"- "Qarabağ": 41-ci duel

"Qəbələ"- "Qarabağ": 41-ci duel

Topaz Premyer Liqasının 19-cu turu çempionatın liderlərinin görüşü ilə əlamətdar olacaq. Futbolinfo.az xəbər verir ki, son üç mövsümü mükafatçılar sırasında başa vuran və yenidən qızıl medal uğrunda mübarizə aparan “Qəbələ” və “Qarabağ” cari çempionatda 3-cü dəfə üz-üzə gələcək. 

Mövsümdə yeganə məğlubiyyətini 13-cü turda Ağdam təmsilçisindən alan “qırmızı-qaralar” rəqibini 7-ci turda qalib gəldiyi Qəbələ şəhər stadionunda qəbul edəcək. Cari çempionatda öz meydanında uduzmayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 1-ci pilləni ələ keçirmək üçün lideri məğlub etməlidir. 

Bu matç rəqiblər arasında 41-ci duel olacaq. İndiyədək komandalar 34-ü çempionat, 6-sı kubokda olmaqla 40 dəfə qarşılaşıb. “Qarabağ”la “Qəbələ” arasında ilk matç isə meydan sahiblərinin güclülər dəstəsində - indiki Premyer Liqada debüt etdiyi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 20-də keçirilən həmin matçdan indiyə kimi “Qəbələ” 9, “Qarabağ” 16 qələbə qazanıb. “Qırmızı-qaralar” doğma azarkeşlər önünə yubiley – 10-cu qələbə üçün çıxacaq. Digər 15 matçda isə qalib müəyyənləşməyib. Baş tutan 40 görüşdə 87 qol vurulub. “Qırmızı-qaralar” 37, “ağ-göylər” 50 dəfə fərqlənib.

Azərbaycan çempionatı çərçivəsində keçirilən 34 matçda 78 qol qeydə alınıb. 8 dəfə qalib gəlib, 16 dəfə uduzub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 32, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb. 

“Qırmızı-qaralar”ın 20 ev oyununda meydan sahibləri 5, qonaqlar 8 dəfə qalib olubsa, 7 dəfə bərabərlik qeydə alınıb. Top fərqində isə ağdamlıların üstünlüyü cüzidir – 23:21.
“Qəbələ”nin “Qarabağ”la matçlardakı 37 qoluna 25 futbolçu imza atıb. Onlardan biri avtoqola üzülən rəqib oyunçu Namiq Ələsgərovdur. “Qırmızı-qara” formada isə Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi ağdamlıları 4 dəfə məyus edə bilib. İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov, Sergey Zenyov və Filip Ozobiç hərəyə 2, digər 17 oyunçu hərəyə 1 dəfə qol sevinci yaşayıb.

“Qarabağ”ın heyətində fərqlənən 22 oyunçu arasında isə Reynaldo Silva hamıdan çox – 8 dəfə fərqlənib. Riçard Almeydanın 5 qolu var. İki komanda arasında duellərdə Kənan Kərimovun da eyni sayda qolu olsa da, o hər iki tərəfdən fərqlənib. Hücumçu 3 dəfə “Qarabağ”da, 2 dəfə “Qəbələ”də qol sevinci yaşayıb. "Qəbələ"nin kapitanı Rəşad Sadiqov Ağdam təmsilçisinə qol vursa, o da hər iki komandada fərqlənmiş oyunçu olacaq. Yarımmüdafiəçi 2009-cu il dekabrın 6-da “Qarabağ”ın heyətində, Qəbələdəki oyunda qol sevinci yaşayıb.

“Qəbələ” – “Qarabağ”: Bütün oyunlar

2006/07. Premyer Liqa
20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88
2006/07. Premyer Liqa
22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81
2007/08. Premyer Liqa. 
06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52
2007/08. Premyer Liqa
13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80
2008/09. Premyer Liqa
20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 
Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85
2008/09. Premyer Liqa
15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78
2009/10. Premyer Liqa
21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43
2009/10. Premyer Liqa
24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)
2010/11. Premyer Liqa
25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83
2010/11. Premyer Liqa
13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75
2011/12. Premyer Liqa
27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37
2011/12. Premyer Liqa
21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2011/12. Azərbaycan kuboku
14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90
2011/12. Premyer Liqa
18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16
2011/12. Azərbaycan kuboku
28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2011/12. Premyer Liqa
14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70
2012/13. Premyer Liqa
31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Dodo, 34
2012/13. Premyer Liqa
10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)
2012/13. Azərbaycan kuboku
27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 - Vüqar Nadirov, 56
2012/13. Azərbaycan kuboku
07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2012/13. Premyer Liqa
30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39
2012/13. Premyer Liqa
28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69; 77
2013/14. Premyer Liqa
25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16
2013/14. Premyer Liqa 
03.11.2013. Qarabağ – Qəbələ - 4:3
Nikolos Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Dodo, 85
2013/14. Premyer Liqa 
08.02.2014. Qəbələ – Qarabağ - 0:1
Reynaldo Silva, 74
2013/14. Azərbaycan kuboku
13.03.2014. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2013/14. Azərbaycan kuboku 
19.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1; Viktor Mendi, 81
2013/14. Premyer Liqa 
30.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87
2014/15. Premyer Liqa
17.10.2014. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89 (p.)
2014/15. Premyer Liqa 
14.12.2014. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 23
2014/15. Premyer Liqa 
28.02.2015. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Namiq Ələsgərov, 45 (öz qapısına)
2014/15. Premyer Liqa 
02.05.2015. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Reynaldo Silva, 55 - Cavid Hüseynov, 90 (p.)
2015/16. Premyer Liqa 
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Sergey Zenyov, 32, Samir Zərgərov, 87 - Riçard Almeyda, 62 (p.), 83
2015/16. Premyer Liqa 
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 - Ermin Zets, 4
2015/16. Premyer Liqa 
19.03.2016. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 - Migel Madera, 9, Mahir Mədətov, 72
2015/16. Premyer Liqa 
11.05.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani Kintana, 17, 32
2016/17. Premyer Liqa 
02.10.2016. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14
2016/17. Premyer Liqa 
29.11.2016. Qarabağ (Ağdam) – Qəbələ - 2:1
Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 - Filip Ozobiç, 64


 
tarix: 16-02-2017 21:30


 
Xəbər lenti
19.01.2018

02:35   “Real” səfərdən qələbə ilə döndü

02:26   “Qalatasaray” səfərdə də 3 qola sevindi

00:11   İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi

18.01.2018

22:39  “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

22:00  “Sumqayıt” debütanta belə uduzdu - FOTOLAR

21:31  “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO

20:07  Fransa klubu baş məşqçisini qovdu

19:45  Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi

19:29  “Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu

19:01  Millimizin rəqibi heyətini açıqladı

18:50  Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”

18:31  “Qəbələ” “Sürix”ə belə məğlub oldu - VİDEO

18:14  “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində - FOTO

17:56  Klublarımız avrokuboklarda iştirakdan imtina edib?

17:37  Premyer Liqamızdan 16 pilləlik sıçrayış

17:14  “Kəpəz” daha bir transferi rəsmən açıqladı

17:05  Millimizə daha bir futzalçı qoşuldu

16:33  “Sabah”dan növbəti transfer - FOTO

16:10  Araz “Anortosis”ə penalti qazandırdı - VİDEO

16:00  Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

15:45  “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

15:16  Hakimlərdən “Keşlə” üçün seminar

14:41  Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

14:28  “Kəpəz” də Türkiyəyə getdi

14:06  “Qarabağ” - “Kuban” matçından FOTOLAR

13:56  Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

13:44  Millimizin baş məşqçisinin brifinqi olacaq

13:37  Millimiz FİFA reytinqində gerilədi

13:22  İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

12:52  Azərbaycan klubu Sağlamla anlaşdı

12:42  “Ruslan Abışova ateist olduğumu deyəndən sonra mənimlə danışmadı”

12:35  Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

12:33  “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az