(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Rəşad Sadıqov: "Əcnəbi hakimlər dəvət edilməlidi" - VİDEO

Rəşad Sadıqov: "Əcnəbi hakimlər dəvət edilməlidi" - VİDEO

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "3-cü hissə" verilişinin qonağı olub. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi son zamanlar geniş müzakirəyə səbəb olan məsələrdən danışıb. 

O, "Zirə"nin "Qarabağ"a güzəşt etməsi ilə bağlı səsləndirilən iddialara cavab verib. Sadıqov olduqca maraqlı açıqlamaları ilə yadda qalıb:

"Zirə"nin sabiq prezidenti Vüqar Astanovla birlikdə uşaqlıqda futbol oynamışıq. Komandanın sahiblərindən Orxan bəylə də uzun müddət münasibətimiz var. O da qardaşımdan irəli gələn münasibətdi. "Zirə"yə yaxınlığım keçən il daha çox idi. Orxan bəy komandanın yalnız oyunlarına gəlir. İşə peşəkar yanaşmağı sevir. Keçən il daha sıx-sıx görüşürdük. Daha çox idarəçiliklə bağlı məsələrdən danışırdıq. Başqa bizim klubun onlarla heç bir bağlılığı yoxdu. "Zirə"nin büdcəsini bilirəm. Hardasa, 2 milyon manatı keçir. Futbolçuların keyfiyyətindən bunları təxmin etmək elə də çətin deyil. Bu pulu da verən şəxslər var. Pulu verən "Qarabağ" deyil. "Zirə"nin "Qarabağ"a xal verməsi absurd fikirdi. Bu, şəxsən mənim üçün böyük təhqirdi. "Zirə"nin nə marağı var ki, "Qarabağ"a xal versin? Mənim münasibətim varsa, bu, öz yerində. Bizim sponsor bir olsaydı, deyərdim ki, hə. Bizim sponsorlar heç tanış da deyil. Biz keçən ildən bəri 7 oyun oynamışıq, 6 qələbə qazanmışıq, birində də heç-heçə oynamışıq. Eyni statistika "Kəpəz"lə oyunlarımıza da aiddi. Yeri gəlsə, "Kəpəz" "Qəbələ"dən daha çox xal alıb, nəinki "Zirə". Onda belə çıxır ki, "Kəpəz" bizə xal verir? Ad çəkmək istəmirəm. Bəzi klub rəhbərlərinin bir-biri ilə münasibətləri var. Onda belə çıxır ki, kimsə kiməsə xal verir? Məndən də yaxın münasibətləri var. İndi biz durub hamısını danışaq? Bizdən belə bir söz eşitmisiz? Vallah, deməmişik. Bizim özümüzün də "Qəbələ" ilə münasibətlərimiz 13-cü tura qədər yaxşı olub. 1 ildə 4 dəfə udmuşuq. O deməkdi ki, kimsə kiməsə kömək edir? Diqqətlə "Zirə"nin "Kəpəz"ə qarşı oyununu analiz edin. 10 nəfər doluşmuşdular "ştrafnoy"un içinə, mərkəzi keçə bilmirdilər. Niyə "Zirə" "Qarabağ"ı udmalıdı, başa düşmürəm. Halbuki, "Qəbələ" "Zirə" ilə oyunda birinci hissədə hər şeyi həll etməli idi. Rəqib "Qəbələ"yə qarşı heç nə ilə yadda qalmadı. İki standart vəziyyətdən qol vurdular. Başqa qol imkanları da olmadı. "Qarabağ"a qarşı hansı əzmkarlıqla yadda qaldılar? Keçən il "Zirə" medallar uğrunda mübarizə aparırdı. Amma biz rəqibi bizə xal lazım olmaya-olmaya səfərdə məğlub etdik. Onda "Zirə" "Kəpəz"ə 90+da qol vurmasaydı, bəlkə də medalçılar sırasında düşməyəcəkdi. Bir dəfə də "Zirə" bizə qarşı narazılıq edərdi ki, borcunuzu qaytarın. Məni futbol ictimaiyyəti çox gözəl tanıyır. Bəddua etməyi sevən insan deyiləm. Dinimiz bunu sevmir. Əgər "Qarabağ"la "Zirə" bir-birinə oyun veribsə, güzəşt edibsə, Allah o insanların bəlasını versin. Siz mənim nə qədər şəffaf olduğumu biləcəksiz. Digər insanların danışdıqları fikirlər mənə zərrə qədər də maraqlı deyil. Mən illərdi bu şeyləri görə-görə gəlirəm. Mən belə bir şeydə iştirak etmişəmsə, Allah bəlamı versin".

Milli komandamızın kapitanı artıq bəzi prinsipial oyunlarda əcnəbi hakimlərə ehtiyac olduğunu qeyd edib:

"Mən hər zaman yerli hakimləri də, həkimləri də, məşqçiləri də dəstəkləmişəm. Ancaq bəzən elə vəziyyət yaranır ki, təzyiqlərə tab gətirmək olmur. Heç kim məndən inciməsin, ancaq artıq bəzi matçlarda əcnəbi hakimlərin idarə etməsinə ehtiyac var. Bu il bir daha bu fikrimə əmin oldum. Çünki haqsız yerə cəzalar, itkilər çox olur. Şəxsi fikrimdi, çox istərdim ki, prinsipial oyunlara xaricdən ədalət təmsilçiləri dəvət edilsin. Ajiotajın böyük olduğu mərkəzi oyunlardı, kubokun final oyunlarıdı ki, onların öhdəsindən gəlmək yerli hakimlər üçün çətin olur. Onlar da təzyiqə məruz qalırlar. Üstəlik, yaxşı hakimlərin qıtlığı da müşahidə olunur. Cəmi 6-7 nəfər yaxşı referi var ki, onların da yorulmağı, şəxsi problemləri olur ki, bu zaman ciddi qüsurlar yaranır". 

 


 
tarix: 17-02-2017 11:50


 
Xəbər lenti
19.11.2017

02:05   “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57   “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43   “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09   PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35   “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

18.11.2017

23:57  “Liverpul”, MY və MS-dən inamlı qələbə - VİDEOLAR

23:21  “Qarabağ”ın rəqibi əzəli rəqibinə qalib gəldi - VİDEO

23:05  “Qalatasaray” səfərdə darmadağın oldu - VİDEO

21:55  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

20:32  Dəniz Yılmaz oynamadı, “Bursaspor” yenə xal itirdi

18:47  Nizami Hacıyev "Neftçi"də

18:31  “Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

18:10  Samir Əliyev: “Belə olmasını istəməzdim”

17:55  Diniyevin istefasına səbəb olan məğlubiyyət - VİDEO

17:30  Şahin Diniyev: “Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm”

17:23  Şahin Diniyev “Kəpəz”dən istefa verdi

17:02  “Neftçi”dən azarkeşkərə müraciət

16:57  “Kəpəz”lə “Keşlə” yenə də uduzdu

16:05  “Keşlə”nin ardıcıl altıncı məğlubiyyəti - FOTOLAR

15:54  “Zirə” “Keşlə”ni belə məğlub etdi - VİDEO

15:49  Ramiz Məmmədov: “Onu komandada saxlamaram”

15:39  “Sübut etdik ki, “Qarabağ”a qarşı oynamaq mümkündü”

14:41  “Zaqatala”nın ilk qələbəsi - VİDEO

14:02  “Neftçi” – “Qəbələ” matçının biletləri satışda

13:38  “Çelsi” imtina etdi, “Qarabağ” daha 1000 bileti satışa çıxardı

12:51  Qurban Qurbanov: “Azərbaycan futboluna xidmət etmək borcumdu”

12:13  Yığmadan ayrıldı, Premyer Liqa klubuna baş məşqçi təyin olundu

11:47  Əhmədov: “Hələ heç nə itirilməyib”

11:35  Konte: “Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq”

10:45  “Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

10:33  “Çelsi”də problem

09:30  AFFA-dan geri addım: komitələr ləğv edilir

09:17  Əzizov yenə oynamadı, komandası qalib gəldi

09:11  "Vitrin"dən göstərilən hədəflər

09:02  Paşayevin komandası “Şaxtyor” üzərində qələbəyə sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az