(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Qəhrəman Əliyevin istefa səbəbi

Qəhrəman Əliyevin istefa səbəbi

Dünən 1-ci divizionda start götürən 15-ci turda “Şəmkir” 5-ci məğlubiyyətini aldı. Ancaq ilk 4 analoji haldan fərqli olaraq, bu yenilgi baş məşqçi Qəhrəman Əliyevin istefası ilə nəticələndi. Rəsmi məlumatda təcrübəli mütəxəssisin öz istəyi ilə klubdan ayrılmaq qərarını verdiyi bildirilsə də, əsl həqiqəti üzə çıxara bildik.

Başlayaq standart ittihamdan. Brinci divizionun “ticarət mərkəzi”nə çevrilməsini AFFA da təsdiqləyib və indi hamı hansı başların kəsiləcəyini gözləyir. İlkin versiyaya görə, Əliyevin xal üzünə həsrət qalan “Rəvan”la sövdələşməyə getdiyini və oyundan məğlub ayrılacaqlarını totalizatora qoyduğu iddia edildi. Ancaq Qəhrəman bəyin belə bir hoqqaya əl atması inandırıcı görünmürdü. Ona görə yox ki, Əliyev peyğəmbər övladıdı, sadəcə, suyu üfürə-üfürə içən mütəxəssis belə bir oyuna getməkdən qorxar.

Araşdırmamızın növbəti addımında isə halqalar zənciri tam bərpa etdi. Qəhrəman bəyin təbiətcə sakit, mədəni olması yetirmələrinə də siraət edib. Klub qarşısına çempion olmaq vəzifəsi qoyub. “Şəmkir” ilk dövrədən sonra 3-cü pillədə qərarlaşmışdı və qış fasiləsində heyətini xeyli oyunçuyla gücləndirdi.  Yəni, klub rəhbərliyi ilə baş məşqçi arasında təxmini belə bir dialoq olub:

- Çempion olmalıyıq! Komanda isə ancaq evdə istədiyimiz futbolu sərgiləyir.
- Heyət gücləndirilməlidi ki, səfər matçlarında da uğurlu qrafik cızaq.
- Kimi istəyirsənsə alacağıq, mütləq çempion olmalıyıq!

Qış fasiləsində edilən transferlərlə heyət güclənsə də, “Şəmkir” səfərə çıxan kimi, köhnə mərəzindən qurtula bilmədiyi üzə çıxdı. Özü də bu, xal üzünə həsrət qalan “Rəvan”la matçda baş verdi. Məhz bu faktor fövqaladə qərarın verilməsini şərtləndirib. Çünki sən səfərdə autsayderə də uduzursansa, 1-ci pillədən dəm vurmağa dəyməz. 

Dediklərimizi statistik göstəricilər də təsdiqləyir. “Şəmkir” səfərdə cəmi 2 qələbəyə sevinib. Bu matçlardan biri də Mingəçevirdə “Energetik”ə qarşı baş tutub ki, onları da ancaq tənbəl udmayıb. Deməli, problem həqiqətən də baş məşqçidə olub. Mütəxəssis yetirmələrini psixoloji cəhətdən hazırlaya bilməyib. Evdə azarkeşlərin ciddi dəstəyi sayəsində futbolçular yüksək motivasiya ilə oynaya bilirsə, Şəmkiri tərk edən ki, bu dəstək olmur. Belədə, əsas yük baş məşqçinin üzərinə düşür ki, o da bu funksiyasının öhdəsindən gəlməyi bacarmayıb.

Hələlik Əliyevin kreslosu Mehman Yunusova həvalə olunub. Ancaq əldə etdiyimiz informasiyaya görə, bu, müvəqqəti xarakter daşıyır. Yaxın günlərdə yeni baş məşqçinin adı ictimaiyyətə açıqlanacaq. Bir onu deyə bilərik ki, qarşısına qızıl medal qazanmaq vəzifəsi qoyulan komandanın “sükanı arxası”na ölkə miqyasında tanınmış mütəxəssis gətirilməlidi ki, çempionluq sirrinin açarlarına bələd olsun.  

CEYHUN ƏLİYEV


 
tarix: 17-02-2017 13:45


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az