(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

"Qəbələ" üçün daha düşərli Yusifov

"Qəbələ" üçün daha düşərli Yusifov

Nəhayət, “Qəbələ” - “Qarabağ” matçının hakiminin kimliyinə aydınlıq gəldi. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunun mərkəzi qarşılaşmasını hamının gözlədiyi kimi, Fariz Yusifov idarə edəcək. 

Bu, o Yusifovdu ki, artıq cari mövsümdə tərəflərin hərəsinin 2 matçında ədaləti qoruyub. Referinin idarə etdiyi görüşlərdə “Qəbələ” maksimum – 6 xal qazanıb. O, “qırmızı-qaralar”ın 1-ci turda “Kəpəz”i (2:0), 16-cı turda “Neftçi”ni (1:0) evdə məğlub etdiyi qarşılaşmalarda fit çalıb. Ədalət təmsilçisi bu qarşılaşmalarda Roman Qriqorçukun yetirmələrinə 7, rəqiblərinə isə 2 sarı vərəqə göstərib. Bu iki matç içərisində onun ən yaddaqalan görüşü şübhəsiz “Neftçi” ilə olanıdı. Belə ki, məhz bu qarşılaşmada matçın taleyini həll edən yeganə qol ofysaddan vurulmuş və “ağ-qaralar”ın kapitanı Ruslan Abışova aşkar kobudluğuna görə qırmızı vərəqə göstərilməmişdi.

Yusifovun cari mövsümdə ilk dəfə “Qarabağ”la yolu da məhz ağdamlıların “Kəpəz”lə matçına təsadüf edib. “Atlılar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə fit sahibi onların 4, gəncəlilərin isə 2 futbolçusuna sarı vərəqə göstərib. Həmçinin “Qarabağ”ın evdə “İnter”lə qolsuz sülhə razı olduğu görüşün də idarəçisi olan Yusifov burada meydan sahiblərinin 2, qonaqların isə 3 futbolçusuna xəbərdarlıq edib. 

Sözügedən hakimin cari Premyer Liqada idarə etdiyi oyunların siyahısı isə budu:

1) “Qəbələ” 2:0 “Kəpəz”
3) “Zirə” 3:1 AZAL
5) “İnter” 2:1 “Neftçi”
7) “İnter” 1:1 “Zirə”
9) “Kəpəz” 0:0 “İnter”
12) “Qarabağ” 1:0 “Kəpəz”
14) “Qarabağ” 0:0 “İnter”
16) “Qəbələ” 1:0 “Neftçi”
18) “Neftçi” 1:0 “Sumqayıt”

Maraqlıdı ki, Yusifovun fit çaldığı 9 matçın 6-da meydan sahibləri qalib gəlib, 3-ü isə bərabərliklə yekunlaşıb. Qonaqlar isə qələbə üzünə həsrətdi.


 
tarix: 17-02-2017 14:20


 
Xəbər lenti
22.05.2018

13:37   Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12   Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55   Alxasova Polşadan dəvət

12:15   “Sumqayıt”da yarpaq tökümü başladı

12:01   Pelleqrini yenidən Premyer Liqada

11:22   La Liqada yeni klub

11:00   “eTopaz”da günün canlı oyunları

10:31   “Slaviya”dan Muradovsuz qələbə

10:00   “TOPAZ”DA BU GÜN

09:37   “Volfsburq” Bundesliqada qaldı

09:00   Çempionun hüzurunda

01:13   U-11 Liqasının qalibi bəlli oldu

00:50   “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35   “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09   Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01   Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

21.05.2018

23:43  Topaz Premyer Liqasının bombardiri mükafatını aldı - FOTOLAR

23:42  Tərlan Əhmədov: “İstənilən qərarı normal qarşılayacam”

23:10  Riçard Almeyda: “Bəzən nəyisə dəyişmək lazım gəlir”

23:01  “Qarabağ”ın prezidenti: “Büdcə əvvəlki kimi olmayacaq”

22:40  Premyer Liqanın qalibləri mükafatlandırıldı - VİDEO

22:01  Cavid Hüseynov: “Ani qığılcım baş verdi”

21:44  Mövsümün son matçında 1 qol - VİDEO

20:56  Mövsümün son matçında “Qarabağ” qalib gəldi

20:35  Qurban Qurbanov milliyə 27 futbolçu çağırdı

20:19  Mövsümün son matçında insident

18:55  “Keşlə” ölkə çempionu oldu

18:46  “Sumqayıt”da 2 illik yeni müqavilə

18:32  Super Liqada daha bir baş məşqçi istefası

18:06  Milli karyerasını bitirdi - DÇ-yə aparılmadığı üçün

17:00  Argentina mundiala bu heyətlə gedir

16:35  Yuri Maksimov daha bir il “Keşlə”də!

16:17  İspaniya millisin DÇ-2018 üçün yekun heyəti açıqlandı

15:58  Futbolçu mükafatlandırma mərasimində pərt oldu - VİDEO

14:52  Baharın 17-ci anı

14:44  İsgəndər Cavadov Gəncəyə niyə gedib?

14:38  Gəncə futbolunun xilası naminə

14:34  La Liqanın ən yaxşı qapıçısı seçildi

14:05  Baş məşqçilərin final üçün ortaq istəyi

13:53  MY Azərbaycan çempionu oldu - VİDEO

13:47  Dario Federikonun “sarğı” xahişi

13:35  Topaz Premyer Liqasında hakim debütü

13:27  İsgəndər Cavadov: “Kəpəz” Premyer Liqada qala bilər”

13:21  “Səbail” iki legionerlə yollarını ayırır

13:17  5-ci dəfə “Qızıl buts”u qazandı

13:13  Rəfiyevli “Sumqayıt” bu aqibətlə üzləşməliydi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az