(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qriqorçukun seçimi: müdafiəni necə qurmalı? 

Qriqorçukun seçimi: müdafiəni necə qurmalı? 

Topaz Premyer Liqasının 3-cü dövrəsinin “şah əsəri”nin start fitinə 50 saata yaxın vaxt qalır. Baş məşqçilər son planlarını cızır, start heyətində kimlərə şans verməyi, hansı taktiki sxemdən istifadə etməyi düşünürlər. Üstəlik, hər iki tərəfdə xeyli sayda itki də var. Bu yazıda taca iddiaçı – “Qəbələ”nin start heyətini və mümkün rotasiyaları proqnozlaşdıracağıq.

Meydan sahiblərini düşündürən ən ciddi problem mərkəz müdafiəçisi mövqeyidi. Roman Qriqorçuk Voislav Stankoviçlə yanaşı oynatmaq üçün futbolçu tapmaqda ciddi problemlə üzləşib. Rafael Santosun sıradan çıxmasından sonra Vitali Verniduba bel bağlansa da, ukraynalı müdafiəçi də eyni aqibəti yaşadı. Ötən turda isə “Zirə”yə qarşı oyunda Rasim Ramaldanov qırmızı vərəqə aldı.

İndi Qriqorçukun 2 real və 1 avantürist yolu var: ya Murad Musayevi Stankoviçə yoldaş etsin, ya bəzi oyunlarda olduğu kimi, Ürfan Abbasovu müdafiənin mərkəzinə çəksin, ya da düzülüşü dəyişib, 3 müdafiəçiylə oynasın. Əslində, elə ilk iki variant da təhlükəlidi. Çünki Musayevin “Qarabağ” kimi rəqibə görə təcrübəsi azdı, Ürfan isə cinahda özünü daha rahat hiss edir və güclü rəqiblə oyunda bağışlanılmaz səhvə yol vermə ehtimalı yüksədi. Üçlü müdafiə sisteminə isə futbolçular alışmayıb. Hansını seçəcək ukraynalı mütəxəssis?

Gəlin əvvəlcə ilk iki məcburi rotasiyanı nəzərdən keçirək. Musayevin bir neçə üstünlüyü var. Əvvəla, ucaboy olması. Hava mübarizələrində Murad həm komandasının, həm rəqibin cərimə meydançasında təhlükəli ola bilər. Cəmi 22 yaşı olması isə 90 dəqiqə ərzində fiziki cəhətdən yorulmamasını şərtləndirəcək.

Qapıda Dmitri Bezotosnının yer alacağına şübhə omadığı qədər, Voislav Stankoviçin də müdafiənin mərkəzində qərarlaşacağını söyləyə bilərik. Legioner və yaş limitini nəzərə alsaq, müdafiənin solunda Ürfan Abbasov, sağında isə Tellur Mütəllimovun qərarlaşacağını proqnozlaşdıra bilərik. 

Cavid Hüseynovun turdan-tura artırması, Ruslan Qurbanovun qısa zaman kəsiyində kollektivə uyğunlaşması və baş məşqçinin son turlarda daha çox Kvekveskiri – Sadiqov – Ozobiç triosuna güvənməsini nəzərə aldıqda, yarımmüdafiə konturları da cızılır. Daniel Subotiçin gəlişindən sonra isə Baqali Dabo əsas heyətdəki yerini itirib və sarışın forvardın ilk dəqiqələrdən meydanda olacağı daha real görünür.

Qriqorçuk Ürfan Abbasovu mərkəz müdafiəçisi mövqeyinə çəkəcəyi təqdirdə, ilk variantla müqayisədə dəyişikliklər yalnız bu xətdə müşahidə olunacaq. Özü də cüzi. Belədə, sol cinah müdafiəçisi mövqeyi Məhəmməd Mirzəbəyova həvalə olunacaq.

Üçlü müdafiə sistemində isə Qriqorçuk rəqibinə əsl müharibə elan etmiş olacaq. Risk olduqca böyük olsa da, bunun cəlbedici tərəfləri də var. İndiyədək rast gəlmədiyimiz variantda Baqali Dabo və Daniel Subotiç ilk dəqiqələrdən start heyətində yer alır. Bu tandemin çempionun müdafiə redutlarını dağıtmaq üçün yetərincə potensialı var. Üstəlik onlara arxadan kömək edən Filip Ozobiç kimi əjdahanı da unutmaq olmaz. Ancaq bu sxemin ən ağrılı yeri qonaqların kəsərli əks-hücumları zamanı say üstünlüyü yaxalamaq ehtimalının yüksək olmasıdı. Qriqorçuk bu cür sxemə üstünlük versə, indidən bol qollu oyuna şahidlik edəcəyimizi proqnozlaşdırmaq olar. Ancaq ukraynalı mütəxəssis nə qədər də riski sevən birisi olsa da, onun məşhur Braziliya deyimini – siz nə qədər bacarırsınız vurun, biz istədiyim qədər fərqlənəcəyik – seçəcəyinə inanmırıq.

CEYHUN ƏLİYEV


 
tarix: 17-02-2017 16:20


 
Xəbər lenti
23.11.2017

02:35   ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18   Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55   “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32   Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

01:26   “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – “The Sun”

01:04   Rövnəq Abdullayev: “Bu qərarın məqsədli olduğunu deməzdim”

00:45   Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

00:21   Qurban Qurbanov: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi”

00:05   Antonio Konte: “Hakim heç bir halda tərəf tutmamalıdı”

22.11.2017

23:10  “Qarabağ” “Çelsi”yə belə uduzdu - VİDEO

22:49  “Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

21:14  Bu da “Qarabağ” – “Çelsi” matçında gözlənilən xoreoqrafiya

19:24  “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol

18:25  “Qarabağ” “Çelsi”yə evdə də uduzdu - FOTOLAR

17:57  “Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

17:10  Şenol Günəş Bakıya gəlir - BOS-dakı dəstəyə görə

16:50  “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı

16:34  Daha bir milli komanda baş məşqçisiz qaldı

16:11  “Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

15:56  Miçel: “Çelsi” ilə oyunda xal qazanmalıyıq”

15:38  Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

15:17  Növbəti turu kim buraxacaq?

14:56  “Zaqatala” “Ağsu”ya doğma meydanda uduzdu - VİDEO

14:40  “Payız turniri” başladı: 3 oyuna 26 qol

14:25  “Mil-Muğan” “Xəzər”i belə məğlub etdi - VİDEO

14:16  AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

13:58  13-cü turun oyun cədvəli bəlli oldu

13:44  Yaşar Seyidovun tövsiyə planı və reallıq

13:38  Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli

13:24  “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza

13:15  Divizion klublarının cəzası açıqlandı

13:07  İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza

12:55  9-cu turun hakim təyinatları açıqlandı

12:42  “eTopaz”da günün canlı oyunları

12:32  “TOPAZ”DA BU GÜN

12:27  “Neftçi” rəhbərliyi Konte ilə görüşdü - FOTO

11:56  Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR

11:35  Koke: “Qarabağ”ın uğur qazanmasına ümid etməliyik”

11:26  “Real” və Ronaldodan rekordlar

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az