(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

HESABAT: 10 milyon manat niyə gizlədilir?

HESABAT: 10 milyon manat niyə gizlədilir?

Martın 15-də baş tutan AFFA-nın Hesabat Konfransı 2016-ya yekun vurulması üçün fürsət idi. Futbol ictimaiyyəti bir araya gəldi, məruzələr dinləndi, hesabatlar verildi, hamı əl çaldı və s.
 
Hamı təqdim olunanla kifayətləndi. Kimsə hesabatlara dair sorğu-sual etmədi, müzakirə aparılmadı. Konfransda olanlardan əksəriyyəti savadı çatmadığı, bir qismi isə nədənsə qorxduğu və ya hansısa marağı olduğu üçün susdu. AFFA başbilənləri də heç nə olmamış kimi 20-30 milyon (!!!) manatın 5-10 qəpikmiş kimi xərclənməsini ötüşdürdü.
 
AFFA hesabatlarını büroşur halında da təqdim edib. Və orada yazılanlara əsasən hər şey çox çəffaf görünür. Lakin...
 
2016-cı il ərzində AFFA-ya 23 971 739 manat vəsait daxil olub. Müqayisə aparsaq, bu, 1,85 milyon manat çoxdu. 2015-də bu göstərici 22 126 224 manat təşkil edirdi. Maraqlıdı ki, məhz bu qədər vəsait də SOCAR-ın köçürmələrində azalıb. Ötən il assosiasiyanın əsas tərəfdaşı, baş sponsoru 12 900 000 manat xərcləmişdisə, bu dəfə 1,7 milyon manat az köçürmə edib.
 
Əvəzində əsas milli komandanın yayım hüququndan gəliri 1,2 milyon manat artıb. 800 min UEFA-dan, 400 min "Azəridmanservis"dən gələn pulda artım var. Əsas fərq yaradan səbəb AVRO-2020-yə görə gələn 916 min manatdı ki, ötən il belə bir şey yox idi. "Digər" adı altında verilən gəlirlər isə 2 dəfədən çox yüksəlib - ötən il 352, 2016-da isə 778 min manat bu yolla AFFA-nın büdcəsini zənginləşdirib. Yeri gəlmişkən, xüsusən bu qaynağın tam açıqlanmasına ehtiyac var.
 
İstənilən halda, gəlirlərin artması və burada SOCAR-ın yükünün bir qədər azalması, əvəzində əlavə mənbələrin çoxalması sevindiricidi. Büdcənin yarıdan çoxunun baş sponsor olmadan qarşılanması işin müsbət tərəfidi. Ancaq elə bu fakt göstərir ki, həmin məbləğ olmadan da ölkə futbolunu idarə etmək olar. Sponsoru olmayan bir çox milli assosiasiyalar var ki, daha yaxşı nəticələrə sahibdilər. Bizdə də bu, mümkündü, amma futbolumuzun başbilənləri bunun üçün xərclərdə daha diqqətli olmalıdı. Xərclənən pullar haqda qeydlərimizi edərkən özünüz də görəcəksiz ki, əslində, reklam gəlirləri, tərəfdaşların xərclədikləri və yayım hüququndan gələn pulla da keçinmək olar. İndiki halda, baş sponsordan gələn pullar daha çox israf edilir və ya kimlərinsə cibini doldurması üçün maxinasiya imkanlarını artırır.
 
Lakin… İş ondadı ki, AFFA bəzi xərcləri müxtəlif adlara yaymaqla iz azdırmağa çalışıb. Hesabatı diqqətlə incələyəndə bəlli olur ki, AFFA-ya daxil olan vəsait heç də 23 971 739 manat deyil. SOCAR 1 810 510 manatı AFFA-nın vasitəçiliyi ilə Bakı Olimpiya Stadionunun hesabına köçürüb. Bundan başqa, 7 divizion və 1 Premyer Liqa klubuna eyni xəttlə 2 507 837 AZN verilib. U-17-nin Bakıda keçirilən Avropa çempionatında isə daha 5 912 682 manat assosiasiyanın hesabına gəlib. Yəni AFFA-ya daxil olan vəsaitlər 23 971 739 deyil, 34 202 768 manatdı. 11 milyon manatı başqa ad altında gizlətmək, nəzərdən yayındırmaq uğursuz cəhddir.
 
Olimpiya stadionuna, klublara ayrılan vəsaitləri də nəzərə alsaq, SOCAR ölkə futboluna 11 189 490 deyil, 15 507 837 manat yatırım edib.
 
Milli komandalara il ərzində 8 263 473 manat xərclənib. Bu, 19 592 502 manatlıq büdcənin 42 faizi deməkdi və həddindən artıq şişirdilmiş rəqəmdi. Düzdü, burada təkcə əsas komanda nəzərdə tutulmur, futzaldan qadın komandalarına, çimərlik futbolundan yeniyetmələr komandalarına kimi 11 kollektiv daxildi. Lakin elə əsas problem də buradadı. AFFA mütləq şəkildə hər bir komanda üzrə hesabatları təqdim etməlidi. Sayı çox göstərib büdcəni də şişirtməklə deyil, qadın komandalarının yaxın ölkələrə səfərləri, digər millilərin il ərzində 1-2 toplanışı üçün fantastik xərclər tələb olunmur.
 
Milli komandalarımızın 2015-ci illə müqayisədə toplanışları və xaricə səfərləri xeyli azaldığı halda xərclərin 900 min manat artması da maraqlı məqamdı və detallı sənədli açıqlamaya ciddi ehtiyac var. Qoy, AFFA kimə nə qədər xərclədiyini bəyan etsin, ondan sonra ictimaiyyət də dəqiqləşdirsin ki, hansı səfəri, toplanışı hansı qiymətə təşkil ediblər və ya real bazar qiymətləri ilə daha uyğun olan hansı variantlara üstünlük vermək olardı?
 
Və burada da eyni – yayındırma üsulundan istifadə edilib. Təlim-məşq bazasına xərclənən vəsait, aviabilet, hotel, nəqliyyat, təsərrüfat xərclərinin də müəyyən hissəsi milli komandalara xərclənib ki, bu da yığmaların büdcəsinin 10 milyona qədər yüksəlməsi deməkdi.
 
Büdcənin 15 faizinin (3 132 000 manat) əmək haqqı və ezamiyyə xərclərinə xərclənməsi də israfçılıqdı. AFFA-da az qala Lixtenşteynin, Lüksemburqun əhalisi qədər insan işləyir. AFFA baş katibi Elxan Məmmədovun yaxın ətrafının qalstuk taxdığına görə maaş aldığını nəzərə alsaq, büdcənin belə böyük görünməsi başadüşüləndi. Əsas qüvvə olan hakimlərin və hakim-inspektorların 1 531 782 manatlıq əlavə qonorar aldığını nəzərə alsaq, aydınlaşır ki, 3 milyon yalnız digər işçilərə sərf olunub. Aylıq 300 min manata yaxın vəsait həddindən artıq çoxdu. Hamımız bilirik ki, AFFA-da bütün işlər 5-10 nəfərin çiynindədi. Belədirsə, 3,1 milyon manat kimə xərclənir? Bildiyimizə görə, AFFA-da ştatda olan işçilərin sayı 200-ü keçib və həmin pullar daheç bir işə yaramayan qohum-qardaşa xərclənir. Onu da nəzərə alaq ki, Robert Prosineçki, Bernard Lippertə və digər əcnəbilərə xərclənən 2 milyon manat bura daxil deyil. Həm onların, həm də bir çox rəhbər şəxsin aldığı məvacib “paket” şəklində gəlir və büdcədə əksini tapmır. Ancaq yəqin ki, UEFA İcraiyyə Komitəsinə seçilmək üçün bütün Avropanı gəzib səs toplayan baş katibin bütün xərcləri "ezamiyyə fondu"ndan çıxılır.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 24-03-2017 17:56


 
Xəbər lenti
23.08.2017

14:01   Topaz Premyer Liqasında 3-cü turun oyun cədvəli

13:55   3-cü turun oyun cədvəli bəlli oldu

13:48   “Qarabağ” “Kopenhagen” ilə duelə hazırdı - FOTO

13:33   “Barselona” hakerlərin hücumu qarşısında aciz qaldı - FOTO

13:26   “Marka” yenə “Qarabağ”dan yazdı

13:17   “Bunu “Qarabağ”la oyunda da təkrarlaya bilərik”

13:05   Qazaxıstan yığması Bakıya gələcək

12:59   Axundovla Malıyevin məğlubiyyəti: Rauf Əliyev problemi bitdi

12:51   İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqladı

12:37   Tahir Gözəl Kopenhagendə batalyon komandiri ilə görüşdü

12:18   Çempionlar Liqasında daha bir ilk gerçəkləşdi

12:06   "Beşiktaş" Bakıya gəlir?

11:43   “TOPAZ”DA BU GÜN

11:34   "Astana" və "Başakşəhər" ÇL-dən getdi, "Napoli" yenə qalib gəldi - VİDEO

11:22   "eTopaz"da günün canlı oyunları

11:00   ÇL-də səbətlər açıqlandı - “Qarabağ” mərhələ adlasa...

10:36   UEFA klub reytinqində bir pillə gerilədik

10:20   ÇL-də qrup mərhələsinə yekun vurulur - YENİLƏNİR

10:10   "Qarabağ" "Kopenhagen" ilə tarixi matça çıxır - YENİLƏNİR

10:01   Millimiz Belarusa məğlub oldu

09:35   "Latsio"dan Premyer Liqa klubuna

09:02   "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia

00:45   "Başakşəhər" sürpriz edə bilmədi

00:07   "Traktorsazi"dən növbəti qələbə

22.08.2017

22:41  "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı

22:36  "Valensiya"nın oyunçusu rəsmən "İnter"də - FOTO

22:20  Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"

22:12  Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"

22:00  Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"

21:17  "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi

20:24  Stole Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

20:12  “Qəbələ”dən ayrıldı, Polşa klubu ilə müqavilə imzaladı

18:57  Ramil Şeydayev "Jilina"dan ayrılır

18:33  "eTopaz"da günün canlı oyunları

18:21  “TOPAZ”DA BU GÜN

18:16  "İnter" - "Səbail" matçının da başlama saatı bilindi

18:05  "Zirə" - "Sumqayıt" matçının başlama saatı açıqlandı

17:58  Qurban Qurbanovla 70-ci sınaq

17:28  Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq

17:16  "Kopenhagen" "Qarabağ" ilə oyun öncəsi cəzalandı

16:53  Super Liqa klubunun prezidenti istefa verdi

16:32  “Kəpəz” tarixi derbinin hazırlığına başladı

16:26  Kapitan hələ də fərdi məşq edir

16:18  Bundesliqa klubundan daha bir transfer

15:53  "Milan" yeni "Şevçenko"suna qovuşdu - FOTO

15:45  "Səbail” “Qəbələ”ni də Mərdəkana aparacaq

15:23  "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi - FOTO

15:02  “Rubin”dən "Hannover"ə - FOTO

14:51  Elxan Abdullayev "Neftçi"ni ifşa etdi: Futbolçulara yemək qənaətlə verilir!

14:38  Lagerbek: "Azərbaycan millisi son 2 ildə 60 pillə irəliləyib"

14:29  “Qarabağ” ÇL-in qrup mərhələsinin bir addımlığındadı”

14:15  Norveç yığması Bakıya bu heyətlə gələcək

14:01  Vitse-prezidentin dayısı Cəbrayıl Cəbrayılov nəyə nəzarət edir?

13:54  "Qarabağ" üçün qələbəsiz gündə daha bir ilk imkanı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az