(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
HESABAT: Uşaq futbolunda yeyilən milyonlar

HESABAT: Uşaq futbolunda yeyilən milyonlar

 
Uşaq və Gənclər Futbolunun inkişafı üçün nəzərdə tutulan xərclər də ildən-ilə artır. Ötən illə müqayisədə daha 400 min çoxalan büdcə 2016-da 2 115 780 manata çatıb. Nəticə, görülən işin verdiyi xeyir - ortada heç nə yoxdu, AFFA bir ucdan xərcləyir. Halbuki həmin pulun yarısına ideal şəkildə yarış keçirmək olar. Hər həftə 12-13 yaşlı uşaqları Gəncədən Lənkərana, Qazaxdan Qusara daşımaqla, buna xərc çəkməklə futbolu inkişaf etdirmirlər. Uşaq futbolunda tərəqqiyə nail olmağın daha münasib yolları var. O zaman həm xərclər azalar, həm də uşaqlar yol əziyyətindən, dərsdən yayınmaqdan qurtulub itirdikləri vaxtı məşqə sərf edərlər. Uşaq liqalarında əksər komandalar həftə ərzində bircə dəfə də məşq etmədən, yalnız oyuna çıxırlar.
 
Uşaq komandalarına sərf olunan vəsait də göstəriləndən çoxdu. Hakimlərin, hakim-inspektorların qonorarının başqa ad altında göstərildiyini nəzərə alsaq, bu vəsaitin sərf olunma istiqamətləri çox maraqlıdı. Havaya sovrulan böyük pulların qarşılığında heç bir nəticə yoxdu, almaniyalı türklərə, dağıstanlılara, başqa ölkələrdə yetişən həmyerlilərimizə möhtacıq. Halbuki 2 milyona nələr etmək olmaz ki?
 
Həm də bu proses 10 ildən çoxdu davam edir. Bu illər ərzində uşaq futboluna 40 milyona yaxın vəsait ayrılıb. İş düzgün qurulsaydı, dövlət proqramının qəbul olunduğu 2005-ci ildən ötən 12 il ərzində minlərlə istedad üzə çıxarmaq olardı. Həmin vaxt 10-12 yaşı olan uşaqlar indi milli komandamızın əsasını təşkil etməliydi. Amma bu gün milli komandalarımızda ya milliləşənlər oynayır, ya Hafiz Məmmədovun sayəsində yetişən “Bakı”nın 60-a yaxın yetirməsi, ya da Heydərovların zəhməti sayəsində tərbiyə alan Qəbələ akademiyasının yetirmələri.
 
AFFA-nın rəsmi hesabatında oyunları təşkili üçün 450 337 manatın xərcləndiyi qeyd olunur. Bunun açması kimi klublarımızın avrokubok oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də daxildi.
 
Doğrusu, bu xərclərin də detallı açıqlamasına ehtiyac var. Söhbət hansı oyunlardan gedir? Bakıdakı Avropa çempionatı da bura daxildimi? Hesabatın sonrakı hissəndən aydın olur ki – YOX. Əlavə hansı oyunlar təşkil edilib? U-17-lərin qitə birinciliyinin təşkili xərcləri də daxildisə, lap əla, daxil deyilsə, 2015-dən nə dəyişib ki, xərclər belə azalıb? Son iki ildə eyni klublarımız aşağı-yuxarı eyni sayda oyuna çıxıblar, ölkəmizə də eyni sayda UEFA nümayəndəsi, hakim və hakim-inspektor gəlib. O zaman maraqlıdı: niyə 2016-da bu xərclər 450, bir il öncə 919 min manat "tutub". Ötən il yarım milyona yaxın əlavə vəsaiti kim yeyib? Axı, dəyişən yalnız illərdi.
 
Həm də AFFA iz azdırmasın. Qitə kuboklarının oyunlarına ezam olunan bütün şəxslərin, hətta yerli assosiasiyanın da xərclərini UEFA çəkir. Ona görə də bu xərcləri AFFA-nın büdcəsinə salmaq ağ yalandı. Zəhmət olmasa, 450 minin hansı məqsədlə sərf edildiyini açıqlasınlar.
 
Aviabilet və hotel, nəqliyyat, kommunal və rabitə xərcləri, daşınmaz əmlak və icarə haqqı, təhsil üçün xərclər - bunlarda ciddi dəyişiklik yoxdu. Baxmayaraq ki, 1,5 milyon manatın xərcləndiyi bu bölmələrdən də ixtisar üçün detallar tapmaq olar. Çünki aviabiletlər, nəqliyyat xidmətləri üçün xərclənən pulları fərqli şirkətlərlə daha ucuz təşkil etmək mümkündü. "Bakcell"in AFFA əməkdaşlarını pulsuz telefon danışığı ilə təmin etdiyini də unutmayaq. AFFA-da isə bu işlər monopoliyadadı və rəhbərliyə yaxın qurumlarla, faiz qaytaranlarla iş görülür, daha sərfəli olana üstünlük verilmir. Zəhmət olmasa, assosiasiya kimlərlə əməkdaşlıq etdiyini rəsmən açıqlasın, biz də daha ucuz variantları təqdim edək, dövlətin pulunun ciblərə necə axdığını isbat edək. Məsələn, AFFA-ya yaxın insanların obyektlərinə xərclənən 201 min manatlıq icarə haqqını bazar şərtləri ilə daha da yığcam etmək olardı.
 
"Cross Culture", "Elit Məşq" və "Futbol Bakcell ilə" layihələrinə 2016-da 300 min manat xərclənib. 2015-də "Elit Məşq" və "Futbol Bakcell ilə" layihələrinə 350 min xərcləyən AFFA indi sayı artırıb, məbləği azaldıb. Halbuki heç bir effekti, ölkə futbolunun inkişafı baxımından əhəmiyyəti olmayan bu layihələrə görə, ümumiyyətlə, xərcə düşülməməlidi. AFFA-da bircə başıpapaqlı çıxıb bu layihələrin xeyrini izah edə bilsəydi, məmnun olardıq.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 25-03-2017 01:01


 
Xəbər lenti
25.06.2017

00:45   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

00:30   Oliç də karyerasını başa vurdu

00:15   “Zirə” Qabriel Mateylə müqavilə imzaladı

24.06.2017

23:30  "Qarabağ" - ÇSKA matçında 7 qol - VİDEO

21:55  "Qarabağ" ÇSKA-ya böyük hesabla uduzdu

21:40  Portuqaliya 4 qolla qalib gəldi - VİDEO

21:20  Səmədovun Meksikaya vurduğu qol yetərli olmadı - VİDEO

21:00  Portuqaliya və Meksika növbəti mərhələdə!

20:00  "Qəbələ"nin daha üç rəqibi müəyyənləşdi

19:00  "Qəbələ"ni seçdiyim üçün özümü olduqca xoşbəxt hiss edirəm"

18:00  "Skenderbeu" çempionluq titulundan məhrum edildi

17:00  "Qəbələ"nin yeni transferi - VİDEO

16:00  Mendi rəsmən "Bordo"da

15:00  "Portu"dan Premyer Liqa klubuna

14:00  Sabiq "Real"lı karyerasını başa vurdu

13:30  "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi

12:30  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO

10:30  Anton Kanibolotski rəsmən "Qarabağ"da!

10:00  Millimizin sabiq üzvü Türkiyə klubunda

09:00  Premyer Liqa klubunu Çin komandasına dəyişdi

01:00  Messi ötən mövsümün ən yaxşısı seçildi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az