(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
HESABAT: "Digər xərclər" adı altında gizlədilən "oğurluq"

HESABAT: "Digər xərclər" adı altında gizlədilən "oğurluq"

 
AVRO-2020-yə hazırlıq işləri və loqonun təqdimatı üçün nəzərdə tutulan 670 min manatlıq büdcə də fantastikdi. Bu, Premyer Liqada mübarizə aparan əksər klubların illik xərcindən də çoxdu. Loqonun təqdimatında hansı qeyri-adi bir şey oldu ki, buna görə bu qədər xərc çəkildi? Və ya hazırlıq çərçivəsində 670 minlik nə iş görülüb ki, biz onu görə bilmirik?
 
500 min manatla ölçülən təsərrüfat xərclərinin açıqlaması mənim üçün çox maraqlıdı. Axı, nəyə və niyə bu qədər xərclənib? Əminəm ki, nəqliyyat xərcləri ilə deyək ki, bir qismi yanacaq üçün nəzərdə tutulan təsərrüfat xərclərində eyni "çeklər" az deyil.
 
"Digər xərclər" adı altında gizlədilən 707 462 manat da diqqət çəkir. Bütün xərclər yuxarıda qeyd olunubsa, büdcənin 3 faizini təşkil edən bu xərclər nəyə görə çəkilib? Və 2015-lə müqayisədə digər xərclərin ikiqat artması da çox maraqlıdı.
 
Ən təəssüf doğuran məqam isə odur ki, bütün hesabatda mətbuata ianə kimi verilən çox cüzi məbləğ də var. Media Komitəsinə cəmi 88 min manat - büdcənin 0,3%-i ayrılıb. Halbuki 2015-də təkcə AFFA-nın buraxdığı mənasız "Futbol dünyası" qəzetinin büdcəsi 147 min manatla ölçülürdü, bir il öncə bunun ikiqatı idi.
 
Toplamda AFFA-nın 2016-cı il boyunca 19 592 502 manat xərclədiyi əksini tapıb. Bunun üzərinə federasiya və üzvlərə ayrılan 842 822, AFFA-nın balansında olan stadionlara və s. xərclənən 2 801 658, U-17-lərin qitə çempionatı üçün sərf olunan 5 230 888, klublara verilən 2 507 837, Olimpiya stadionuna xərclənən əlavə 1 810 510 manat da əlavə olunmalıdı. Belədə 32 786 217 AZN edir. Yəni, gələn vəsaitdən xərclənəni çıxdıqda AFFA-nın xəzinəsində 1 416 551 manatın qaldığı aydınlaşır .
 
Lakin bu xərclər detalları ilə ictimaiyyətə açıqlansa, minimum 10 milyon manatın yersiz isaf olunduğunu sübut edə bilərik. İncə bir misal: deyək ki, AFFA hansısa əcnəbi məşqçi üçün 2000 manatlıq kirayə mənzil tutub. Bazarda həmin mənzilin kirayə qiyməti 500 manatdı, lakin həmin mənzil AFFA-nın hansısa məmuruna məxsus olduğu, pul isə dövlət şirkəti olan SOCAR-dan çıxdığı üçün hesabatda 4 qat bahasına əksini tapıb. Eyni misallar şişirdilmiş toplanış xərclərində, uşaq liqalarına ayrılan yatırımlarda da var.
 
AFFA tərkibində olan federasiyara və üzvlərə 842 822 manat ayırıb. Bunun 39%-i Futzal Federasiyasının hesabındadı. Normal çempionatı belə olmayan bir sahəyə bu qədər vəsaitin niyə ayrıldığı müəmmadı. Hə, milli komandanın uğurları var. Lakin əcnəbilərin hesabına qazanılan həmin uğura görə AFFA onsuz da kifayət qədər xərcə düşüb və hesabatda ümumi şəkildə qeyd olunub. Hakimlərə verilən qonorarlar, federasiya işçilərinin maaşları, qeyd olunmayan “paketlər” və s. fərqli ad altında ödənilirsə, bu 331 minin xərclənmə istiqaməti nədir?
 
Regional Futbol Federasiyalarına verilən 181 min manat da havaya sovrulur. Çünki bu qurumda görülən iş 181 qəpiklik deyil. Regionlarda federasiya işçiləri yalnız maaş almaqla məşğuldu, futbolun inkişafına heç bir töhfə vermirlər. Demək olar, heç bir regional futbol federasiyasında aktiv iş getmir, hətta prezidenti Cahangir Hacıyev həbs olunmamışdan xeyli qabaq ən böyük federasiya olan Bakı FF-nın qapısına qıfıl vurulubsa, bu pullar hara xərclənib? Gənc futbolçuların yetişdirilməsində işi yalnız bəzi Premyer Liqa klubları görür, regional federasiyalar isə hansısa seçkidə səs vermək üçün lazımdı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 25-03-2017 12:11


 
Xəbər lenti
25.06.2017

00:45   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

00:30   Oliç də karyerasını başa vurdu

00:15   “Zirə” Qabriel Mateylə müqavilə imzaladı

24.06.2017

23:30  "Qarabağ" - ÇSKA matçında 7 qol - VİDEO

21:55  "Qarabağ" ÇSKA-ya böyük hesabla uduzdu

21:40  Portuqaliya 4 qolla qalib gəldi - VİDEO

21:20  Səmədovun Meksikaya vurduğu qol yetərli olmadı - VİDEO

21:00  Portuqaliya və Meksika növbəti mərhələdə!

20:00  "Qəbələ"nin daha üç rəqibi müəyyənləşdi

19:00  "Qəbələ"ni seçdiyim üçün özümü olduqca xoşbəxt hiss edirəm"

18:00  "Skenderbeu" çempionluq titulundan məhrum edildi

17:00  "Qəbələ"nin yeni transferi - VİDEO

16:00  Mendi rəsmən "Bordo"da

15:00  "Portu"dan Premyer Liqa klubuna

14:00  Sabiq "Real"lı karyerasını başa vurdu

13:30  "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi

12:30  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO

10:30  Anton Kanibolotski rəsmən "Qarabağ"da!

10:00  Millimizin sabiq üzvü Türkiyə klubunda

09:00  Premyer Liqa klubunu Çin komandasına dəyişdi

01:00  Messi ötən mövsümün ən yaxşısı seçildi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az