(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

HESABAT: Avropa çempionatında toy qiymətləri

HESABAT: Avropa çempionatında toy qiymətləri

 
AFFA-nın hesabatında sual dolu əsas xərclər U-17-lər arasında Bakıda təşkil olunan Avropa çempionatı ilə bağlıdı. Bu yarışa UEFA 3 853 994 manat ayırmışdı. Sponsorlar və digər mənbələr hesabına daha 58 688 manat büdcəyə əlavə olundu. Eyni zamanda 2 milyon manatlıq dövlət dəstəyi ilə vəsait 5 912 682 manata çatdı. Bəs, bu pullar necə xərcləndi?
 
957 933 manatlıq hotel xərcləri haqda qarasına danışmaq olmur. Əcnəbi qonaqların yerləşdirilməsi üçün böyük xərclər qaçılmazdı. Lakin yarışın 17 gün davam etdiyini nəzərə alsaq, gündəlik 56 min manat xərc kifayət qədər şişirdilmiş məbləğdi. Düzdü, AFFA-ya yaxın insanlara məxsus olan hotellərin qonaqlara qucaq açdığını nəzərə alsaq, məxfi razılaşmaları da unutmamalıyıq. Rəsmi sənədlərdə hər şey doğru ola bilər, lakin xərclər real bazar qiymətlərinə nə qədər uyğundu? Həm də nəzərə alaq ki, qrup oyunları bitən kimi 8 komanda vətəninə qayıtdı, qalan günlər ərzində də qonaqların sayı hər gün azalmağa doğru getdi.
 
Püşkatma mərasiminə xərclənən 157, heç bir qeyri-adilik izləmədiyimiz açılış mərasiminə 379 və bağlanışa 114 min manatın sərf olunması da müəmmadı. AFFA-dan bunun da detallı açıqlamasını tələb edirik. Nəqliyyat, təbliğat və s. bəndlər altında gizlədilən 1 milyondan artıq vəsaitin də 30-40 faizinin israf olunduğuna şübhə yoxdu. Düzdü, bütün bunlar yalnız şübhələrdi, lakin şəffaflıq üçün AFFA detallı izahat verməlidi. Bu, qapalı səhmdar cəmiyyət və ya ailə biznesi deyil ki, gizli saxlanılsın.
 
Avropa çempionatında 245 314 manatlıq keytrinq xidmətinin göstərildiyi qeyd olunub. Bunu oyun sayına bölsək, AFFA-nın hər matçı bir toyun xərciylə qeyd etdiyini görərik. 7913 manatlıq xidmətin kimə göstərildiyi maraqlıdı. Nəzərə alsaq ki, 31 oyunun əksərində stadionda cəmi 3-4 jurnalist, bir o qədər rəsmi qonaq, 10-a yaxın könüllü və digər işçilər olub, 7913 manatın kimin cibini zənginləşdirdiyi maraqlıdi. Premyer Liqanın ən vacib matçlarında klubların 200-300 manatla əməlli-başlı ziyafət təşkil etdiyini nəzərə alsaq, bu məbləğin 90-95 faizinin təşkilatçıların ailə büdcəsini zənginləşdirdiyini deyə bilərik.
 
Bu keytrinq şirkəti də AFFA-ya yaxın insanlara, daha doğrusu, Elxan Məmmədova məxsusdu və hazırda assosiasiyanın vasitəsi ilə maliyyələşən klublarda oxşar xidməti göstərirlər. Yəni ki, eyni adamlar eyni üsulla dövlətin pulunu dağıtmağa davam edirlər.
 
Avropa çempionatı ilə bağlı hesabatda infrastruktura xərcləndiyi göstərilən 1 612 728 manatın açıqlaması daha möhtəşəm olardı. Maraqlıdı, bu oyunlar üçün hansı stadion tikildi, hansı təmir olundu ki? “Dalğa Arena”, BOS və s. yazılsa da, xüsusilə Olmpiya stadionuyla bağlı qeyd yersizdi. Çünki bu arena bircə oyundan sonra siyahıdan çıxarıldı və bütün ağırlıq 2 arenanın üzərinə düşdü. Həmin vaxt “Bakcell Arena”da heç bir iş görülmədiyindən bu pulun hara ötürüldüyünün izahı verilməlidi. “Dalğa Arena”nın qazonunun dəyişdirilməsi üçün isə bu vəsaitin 20-25 faizi bəs etməliydi. Vəsait “Neftçi”nin bazasında məşq meydançalarının salınmasına sərf olundusa, bunun da izahı verilməlidi. Axı, həmin meydanların quraşdırılmasının başqa büdcə hesabına reallaşdığı haqda əlimizdə sənədlər var.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 25-03-2017 18:03


 
Xəbər lenti
23.08.2017

14:01   Topaz Premyer Liqasında 3-cü turun oyun cədvəli

13:55   3-cü turun oyun cədvəli bəlli oldu

13:48   “Qarabağ” “Kopenhagen” ilə duelə hazırdı - FOTO

13:33   “Barselona” hakerlərin hücumu qarşısında aciz qaldı - FOTO

13:26   “Marka” yenə “Qarabağ”dan yazdı

13:17   “Bunu “Qarabağ”la oyunda da təkrarlaya bilərik”

13:05   Qazaxıstan yığması Bakıya gələcək

12:59   Axundovla Malıyevin məğlubiyyəti: Rauf Əliyev problemi bitdi

12:51   İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqladı

12:37   Tahir Gözəl Kopenhagendə batalyon komandiri ilə görüşdü

12:18   Çempionlar Liqasında daha bir ilk gerçəkləşdi

12:06   "Beşiktaş" Bakıya gəlir?

11:43   “TOPAZ”DA BU GÜN

11:34   "Astana" və "Başakşəhər" ÇL-dən getdi, "Napoli" yenə qalib gəldi - VİDEO

11:22   "eTopaz"da günün canlı oyunları

11:00   ÇL-də səbətlər açıqlandı - “Qarabağ” mərhələ adlasa...

10:36   UEFA klub reytinqində bir pillə gerilədik

10:20   ÇL-də qrup mərhələsinə yekun vurulur - YENİLƏNİR

10:10   "Qarabağ" "Kopenhagen" ilə tarixi matça çıxır - YENİLƏNİR

10:01   Millimiz Belarusa məğlub oldu

09:35   "Latsio"dan Premyer Liqa klubuna

09:02   "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia

00:45   "Başakşəhər" sürpriz edə bilmədi

00:07   "Traktorsazi"dən növbəti qələbə

22.08.2017

22:41  "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı

22:36  "Valensiya"nın oyunçusu rəsmən "İnter"də - FOTO

22:20  Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"

22:12  Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"

22:00  Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"

21:17  "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi

20:24  Stole Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

20:12  “Qəbələ”dən ayrıldı, Polşa klubu ilə müqavilə imzaladı

18:57  Ramil Şeydayev "Jilina"dan ayrılır

18:33  "eTopaz"da günün canlı oyunları

18:21  “TOPAZ”DA BU GÜN

18:16  "İnter" - "Səbail" matçının da başlama saatı bilindi

18:05  "Zirə" - "Sumqayıt" matçının başlama saatı açıqlandı

17:58  Qurban Qurbanovla 70-ci sınaq

17:28  Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq

17:16  "Kopenhagen" "Qarabağ" ilə oyun öncəsi cəzalandı

16:53  Super Liqa klubunun prezidenti istefa verdi

16:32  “Kəpəz” tarixi derbinin hazırlığına başladı

16:26  Kapitan hələ də fərdi məşq edir

16:18  Bundesliqa klubundan daha bir transfer

15:53  "Milan" yeni "Şevçenko"suna qovuşdu - FOTO

15:45  "Səbail” “Qəbələ”ni də Mərdəkana aparacaq

15:23  "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi - FOTO

15:02  “Rubin”dən "Hannover"ə - FOTO

14:51  Elxan Abdullayev "Neftçi"ni ifşa etdi: Futbolçulara yemək qənaətlə verilir!

14:38  Lagerbek: "Azərbaycan millisi son 2 ildə 60 pillə irəliləyib"

14:29  “Qarabağ” ÇL-in qrup mərhələsinin bir addımlığındadı”

14:15  Norveç yığması Bakıya bu heyətlə gələcək

14:01  Vitse-prezidentin dayısı Cəbrayıl Cəbrayılov nəyə nəzarət edir?

13:54  "Qarabağ" üçün qələbəsiz gündə daha bir ilk imkanı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az