(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Azarkeşlər Naxçıvana qarşı birləşdi: Finalın yeri dəyişdirilsin!

Azarkeşlər Naxçıvana qarşı birləşdi: Finalın yeri dəyişdirilsin!

Azərbaycan kuboku uğrunda final matçının Naxçıvanda keçirilməsi bir sıra problemlər yaradıb. Mayın 5-ə təyin olunan görüşün muxtar respublikada təşkil olunması xüsusilə azarkeşləri narazı salıb.
 
Futbolinfo.az xəbər verir ki, finalçı olan hər iki komandanın azarkeşləri bu qərardan razıdı. Onlar sözü bir yerə qoyaraq qarşılaşmanın yerinin dəyişdirilməsi üçün bəyanat yayıblar. Doğrusu, onların narazılığını haqlı saymaq olar.
 
“Qəbələ” fanatları sosial şəbəkədə yerləşdirdikləri bəyanatda bu oyunu stadiondan izləmək üçün imkanlarının olmadığını bildirirlər: “Oyunun Naxçivan şəhərində keçirilməsi barədə qərar qəbul olunub.Bu qərar isə azarkeşlərin haqlı narazılığı ilə qarşılanıb. Həm “Qəbələ”, həm də “Qarabağ” azarkeşlərinin maraqla gözlədikləri matçı – mövsümün yekun qarşılaşmasını izləmək ehtimalı seçilən stadiona görə xeyli azalıb. Buna səbəb yolun uzaq olması, bir çox azarkeşin səfər imkanının olmamasıdır. Naxçıvan şəhərinə təyyarə qiyməti bir nəfər üçün 100 AZN-dir (gediş-dönüş). Buna yemək və digər xərcləri də əlavə etsək, bu məbləğ ən az 150 AZN olur. Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin isə xarici pasportu yoxdur. Bütün bu sadalanan səbəbləri və matçın daha rəngarəng, daha maraqlı keçməsi istəyimizi nəzərə alaraq, “Qəbələ” azarkeşləri adından final oyununun “Bakcell Arena”da və ya digər stadionlarımızdan birində keçirilməsini Peşəkar Futbol Liqası rəhbərliyindən xahiş edirik!”
 
“Qarabağ” azarkeşlərinin bəyanatı da buna oxşardı: “Artıq hər birimizə məlumdur ki,bu il Azərbaycan kubokunun final matçı mayın 5-də Naxçıvan şəhərində baş tutacaq.Naxçıvan şəhərinin Azərbaycan Respublikasının digər əraziləri ilə quru sərhədi olmaması da hamımıza bəllidir.Bu səbəbdən doğma şəhərimizə gediş-gəliş digər regionlarımıza səfər etməkdən daha çətin başa gəlir.Mayın 5-də baş tutacaq “Qarabağ” – “Qəbələ” matçında iştirak etmək üçün ilk ağıla gələn seçim avtobusla səfəri təşkil etmək olsa da, əsində bu, ən çətin olanıdır. Belə ki, avtobusla gediş-gəliş üçün hər birimizə həm pasport, həm də 3 gün vaxt lazım olur. Çünki quru yolu ilə getmək üçün İran İslam Respublikasından keçmək labüddür. Digər seçim hava yolu ilə Naxçıvana yollanmaqdır ki, bunun üçün də bir nəfər ən azı 120 manat pul lazımdır.Azarkeş qrupumuza 40 nəfər (ən az) Naxçıvana yollanacağı halda 4800 manat pul lazım olur ki, mövcud vəziyyətdə bu məbləğin bir azarkeş qrupu üçün çox ciddi rəqəm olduğun bilmək çətin deyil. Doğrudur, biz “Qarabağ”ımız üçün hər cür çətinliyi sinə gərmişik və gələcəkdə də eyni qətiyyəti sərgiləməyə hazırıq. Lakin kubokun final matçının elə də möhtəşəm stadionu olmayan və qət ediləsi məsafəsi ən uzaq olan bir şəhərimizə təyin edilməsi bizi narahat edir. İndiyədək möhtəşəm kubok final matçları təşkil edən Peşəkar Futbol Liqası rəhbərliyinə müraciət edərək bildiririk ki, biz sizin seçiminizi başa düşürük. Sizlər Naxçıvanımızın insanlarının da futbolsuz qalmaması, heç olmasa, ilin bir günü də həmin şəhərdə futbol bayramının yaşanması üçün bu cür addım atmısınız. Bizlər də illərdir doğma şəhəri doğma komandasına həsrət qalan azarkeşlər kimi bizim üçün ən dəyərli varlığımız “Qarabağ”ımızı final matçında yalnız buraxmaq istəmirik. İnanırıq ki,Sizlər seyirci xoşbəxtliyi üçün azarkeş əziyyətini qurban verməyəcək və bu məsələyə bir daha nəzər yetirəcəksiniz”.
 
Göründüyü kimi, hər iki tərəf Naxçıvanın final üçün seçilməsindən narazıdı. Söhbət təkcə yol xərcindən, yolun uzaqlığından getmir. Mayın əvvəlində muxtar respublikada şahmat yarışı da baş tutacaq. Bu səbəbdən ehtiyac olarsa, azarkeşlərin qalması üçün otel tapmaq da çətin olacaq.
 
Bəs, klublar azarkeşlərinə yardım edə bilərmi? Maraqlıdı ki, nə “Qəbələ”, nə də “Qarabağ” tərəfi hələ bu haqda düşünmür. Hər iki klubun rəsmiləri bu barədə sorğumuza aydın cavab vermədi, çempionat matçlarının bitməsini gözlədiklərini dilə gətirdilər. Ondan sonra vəziyyətə uyğun olaraq, qərar veriləcək.
 
Düzdü, bu, klublar üçün böyük xərc deyil, amma istənilən halda, əlavə yükdü. Deyəsən, klublar özləri də oyunun Naxçıvanda keçirilməsinə isti yanaşmır. Elə olmasaydı, 50-60 fanatı səfərə aparmaq
 
Məsələyə PFL-in də reaksiyasını öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev artıq qərarın verildiyini dedi: “Kubokun finalının Naxçıvanda keçiriləcəyi ilə bağlı qərar artıq verilib. Biz bunu regionlarda futbolun inkişafına dəstək vermək üçün etmişik. Vaxtilə muxtar respublikada Superkubok oyunu yüksək səviyyədə təşkil olunub. O zaman həm “Neftçi”, həm də “Xəzər Lənkəran” azarkeşləri Naxçıvana problemsiz yollanmışdı. Bu dəfə də problem olmayacağına inanırıq. Azarkeşləri başa düşürük, ancaq Naxçıvanda futbol bayramı təşkil etmək daha vacibdi”.
 
FƏRİD

 
tarix: 11-04-2017 13:47


 
Xəbər lenti
24.04.2017

16:27   “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi

16:10   7 il sonra avrokuboklarsız

16:00   Mövsümün 7-ci avtoqolu

15:50   “Neftçi” 23 ildən sonra...

15:30   Avroliqaya son vəsiqə kimə qismət olacaq?

14:20   Ardıcıl 7-ci, ümumilikdə 44-cü çempionluq!

13:00   Limiti pozanlar: “Neftçi” üçüncüdü

12:20   Lion "Olimpik"i "Monako" ilə ev oyunundan məğlub ayrıldı - VİDEO

12:07   Səhvin texnikası

12:00   Çempiondan növbəti qələbə - VİDEO

11:40   “TOPAZ”DA BU GÜN

11:20   Azarkeşlər "Neftçi"ni boykot edəcək

11:00   “Neftçi”dən antirekord

09:00   Gümüş və bürüncün taleyi müəyyənləşəcəkmi?

01:10   "Real" - "Barsa" duelində 5 qol - VİDEO

01:05   "Udineze"dən çətin qələbə - VİDEO

00:55   "Yuventus" darmadağınla qalib gəldi - VİDEO

00:45   "Torino" səfərdə qələbə qazandı - VİDEO

00:35   Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək"

00:25   "Qəbələ"dən Afinada böyükhesablı qələbə

00:15   İstanbul derbisində “Fənərbaxça” qalib gəldi - VİDEO

00:05   "Kəpəz" Şüvəlanda belə qələbə qazandı - VİDEO

23.04.2017

23:40  Emin Mahmudov oynadı, "Boavişta" uduzdu

23:20  AEL Amit Quluzadəsiz qalib gəldi

23:00  "Las Palmas"la "Alaves" 1 qolla 1 xal qazandı - VİDEO

22:45  "Liverpul" ev oyununda məğlub oldu - VİDEO

22:30  "Şalke" ilə "Leypsiq"dən heç-heçə - VİDEO

22:15  “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR

22:00  Qurban Qurbanov mükafatlandırma mərasiminə qatılmadı - FOTO

21:00  Nəsirovsuz "Sportinq"dən inamlı qələbə

20:45  "Arsenal" da finalda - VİDEO

20:40  Abdulbari Gözəl: "Yerli çempionatda qalib olmaq bizi qane etmir"

20:35  "Latsio" - "Palermo" matçında 8 qol - VİDEO

20:30  "Frayburq" "Bayer"ə belə qalib gəldi - VİDEO

20:25  "Selta" "Betis"ə doğma meydanda məğlub oldu - VİDEO

20:20  MY səfərdən qələbə ilə döndü - VİDEO

20:10  "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO

20:00  "Neftçi"nin məğlubiyyətə bərabər heç-heçəsi - VİDEO

19:55  Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"

19:50  Samir Abasov: "Alınmasa da, məyus deyilik"

19:45  "Qarabağ" "Sumqayıt"a yenə qalib gəldi - FOTOLAR

19:40  Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"

19:25  Elxan Abdullayev: "Bunu texniki qüsur adlandırardım"

19:17  Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”

19:12  Şeydayev "fərqləndi", "Jilina" qalib gəlib çempion oldu

19:09  “Gərginlik aprelin 29-na qədər davam edəcək”

19:05  "Nitsa" "Tuluza" səfərində xal itirdi - VİDEO

19:00  "Milan" "Empoli"yə doğma meydanda uduzdu - VİDEO

18:55  “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi

18:40  Millimizin üzvünə ehtiyac duyulmadı

18:38  "Neftçi" limiti pozdu, texniki məğlubiyyət alacaq!

18:20  Rüfət Dadaşov üçün 62 dəqiqə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az