(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“İnter”in xilası üçün umulan güzəşt

“İnter”in xilası üçün umulan güzəşt

Şirin açıqlamalara, ümidverici vədlərə aldanmayın: “İnter”in taleyi hələ də müəmmalı olaraq qalır. Belə getsə, Bakı klubu nəinki avrokuboklarda çıxış edə bilməyəcək, hətta ümumiyyətlə, tarixin yaddaşına köçəcək.
 
İlk baxışdan hər şey yaxşıdı. “İnter” bürünc medalı mövsümün bitiminə 3 tur qalmışdan təmin edib və Avropa Liqasına vəsiqəni rəsmiləşdirib. Yəni, idman meyarlarına görə hansısa problem yoxdu. Lakin iş ondadı ki, klub maliyyə məsələləri üzündən qitə yarışlarına qatılmaq icazəsi verən lisenziya ala bilməyəcək.
 
“İnter”in ötən maliyyə ili üçün hər hansı borcu yoxdu, digər lisenziya tələblərini yerinə yetirmək üçün də ciddi əngəl qalmayıb. Amma məhz maddi problem – bank təminatının alınması müşkül məsələdi. Vəziyyət o qədər qəlizdi ki, heç kim kluba yaxın durmur.
 
Əsas problem klubun kredit borclarıdı. “İnter Arena”nın Beynəlxalq Bankda girov olması klubu himayəyə götürmək istəyən sponsorları qaçaq salan səbəbdi. Klub rəhbərliyi vaxtilə bir çox problemlərin həlli üçün bu idman qurğusunu bankda 33 milyon manat qarşılığında girov qoyub. İndi kluba sahib çıxmaq istəyən ilk öncə həmin borcları bağlamalıdı, əks halda, stadion bankın əmlakı olaraq qalacaq.
 
Klub vaxtilə məhz Beynəlxalq Bankın himayəsində olduğundan qəribə vəziyyət yaranıb. Belə çıxır ki, ovaxtkı rəhbərlik komandaya vəsait ayırarkən ehtiyat tədbiri görürmüş. Yəni ki, “İnter”ə xərclənən vəsait yalnız kredit kimi verilirmiş.
 
İndi AFFA qışdan bəri himayəsinə götürdüyü klubu bu şəkildə yaşatmaq istəmir. Belə olan halda istər-istəməz həmin krediti bağlamaq yeni rəhbərliyin öhdəsinə düşəcək. Bu vəsait isə ödənilməsi çətin məbləğdi.
 
Artıq bıçaq sümüyə dayanıb. “İnter”in yaşaması həmin 33 milyondan asılıdı. Ya klubu himayəyə götürəcək potensial sponsor o borcu ödəməli, ya da bank həmin puldan imtina etməlidi. Əks halda, nəinki avrokubokda bu komandanı görməyəcəyik, hətta klub da fəaliyyətini dayandırmalı olacaq. O zaman “İnter Arena” Beynəlxalq Bankın əmlakına çevriləcək və ondan istədiyi kimi yararlanacaq.
 
Vəziyyətin çıxılmaz olduğunu görən AFFA indi dövlətdən güzəşt umur. Qurum rəhbərliyi hansısa təzyiq vasitələri ilə bankın krediti silməsinə və ya borcu dövlət vəsaiti hesabına bağlamağa çalışır. Qurtuluş yolu yalnız bundadı. Problem yüksək səviyyədə həllini tapmazsa, növbəti mövsümdə “İnter”i görməyəcəyik.
 
Təbii ki, dövlət rəhbərliyinin ölkə idmanının inkişafına hesablanan çox jestini görmüşük. Bu səbəbdən “İnter Arena”yla bağlı məsəənin də həlli mümkündü. Lakin bu dəfə yuxarılar məsələni yoluna qoyarkən bir incə məqama diqqət göstərməli və bunun hesabını istəməlidilər. Necə olur ki, 33 milyon manat qarşılığında girov qoyulan qurğu bir neçə il əvvəl kluba cəmi 4 milyona satılmışdı? AFFA balansında olan bu arenanı bu qədər qiymətləndirmişdisə, nəyə görə indi onun dəyəri belə fərqlidi? Deməli, ya AFFA hansısa gizli oyunlara görə qurğunu ucuz satıb, ya da bank rəhbərliyi sahibi olduğu kluba stadionun dəyərindən çox-çox yüksək kredit ayırıb. İstənilən halda ortada yanlış olan məqamlar var. Günahkarları tapmaq çətin olmamalıdı.
 
“İnter”in çətin durumu üzündəndi ki, Avropa Liqasına vəsiqə uğrunda mübarizədə “Sumqayıt”, “Kəpəz” və “Neftçi” hələ də ümidlidi. “Zirə” 4-cü yerin sahibi kimi bu hədəfə yaxındısa, digərləri məhz “bankirlər”in sıradan çıxmasına ümid edir. “İnter” problemini həll etməsə, 8 komandanın mübarizə apardığı Premyer Liqada hətta 5-ci pilləni tutan da qitə yarışlarına qatılacaq.
 
FƏRİD

 
tarix: 12-04-2017 12:47


 
Xəbər lenti
22.06.2018

14:56   Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az