(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Sumqayıt həqiqətləri

Sumqayıt həqiqətləri

"Sumqayıt"ın xal itirməsində ən az rolu olan, hətta tamamilə olmayan Əliyar Ağayev idi. Meydanda olan futbolçu və hakimlərdən, kənarda olan texniki heyətdən, hətta tribunadakı azarkeşlərdən də günah keçisi düzəltmək olardı, lakin ondan yox.

Meydan sahibi futbolçular dəqiq ötürmə verə bilmədi, vaxtında ötürməyə çatmadı, düzgün müdafiə olunmadı; qonaqlar təzyiqi artırdı, qol üçün daha inadkar oldular; məşqçilər əvəzetmələrdə hansısa yanlışlıq etdilər; azarkeşlər komandanı lazımınca dəstəkləmədi - bax, hamıda günah görmək olar, lakin Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Sumqayıt"ın xal itirməsi üçün zərrə qədər günah sahibi olmadı. Matçın sonunda isə...

Öncə "Sumqayıt"a təşəkkür etmək lazımdı. Maraqsız, rəqabəsiz keçən Premyer Liqaya rəng qata bildilər. Mövsümün əvvəlində elitada qalmaq üçün oynayacağı gözlənilən komanda birdən-birə özünü avrokubok zonasında tapdı. Rəqiblərin zəifliyi, ya elə bu komandanın fədakar gənclərinin inadı - səbəb nədisə, faktdı ki, Samir Abasovun yetirmələrinin hələ də Avropa Liqasında düşmək şansı var. Dünən "Zirə" üzərində qələbə qazanılsaydı, son 2 matç final ab-havasında keçəcəkdi. Lakin son dəqiqələrdəki penalti hər şeyi korladı.

Etiraf edək ki, "Sumqayıt" Avropa üçün yetişməyib. Təcrübəsizlik, heyət yetərsizliyi - bütün bunlar adi gözlə görünən qüsurlardı. Və məhz "Zirə" ilə oyun göstərdi ki, "qartallar" qitə kuboklarına vəsiqəyə daha layiqli komandadı. Həm heyət, həm sərgilənən futbol baxımından qonaqlar rəqibini bir baş üstələyirdi. Fərhad Vəliyev cavanlığındakı kimi əla qurtarışları ilə seçilməsəydi, meydan sahibləri hələ fasiləyəcən 2 top buraxmalıydı.

Sumqayıt bu matçla nəfəs alırdı. Böyük futbolda kiçik hədəflərə məhkum olan şəhər birdən-birə yaranan şansdan vəcdə gəlmişdi. Tribunaları dolduran fanatlar komandaya dəstək verir, onları ruhlandırırdılar. Amma "Urra"yla müharibə udmaq olmur. Potensialına görə bu komanda hətta ilk "beşliy"ə düşməyə də layiq deyil. Müdafiənin cinahlarında ciddi problemlər var, orta sahə, ümumiyyətlə, yox kimidi. Oyunu gücləndirə biləcək ehtiyat qüvvə də əvəzedici komandaya layiq gənclərdən ibarətdisə, "Zirə"nin legionerləri, təcrübəli futblçuları qarşısında duruş gətirmək çətindi.

"Sumqayıt" "Zirə"ylə oyunda hesabı açdısa, buna görə bəxtə minnətdar olmalıdı. Son dəqiqədə itiriləsi heç nəyin olmadığını görən gənclər həm də əzmkarlıq sayəsində irəli atılıb qol vurdu. Adil Nağıyevin səhvi, Amil Yunanovun inadkarlığı düz-əməlli yeganə təhlükəli hücumun qola çevrilməsinə səbəb oldu. Və matç boyunca həyəcanını saxlaya bilməyən, belə oyunlar üçün bişmədikləri, təcrübəsiz olduqları aşkar görünən gənclər son 10 dəqiqədə lazım olanı edə bilmədi. Top kor-koranə irəli vuran, onu özündə saxlaya bilməyən futbolçular bunun acısını çəkdi. Müdafiədə ani səhv, haqlı penalti və 1:1. Daha yaxşı futbol oynayan "Zirə"nin uduzması haqsızlıq olardı və ədalət yerini tapdı.

Final fiti hakimlərin söyülməsi üçün start fiti oldu. Azarkeşlər Əliyar Ağayevi təhqir etməyə başladı. Azarkeşlər üçün bir günahkar var idi - o da son dəqiqələrdə penalti təyin edən hakim. Halbuki klub rəhbərliyi də, baş məşqçi Samir Abasov da matçdan sonra cərimə zərbəsinin haqlı təyin olunduğunu etiraf etdi. Elə isə Əliyar niyə söyülməli idi? Axı, o, nəinki qərəzli deyildi, hətta bir neçə epizodda meydan sahiblərinə simpatiyasını da göstərdi, gənclərin fədakarlığını qırmamaq üçün bir az loyal da davrandı. Yoxsa Fərhad Qıstarov oyun ərzində azı 4 sarı vərəqə almalı, 2 dəfə meydandan qovulmalı idi.

Lakin sumqayıtlı fanatlar komandanı o qədər sevir ki, heç nədən penaltiyə səbəbkar olan Ayaz Mehdiyev yada da düşmədi, həmin epizodda top saxlamalı olan, komanda şəklində müdafiəyə çəkilməsi gərəkən digər futbolçular unuduldu. Gözəgirən fakt penalti idi və onu təyin edən Ağayev hədəfə alındı.

Azarkeşləri yönəltmək kimi olmasın, dünən tənqid olunmalı, qınanmalı şəxslər başqası idi.
* "Sumqayıt"ə sumqayıtlılarsız qoyan, Maqomed Kurbanov kimi səviyyəsiz milliləşdirilənlərə möhtac edən rəhbərlik qınaq obyekti olmalıydı.
* Belə böyük şəhəri kiçik büdcəyə məhkum edənlər, cavan uşaqları legioner yığınları önünə atıb onları indidən sındıranlar tənqid olunmalıydı.

Amma yönəldilən azarkeşlər hay-küy qaldırıb hakimi hədəf seçdi, müxtəlif "oyun"larını Sumqayıt futbolunun başında oynayanlar yaddan çıxdı. BÖYÜK şəhəri KİÇİK hədəfə məhkum edənlər hətta penaltiyə səbəbkar olan Ayaz Mehdiyevdən 100 dəfə daha çox günah sahibidi. Müşahidə Şurası adı altında şəxsi biznesini quranlar hərdən turnir cədvəlinə də baxsın: Avropaya gedəcək ilk 4 komandanın hamısı müstəqil klublar, onları izləyənlər isə bir əldən idarə olunanlardı. Bunudamı Əliyar Ağayev edib?

FƏRİD


 
tarix: 16-04-2017 13:00


 
Xəbər lenti
22.06.2018

14:56   Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az