(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Rəhman Hacıyev: “Neftçi”yə yaraşmayan mövqedəyik”

Rəhman Hacıyev: “Neftçi”yə yaraşmayan mövqedəyik”

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevin futbolinfo.az saytına müsahibəsi:

- Son turda AZAL-ı böyükhesabla (4:0) məğlub etdiniz. Matçla bağlı fikirlərin nədi? 
- Aşağı pillələrdə qərarlaşsaq da, AZAL-la matçda qələbə bizim üçün çox önəmli idi. “Kəpəz”ə məğlubiyyət bizə pis təsir etmişdi. Səfərdə, elə də yaxşı olmayan ot örtüyündə oynamağımızın da buna təsiri olmuşdu. Amma AZAL-la qarşılaşmada normal futbol sərgiləyə bildik. Bunun da nəticəsində 3 xal əldə etdik. 

- AZAL sizin üçün çətin rəqib olsa da, böyük hesabla qalib gəldiniz. Bu nəticəni gözləyirdinmi?
- Meydana qələbə üçün çıxmışdıq. Nə qədər bacarırıqsa, o qədər də qol vurmağa çalışırdıq. Hesab nə qədər böyük olsa, bu, bizim üçün daha yaxşıdı. Hər şansdan yararlanmalıyıq. Qarşıda hələ bizi daha 2 ağır oyun gözləyir. 

- Qarşıdakı matçlardan gözləntilərin nədi? Avrokuboklara vəsiqə şansınız artıq öz əlinizdə deyil...
- Növbəti turdakı rəqibimiz “Zirə” yaxşı komandadı. Düzdü, ölkə kubokunda onları mübarizədən kənarlaşdırmışıq. Amma bu, heç də hər şey demək deyil. Qələbəyə inamım var.

- Avrokuboklara vəsiqə qazanacağınıza inamın qalıbmı?
- İnamım var. Ümid edirəm ki, hər şey düzələcək. Sadəcə, bizə vaxt lazımdı. 

- Vəsiqə qazana bilməsəniz, bunu “Neftçi” üçün faciə saymaq olarmı?
- “Neftçi”i tarixi klubdu. Komandaya yaraşmayan mövqedəyik. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq. 

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 17-04-2017 13:20


 
Xəbər lenti
25.06.2017

00:45   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

00:30   Oliç də karyerasını başa vurdu

00:15   “Zirə” Qabriel Mateylə müqavilə imzaladı

24.06.2017

23:30  "Qarabağ" - ÇSKA matçında 7 qol - VİDEO

21:55  "Qarabağ" ÇSKA-ya böyük hesabla uduzdu

21:40  Portuqaliya 4 qolla qalib gəldi - VİDEO

21:20  Səmədovun Meksikaya vurduğu qol yetərli olmadı - VİDEO

21:00  Portuqaliya və Meksika növbəti mərhələdə!

20:00  "Qəbələ"nin daha üç rəqibi müəyyənləşdi

19:00  "Qəbələ"ni seçdiyim üçün özümü olduqca xoşbəxt hiss edirəm"

18:00  "Skenderbeu" çempionluq titulundan məhrum edildi

17:00  "Qəbələ"nin yeni transferi - VİDEO

16:00  Mendi rəsmən "Bordo"da

15:00  "Portu"dan Premyer Liqa klubuna

14:00  Sabiq "Real"lı karyerasını başa vurdu

13:30  "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi

12:30  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO

10:30  Anton Kanibolotski rəsmən "Qarabağ"da!

10:00  Millimizin sabiq üzvü Türkiyə klubunda

09:00  Premyer Liqa klubunu Çin komandasına dəyişdi

01:00  Messi ötən mövsümün ən yaxşısı seçildi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az