(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Serjinyo: “Bu oyun bizim üçün finala bərabərdi”

Serjinyo: “Bu oyun bizim üçün finala bərabərdi”

Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində Gəncədə “Qəbələ” üzərində qazanılan 2:0 hesablı qələbədə Serjinyonun da əməyi az olmadı. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər”in yarımmüdafiəçisi oyunu ilə komandanın üç xal qazanmasında mühüm rol oynadı. 

Klub saytına açıqlama verən Serjinyo bu matç ilə bağlı fikirlərini bölüşüb: “Əla matç alındı. Oyuna yaxşı başlamışdıq, üstünlük də bizim tərəfimizdə idi. Ancaq ilk 20 dəqiqədən sonra rəqib fəallaşdı və oyunu balanslaşdırdı. Bu üzdən meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə isə biz çox güclü idik. Motivasiyamız super idi. Yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ədalətli olaraq da, matçı qalib başa vurduq”.

Kosta oyunun sonlarına doğru əvəzlənsə də, bu daha çox hesabın qorunmasına hesablanmış addım idi. Yarımmüdafiəçi meydanda olduğu 82 dəqiqə ərzində hücum xəttində möhtəşəm oyun sərgilədi, komanda yoldaşlarını ötürmələr ilə təmin edib, hətta epizodların birində özü də fərqlənməyə yaxın oldu. Amma zərbəsi tirə tuş gəldi. Bir sözlə, Karneyro bəlkə də cari mövsümdə ən yaxşı oyununu keçirdi: “Şübhəsiz ki, bu oyun mənim çempionatda ən yaxşı matçım idi. Düşünürəm ki, hamı kimi mən də yaxşı çıxış etdim. Təbii ki, kiminsə yaxşı oynaması yox, ən vacib olanı komandanın qələbə qazanması idi. İndiki vəziyyətdə isə ən önəmlisi “Kəpəz”in qalib gəlməklə məqsədinə doğru irəliləməsidir”.

Serjinyo oyun boyu komandanı dəstəkləyən azarkeşlər haqda da danışıb: “Stadionda super atmosfer vardı. İkinci hissə fantastik idi, oyunumuzla azarkeşləri ayağa qaldırmışdıq. Onlar bir-birinin ardınca təhlükəli vəziyyətlər izləyirdilər və yerlərində sakit oturmağa macal tapmırdılar. Gəncədə oynamaq həmişə əladır. Azarkeşlər bizə güc və inam bəxş edir, bu isə oyunumuza çox kömək olur. Fanatlar xüsusən də, “Qəbələ” ilə matçda super idilər.  Atmosfer Portuqaliyadakı böyük oyunların, məsələn, “Benfika” – “Porto” qarşılaşmaları səviyyəsində idi”.

“Kəpəz”in qarşısında duran əsas vəzifə ötən mövsümkü uğuru təkrarlayıb Avropa Liqasına vəsiqə qazanmaqdır. Portuqaliyalı futbolçu hələ mübarizənin irəli olduğunu söyləyib: “Nəzəri olaraq şanslarımız var, ancaq indi hər şey tək bizdən asılı deyil! Hazırda ən önəmlisi AZAL-la görüşdür. Bu oyun bizim üçün final matçına bərabərdir. Qalib gəlməliyik, görüşün necə keçəcəyini bilmirik. Lakin biz ora qələbəni düşünərək yollanacağıq və bunun üçün də əlimizdən gələni edəcəyik. Mən bunu komanda yoldaşlarımın adından da deyə bilərəm”.


 
tarix: 19-04-2017 15:00


 
Xəbər lenti
17.10.2017

15:25   "Real" "Tottenhem"ə, "Beşiktaş" "Monako"ya qarşı - YENİLƏNİR

15:23   Məmmədov ÇL matçına təyinat aldı

15:14   “eTopaz”da günün canlı oyunları

15:06   “TOPAZ”DA BU GÜN

14:55   “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı

14:31   Qara Qarayev pula baxmadan gedəcək

14:24   Niyə məhz “Qarabağ”? - açıqlama

14:17   İsrafilovu da danışdırdılar: “Qarabağ”ı məğlub etmək asan deyil”

14:07   Qurban Qurbanov: “Xal qazanmağa çalışacağıq”

13:29   İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

12:25   Uğursuzluğa görə getdi

12:02   "Malmö"nün yubiley çempionluğu

11:04   Errera “Atletiko”nu qorxutdu

10:37   Prosineçki heç bir millidə işləmək istəmir

10:03   Emin üçün 90 dəqiqə və 3 xal

09:02   Premyer Liqanın məşhur klubu satışa çıxarıldı 

01:15   "Selta" səfərdə 5 qola sevindi - VİDEO

00:56   Son oyunda qalib müəyyənləşmədi - VİDEO

00:49   Super Liqada 8-ci tur başa çatdı

00:15   "Atletiko" Bakıda belə qarşılandı - FOTOLAR

00:01   Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

16.10.2017

23:06  “Trabzonspor” rəsmən açıqladı - Yanal qovuldu

22:43  “Atletiko” “Qarabağ” adlı təyyarə ilə gəldi - FOTO

22:02  “Ağsu” – “Xəzər” matçında 2 qol - VİDEO

21:55  Millimiz son oyundan qalib ayrıldı

20:43  “Hərbçilər” tək qolla qalib gəldilər - VİDEO

19:51  Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi - VİDEO

18:46  “Qaradağ Lökbatan” belə xal itirdi - VİDEO

17:44  Birinci Divizionda xal itirməyən komanda qalmadı

17:05  Öncə Qurbanov, sonra Simeone

16:50  BOS “Qarabağ” - “Atletiko” matçına hazırdı - FOTO

16:38  Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR

16:19  “Atletiko” Bakıya bu heyətlə gəlir

15:57  AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR

15:25  “eTopaz”da günün canlı oyunları

15:16  3-cü turun oyun cədvəli açıqlandı

15:10  “TOPAZ”DA BU GÜN

15:02  “Zirə”dən rekord

14:51  Premyer Liqada 300-cü qola üzüldü

14:40  Mövsümün ən böyük hesabı

14:38  “Atletiko” gəlir

14:31  Olimpiya stadionuna maşınlar buraxılacaq

13:56  10 illik fəaliyyətin “nəticə”si

13:42  “Qarabağ”ın oyununda fransız ədaləti

12:55  “Neftçi” onu görməyəcək

12:49  “Qarabağ”ın 400-cü qələbəsi

12:28  “Qarabağ”ın ispanları AS-a danışdı: “Stadion tam dola bilər”

12:21  Mədətovla “Atletiko”nun növbəti görüşü

12:16  Millimiz 23 pillə gerilədi

12:05  Pantiç yenidən Bakıda

11:57  Əliyar Ağayev “Real Sosyedad”ın oyununda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az