(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
“Beşiktaş” Avroliqadan kənarlaşdırıldı

“Beşiktaş” Avroliqadan kənarlaşdırıldı

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, eyni gündə keçirilən 4 oyunla bütün yarımfinalçılar bəlli olub.

Azərbaycanlı futbolsevərlər üçün ən böyük maraq kəsb edən oyun İstanbulda baş tutub. “Beşiktaş” doğma meydanda Lion “Olimpik”ini qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan “qara qartallar”a növbəti mərhələyə keçmək üçün minimal hesablı qələbə də kifayət edirdi. Amma qarşılaşmanın 90 dəqiqəsi meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə bitdiyinə görə, cavab matçında əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda tərəflər qapıya yol tapa bilməyiblər. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan lionlular yarımfinala yüksəliblər.

"Mançester Yunayted” – "Anderlext” matçının da əsas vaxtı ilk oyundakı kimi, 1:1 hesabıyla bitib. Lakin əlavə vaxtda daha bir qol vuran mançesterlilər növbəti mərhələyə vəsiqə qazanıblar.

Maraqlı duellərdən biri Almaniyada yerli "Şalke” ilə "Ayaks” arasında baş tutub. Səfərdə iki cavabsız qolla uduzan almanlar sürprizə imza atmağa çox yaxın olublar. Belə ki, əsas vaxtı 2:0 öndə bitirən "Şalke" əlavə vaxtda daha bir qol vuraraq böyük əzmkarlıq nümayiş etdirib. Lakin əlavə vaxtın son dəqiqələrində ardıcıl iki qol vuran Hollandiya təmsilçisi almanların inanılmazı gerçəkləşdirməsinə imkan verməyib.

"Genk” və "Selta”nın cavab qarşılaşması ilk oyundakı qədər bol qollu alınmayıb. Belçikadakı görüş bərabərliklə başa çatdığından, doğma meydandakı qələbə İspaniya təmsilçisini yarımfinala daşıyıb.

Avropa Liqası
1/4 finalın cavab oyunları

20 aprel

"Beşiktaş” (Türkiyə) – "Olimpik” (Lion, Fransa) - 2:1 (penaltilər - 6:7)
Qollar: Talişka, 27 (1:0). Lakasette, 34 (1:1). Talişka, 58 (2:1).
İlk oyun – 1:2.

"Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoretska, 53 (1:0). Burqştaller, 56 (2:0). Kaliqiuri, 101 (3:0). Vyergever, 111 (3:1). Yunes, 120 (3:2).
İlk oyun – 0:2.

"Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar: Sisto, 63 (0:1). Trossard, 67 (1:1). 
İlk oyun – 2:3.

"Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1
Qollar: Mxitaryan, 10 (1:0). Hanni, 32 (1:1). Reşford, 107 (2:1).
İlk oyun – 1:1.


 
tarix: 21-04-2017 02:55


 
Xəbər lenti
27.06.2017

10:03   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

09:59   "Real Sosyedad" "Real"ın futbolçusunu heyətinə qatdı

09:45   "Fənərbaxça"nın sabiq üzvü yenidən Türkiyə klubuna qayıtdı

09:34   Burak Yılmaz qovuldu - VİDEO

09:12   Altıntop Almaniya klubu ilə yollarını ayırdı

09:00   Bundesliqa klubunda yeni hücumçu

02:00   “Nürnberq”dən “Qəbələ”yə

26.06.2017

23:30  Məşhur İtaliya klubu satışa çıxarıldı

22:30  "Barsa"nın təmiz qolunu saymayan hakim ən yaxşı oldu - VİDEO

21:00  "Qəbələ"dən Polşa klubuna

20:00  Mourinyonun ailəsində ağır itki

19:30  Sabiq "Qarabağ"lı baş məşqçi oldu

19:00  Millimizin üzvü üçün erməni baş məşqçi

18:30  Sinan Öztürk: "İşlərimiz plan üzrə davam edir"

18:00  Premyer Liqa klubunda yeni baş məşqçi

17:45  "Zirə"nin rəqibi Bakıya 21 futbolçu gətirir

17:30  "Neftçi" hazırlığa start verdi - FOTOLAR

16:30  “İnter” üçün rusiyalılar

16:25  Ev oyunları müftə, səfər matçları barterlə

14:00  "Zirə" rəhbərliyi azarkeşləri də unutmadı

13:50  "Zirə"nin "Differdanj"la matç öncəsi son məşqinin vaxtı bilindi

13:30  "Zirə" - "Differdanj" matçının biletləri satışdadı 

13:20  Boyan Şaranov: "Az oynamaq mənim üçün xoş deyildi"

13:10  Samir Məsimov: "Burada özümü evdəki kimi hiss edirəm"

13:00  Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi

12:30  "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO

12:00  Kasilyas "Milan"a keçir?

11:30  “TOPAZ”DA BU GÜN

11:00  Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı

10:00  Bundesliqa klubunda yeni qapıçı

09:05  Samir Məsimov rəsmən “Fakel”də!

09:00  Komandasını elitaya çıxardı, karyerasını başa vurdu

01:15  "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi

01:00  Ramazan Bayramınız mübarək!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az