(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Toğrul Əsgərov: “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”

Toğrul Əsgərov: “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”

“Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Odur ki, komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”. 

Futbolinfo.az xəbər verir ki, bu sözlər Olimpiya çempionu Toğrul Əsgərova məxsusdur. Klub saytına açıqlama verən sərbəst güləşçi “sarı-göylər”in nəticələrinə də toxunub: “Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.

“Kəpəz”in idmançı azarkeşləri arasında ən titullusu olan Əsgərov azarkeşlərdən də bəhs edib: “Gəncədə futbol bir nömrəli idman növüdür. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadırsa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdır. Şansımız var və bundan istifadə etməliyik”.

Komanda I divizionda çıxış edəndən stadionda Olimpiya çempionu kimi görünməyə başlayan Toğrul Premyer Liqada da “Kəpəz”i tək buraxmır. İmkan düşən kimi arenaya gəlir: “Düzdü, son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlər ilə bağlı idisə, indi zədəmlə əlaqədardır. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdır. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacağam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”.    


 
tarix: 20-04-2017 13:20


 
Xəbər lenti
24.10.2017

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az