(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Azad Kərimov: “Məqsədim daim əsas heyətdə yer almaqdı”

Azad Kərimov: “Məqsədim daim əsas heyətdə yer almaqdı”

“Kəpəz”in əsas komandasının futbolçusu Azad Kərimov Gəncə klubunun rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Azad, son iki turda möhtəşəm qələbələr ilə “Kəpəz” azarkeşlərini sevindirib. Demək olarmı ki, komanda oyun planında pik nöqtəsinə çatıb? 
- Əlbəttə, komandamız indi daha yaxşı oynayır, mübarizə aparır. Üstün keyfiyyətlərimiz çoxdu və bunu oyundan-oyuna daşıyırıq. “Neftçi” ilə matçda “18-lik”də olmasam da, komanda yaxşı oynadı və bunun nəticəsi kimi layiqli qələbə qazandı. Elə “Qəbələ”yə qarşı görüşdə olduğu kimi. Bu oyunda mən də meydana çıxdım. Uğurlu çıxışımızı davam etdirməliyik. Növbəti təqvim matçımız AZAL-a qarşı olacaq. Bütün hazırlığımız bu qarşılaşmaya yönəlib. Avroliqa şansını saxlamaq üçün qələbə qazanmaq istəyirik.

- “Qəbələ” ilə oyun heç-heçə başa çatsaydı və ya rəqib qalib gəlsəydi, bu ədalətli nəticə olardı?
- Oyundan əvvəl bilirdim ki, qalib gələcəyik. Bunu hiss etmişdim. Tək mən yox, komanda yoldaşlarımın da düşüncəsi yalnız qələbəyə yönəlmişdi. Hesab məncə, oyuna görə olmadı, rəqib qapısına 4-5 qol vurmalıydıq. Təəssüf ki, epizodlardan istifadə edə bilmədik. Bizə qələbə gətirən qolları gec vurduğumuzdan həyəcan, narahatlıq vardı. Əsəbimiz yerində deyildi. Bununla belə qələbə qazanmışıqsa, deməli, istəyimizə çatmışıq. 

- Sən oyunun sonlarına doğru meydana daxil oldun. Bu da rəqib hücumlarının qarşısını kəsməklə, hesabı qorumağa yönəlmiş addım idi. 
- Çox vaxt komandamız hesabda öndə olanda baş məşqçimiz Şahin Diniyev məni meydana buraxır. Buna görə ona minnətdaram. Nə qədər oynamağımdan asılı olmayaraq, komandaya kömək etməyə çalışıram. Əsas olan “Kəpəz”in qələbəsidir. “Qəbələ” ilə görüşdə mən meydana çıxandan sonra beşli müdafiəyə keçdik. Məğlubiyyətdən dolayı rəqib üzərimizə daha çox gəlməyə başlamışdı deyə arxa xəttə kömək lazım idi. Məncə, komandamızın uğur qazanmasında yardımçı ola bildim. 

- Mövsümün sonuna doğru futbolçular adətən fiziki cəhətdən daha yorğun görünürlər. Amma “Qəbələ” ilə görüşdə “Kəpəz” çempionatın əvvəlində olduğu kimi çıxış etdi. Komandaya yeni nəfəs, güc gəlib. Bunu nə ilə əlaqələndirə bilərsən? 
- Əvvəlcə onu deyim ki, hər şeyin başında kollektivimiz mehriban olması dayanır. Hamımızın məqsədi eynidir, bacardıqca uğurlu nəticələrə imza atmalıyıq. Hər bir oyuna final matçı kimi çıxırıq. Motivasiyamız yüksəkdir, doğma meydanda azarkeşlər qarşısında oynayırıq. Rəqibdən asılı olmayaraq, fikrimiz qələbə qazanmaqdır.

- Əvvəlki dövrələr ilə müqayisədə indi oynamaq imkanı az əldə edirsən. Bu səni narahat etmir? 
- Təbii ki, narahat edir. Bütün futbolçular kimi mən də daim oynamaq, göz qabağında olmaq istəyirəm. Futbolçu oynamadıqca passivləşir, formadan düşür. Məşqlərdə öz üzərimdə işləməklə özümü göstərməyə, bacarığımı artırmağa çalışıram. 

- “Qəbələ”nin əvəzediciləri ilə oyunda da meydana çıxmışdın. Əsas komandanın oyununda yorğun deyildin? 
- Yox, hər şey qaydasında idi. Ehtiyatda otursam da, ehtiyac olacağı halda komanda yoldaşlarımı əvəzləməyə hazır idim. Gücüm vardı, baş məşqçi meydana daha tez buraxsaydı belə, nə qədər lazım idisə, oynayacaqdım. 

- Mövsümün sonunda “Kəpəz” ilə müqavilən başa çatır. Komandada qalmaq istəyirsən?
- Hələ ki, ortada heç bir danışıq olmayıb. Yəqin ki, çempionat bitəndən sonra bu haqda söhbət olacaq. Şahin müəllim məni yenə komandasında görmək istəsə, böyük məmnuniyyətlə “Kəpəz”də qalmaq istəyərəm. Amma məqsədim ehtiyatda qalmaq yox, daim əsas heyətdə yer almaqdır. 

- Bakıda keçiriləcək İslamiadada iştirak edəcək U-23 komandasına namizədlər arasında yer almısan. Millinin yekun siyahısına düşəcəyini gözləyirsən? 
- Hamının ürəyindən bu yarışda iştirak etmək keçir. Baş məşqçi Yaşar Vahabzadəyə dəvət üçün minnətdaram. İlkin heyətdə yer almışam, sonrası görək necə olur. Yekun siyahıda adımın olmasını arzu edirəm. Komandaya uğur qazanmasında kömək etmək istəyirəm.


 
tarix: 21-04-2017 14:00


 
Xəbər lenti
24.05.2017

11:49   “İnter”də yeni məşqçi

11:13   Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı

11:06   Ellerdays birdəfəlik getdi

10:49   "Qarabağ" B seriyasından hücumçu alır

10:26   “Valensiya” ona əmanət

10:18   Kapello üçün bərabər səviyyə

10:11   Stokholmda titul savaşı - YENİLƏNİR

09:59   Koselni finalda oynamayacaq

09:48   “Real” 45 milyonluq transferi açıqladı

09:21   Valverde Ardanı istəmir

09:00   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

23.05.2017

17:34  “Kəpəz”dən daha bir transfer

17:22  “Real”ın “qara siyahı”sı

17:18  Qriqorçuk yeni müqaviləni Avstriyada imzalayacaq

17:04  “İnter” Spalettiyə tapşırıldı

16:54  “Qarabağ” çempionluğu tortla qeyd etdi

16:44  Meneceri Zenyovdan danışdı

16:29  Samir Əliyev Naxçıvana futbolçu seçməyə gedir

16:09  Bəyin əvəzinə 2 yeni oyunçu

16:02  Kvekveskiri Tetradzenin yanına gedir

15:30  Prezident idmançılarla görüşdü

14:19  Avropa Liqası: Potensial rəqiblər kimlərdi?

14:12  “Pulyuyan” Rossel

13:53  “Araz-Naxçıvan” və 3 divizion klubu

13:40  “Fənərbaxça”nın futbolçusu saxlanıldı

13:22  Konte hamıdan öndə

13:17  "Portu" məşqçisiylə vidalaşdı

13:11  Onlar sabah gedir

12:57  Vaqif Heydərli 45 menecer arasında

12:01  Xəbərimiz təsdiqləndi: “Qəbələ” onunla vidalaşdı

11:21  Yenə Qriqorçuk, yenə iddia

09:00  15 günə 12 678 214 AZN uduş!

00:40  "Peskara" "Palermo"nu məğlub yola saldı - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az