(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Qarabağ” bu göstəricidə dünya 6-cısıdı!

“Qarabağ” bu göstəricidə dünya 6-cısıdı!

Dünya klublarının milli çempionatlarda nümayiş etdirdiyi ən uzun seriyaların siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, müxtəlif göstəricilər üzrə açıqlanan “onluq”larda Azərbaycan təmsilçiləri də yer alıb.

Onlar arasında “Qarabağ”ın ev oyunları ilə bağlı seriyası xüsusi diqqət çəkir. Həftəsonu mövsümdə sonuncu dəfə öz meydanına çıxacaq Ağdam klubuna qonaqlardan heç biri 2 qol vura bilmir.

Evdə 2 və ya daha çox qol buraxmayan Qurban Qurbanovun yetirmələrinin bu seriyası 1 il 4 aydı davam edir. Maraqlıdı ki, “Qarabağ”ın meydanında 2 qola sevinən sonuncu komanda Premyer Liqanın XXVII turundakı rəqib “Sumqayıt”dı.
 
“Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da 2:2 hesablı səfər heç-heçəsinə sevinib. Artıq çempionluğu təmin edən və oyun sonrası qızıl medalları təqdim olunacaq ağdamlılar 23 matçdı bu seriyasını davam etdirir. 23 görüşdən 6-da 1 top buraxıb, 17-də qapısını toxunulmaz saxlayan “Qarabağ” dünyanın 6-cı komandasıdı.
 
Yüksək liqa təmsilçilərindən yalnız 5-i daha uzun müddətdi evdə 2 qol buraxmır. 1-ci pillədə Yunanıstan “Olimpiakos”udu. Ellada təmsilçisi 39 görüşdü öz meydanında qonaqlara 1-dən artıq qol şansı vermir. İtaliya “Yuventus”u 37 matçlıq seriyaya məxsusdu. “Ağ-qaralar” burada ikincidi. “Sumqayıt”la görüşdə seriyanı davam etdirəcəyi halda, təmsilçimiz eyni siyahıda yer aldığı bu adlı-sanlı klublarla böyük fərqi bir az “əridəcək”.
 
Daha 3 komanda “Qarabağ”dan öndədi. Makedoniya “Vardar”ı 30, Əlcəzair “Saura”sı və Avstriya “Zalsburq”u 27 oyundu qonaqları “2”yə də layiq görmür. Apasport


 
tarix: 21-04-2017 16:20


 
Xəbər lenti
24.11.2017

03:00   Avroliqada bol qollu gecə - VİDEOLAR

02:20   Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın

23.11.2017

22:01  “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıyıq”

21:31  "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə

21:22  Şehiç ÇL-in ən yaxşısı, "Qarabağ" isə…

19:55  “Araz” darmadağınla qalib gəldi

18:23  Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu

18:09  Birinci Divizionda 11-ci turun hakim təyinatları

17:33  “Keşlə” “Neftçi”yə qalib gəldi

17:15  Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün

16:56  “Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu

16:35  İbrahimoviç ÇL-in tarixinə düşdü

16:18  “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik”

15:24  Daha bir milli komandada baş məşqçi istefası

14:58  Millimiz FİFA reytinqində yenə gerilədi

14:38  “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət

14:05  “Qəbələ”dən 22:0 hesablı qələbə

13:53  “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

13:36  Avropa çempionatının biletləri satışa çıxarıldı

13:05  Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”

12:54  “Qarabağ” həqiqəti və futbol həqiqəti

12:24  Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir”

12:09  ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı

11:44  “eTopaz”da günün canlı oyunları

11:35  “TOPAZ”DA BU GÜN

11:27  “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu

11:19  “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu

11:02  “Qarabağ” son ev matçında belə məğlub oldu - FOTOLAR

02:35  ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18  Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55  “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32  Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az