(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

AFFA UEFA-ya necə hesabat verir?

AFFA UEFA-ya necə hesabat verir?

UEFA-nın milli assosiasiyalar üzrə koordinatoru Mariya Arxangelskaya AFFA-nın maliyyə hesabatının analiz edilməsi məqsədi ilə Bakıda işgüzar səfərdədir. Qonaq AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazası ilə də tanış olub.
 
Bu təftiş təsadüfi deyil, zaman-zaman belə yoxlamalar aparılır. UEFA ayırdıqları maliyyənin təyin olunan istiqamətlər üzrə necə sərf olunduğuna diqqət yetirir. Burada hansısa problem də yoxdu. AFFA yəqin ki, bütün sənədləri qaydasına salıb və qonaqlar da razı yola salınacaqlar.
 
Bizim üçün maraqlı olan UEFA-ya təqdim olunan hesabatla AFFA-nın ictimaiyyətə açıqladığı hesabatın eyni olub-olmamağıdı. “Futbolinfo” yerli assosiasiyanın açıqladığı hesabatda bir sıra pozuntular aşkarlayıb, bunu silsilə yazılarla oxuculara çatdırmışdı. Həmin hesabat UEFA-dan gələn qonaqlara da təqdim olunsa, ortaya mütləq problemlər çıxacaq. Amma yəqin ki, AFFA-dakılar işini ehtiyatlı tutmuş olar.
 
Yeri gəlmişkən, biz məlum hesabatla bağlı AFFA-ya müraciət edib, detallı izahat istəmişdik. Çünki bir çox xərclərdə şübhələr var idi. AFFA-nın balansında olan idman qurğularına xərclənən vəsait, eləcə də bir sıra digər xərclər reallıqdan uzaq idi. Lakin bugünədək müraciətimizə rəsmi cavab almamışıq. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində detallı hesabatı açıqlamağın mümkün olmadığını bildirib. Halbuki AFFA ictimai təşkilatdı və şəffaf fəaliyyət göstərməyə məcburdu. Bununla belə, qurum bildiyini edir və müraciətləri vecinə almır.
 
UEFA nümayəndələri Bakıda ikən, saytımız vasitəsilə bir daha AFFA-dan geniş hesabat verməsini, qaranlıq qalan məsələlərə aydınlıq gətirməsini tələb edirik. Şişirdilmiş məbləğlərlə göstərilən və AFFA rəhbərliyinə yaxın şirkətlərə həvalə edilən işlərin təfsilatlı hesabatına ehtiyac var. Biz İspaniyada villa sahibi olan AFFA işçisi xanımın qazancının detallarını istəmirik, istədiyimiz büdcənin hara xərclənməsinin detallı açıqlamasıdı.
 
Bilmək istəyirik ki, başqa klublar özlərinə məxsus stadionların qazonunu 1000 manata ideal səviyyədə saxladığı halda, nəyə görə “Agrosport” aylıq 15 min manat alaraq, AFFA-nın balansındakı “Dalğa Arena”ya, “Bakcell Arena”ya normal qulluq edə bilmir? Ümumiyyətlə, nəyə görə belə bahalı müqavilələr imzalanıb, ölkədəki sosial-iqtisadi durum niyə nəzərə alınmayıb, alternativ variantlar niyə axtarılmayıb, SOCAR-ın pulu niyə dağıdılıb?
Bilmək istəyirik ki, keytrinq xidmətinə görə bir oyuna 8000 manat xərclənməsi nə qədər realdı. Bu, UEFA-dan gələnlərə də maraqlı olmalıdı. Çünki 17 yaşlıların qıtə çempionatının xərclərinin əsas hissəsini bu qurum çəkmişdi.
Bilmək istəyirik ki, 17 günlük yarışa görə xərclənən 958 min manatlıq hotel xərcləri həqiqətə nə qədər uyğundu? Gündəlik 56 min manat xərc görəsən, UEFA-nın təcrübəsində olubmu?
Bilmək istəyirik ki, püşkatmaya 157, açılış mərasiminə 379, bağlanışa 114 min manatın sərf edilməsinin yazılı açıqlaması necədi?
Bilmək istəyirik ki, nəqliyyat, təbliğat və s. bəndlər altında gizlədilən 1 miyon manatlıq vəsait UEFA nümayəndələrinə necə izah olunur?
 
Biz bu sualları UEFA nümayəndələrinə, müvafiq dövlət orqanlarına ünvanlamamış AFFA-dan cavab gözləyirik. Bu qədər təmiz işləyirsizsə, hesabatı təqdim edin, qorxursunuzsa, dövlətin pulunu yemisizsə, bunun da cəzasını çəkməlisiz. Məqamdı, şəffaf işlədiyinizi göstərin. Susmağınız, gizlətməyiniz qüsurlu olmağınızı ifşa edir.
 
AĞA

 
tarix: 28-04-2017 14:00


 
Xəbər lenti
17.10.2017

15:34   5 liqada 6890 futbolçu

15:25   "Real" "Tottenhem"ə, "Beşiktaş" "Monako"ya qarşı - YENİLƏNİR

15:23   Məmmədov ÇL matçına təyinat aldı

15:14   “eTopaz”da günün canlı oyunları

15:06   “TOPAZ”DA BU GÜN

14:55   “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı

14:31   Qara Qarayev pula baxmadan gedəcək

14:24   Niyə məhz “Qarabağ”? - açıqlama

14:17   İsrafilovu da danışdırdılar: “Qarabağ”ı məğlub etmək asan deyil”

14:07   Qurban Qurbanov: “Xal qazanmağa çalışacağıq”

13:29   İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

12:25   Uğursuzluğa görə getdi

12:02   23-cü dəfə ölkə çempionu oldular

11:04   Errera “Atletiko”nu qorxutdu

10:37   Prosineçki heç bir millidə işləmək istəmir

10:03   Emin üçün 90 dəqiqə və 3 xal

09:02   Premyer Liqanın məşhur klubu satışa çıxarıldı 

01:15   "Selta" səfərdə 5 qola sevindi - VİDEO

00:56   Son oyunda qalib müəyyənləşmədi - VİDEO

00:49   Super Liqada 8-ci tur başa çatdı

00:15   "Atletiko" Bakıda belə qarşılandı - FOTOLAR

00:01   Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

16.10.2017

23:06  “Trabzonspor” rəsmən açıqladı - Yanal qovuldu

22:43  “Atletiko” “Qarabağ” adlı təyyarə ilə gəldi - FOTO

22:02  “Ağsu” – “Xəzər” matçında 2 qol - VİDEO

21:55  Millimiz son oyundan qalib ayrıldı

20:43  “Hərbçilər” tək qolla qalib gəldilər - VİDEO

19:51  Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi - VİDEO

18:46  “Qaradağ Lökbatan” belə xal itirdi - VİDEO

17:44  Birinci Divizionda xal itirməyən komanda qalmadı

17:05  Öncə Qurbanov, sonra Simeone

16:50  BOS “Qarabağ” - “Atletiko” matçına hazırdı - FOTO

16:38  Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR

16:19  “Atletiko” Bakıya bu heyətlə gəlir

15:57  AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR

15:25  “eTopaz”da günün canlı oyunları

15:16  3-cü turun oyun cədvəli açıqlandı

15:10  “TOPAZ”DA BU GÜN

15:02  “Zirə”dən rekord

14:51  Premyer Liqada 300-cü qola üzüldü

14:40  Mövsümün ən böyük hesabı

14:38  “Atletiko” gəlir

14:31  Olimpiya stadionuna maşınlar buraxılacaq

13:56  10 illik fəaliyyətin “nəticə”si

13:42  “Qarabağ”ın oyununda fransız ədaləti

12:55  “Neftçi” onu görməyəcək

12:49  “Qarabağ”ın 400-cü qələbəsi

12:28  “Qarabağ”ın ispanları AS-a danışdı: “Stadion tam dola bilər”

12:21  Mədətovla “Atletiko”nun növbəti görüşü

12:16  Millimiz 23 pillə gerilədi

12:05  Pantiç yenidən Bakıda

11:57  Əliyar Ağayev “Real Sosyedad”ın oyununda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az