(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Topaz Premyer Liqasında mövsümə yekun vurulur

Topaz Premyer Liqasında mövsümə yekun vurulur

Bu gün Topaz Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, 28-ci turun qarşılaşmaları eyni gündə keçiriləcək.

Son turun üç matçı eyni saatda start götürəcək. “Kəpəz” “İnter”i, “Sumqayıt” “Qəbələ”ni, AZAL “Zirə”ni qəbul edəcək. Mövsümün qapanış matçında isə “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq.

Maraq üçün qeyd edək ki, son tur yalnız avrokuboklarda təmsil edəcək 4-cü komandanın adına aydınlıq gətirmək baxımından önəm kəsb edir. Mövsümün son turu “Qarabağ”, “Qəbələ” və “İnter”lə birlikdə qitə kuboklarında oynayacaq sonuncu komandanı müəyyənləşdirməlidi. Digər bütün suallara isə əvvəlki turlarda tam aydınlıq gəlib.
 
Avrokuboklara sonuncu vəsiqənin isə cəmi iki iddiaçısı qalıb. Bunlar “Zirə” və “Kəpəz”di. Taleyi öz əlində olan “Zirə” 3 xallıq üstünlüyü əldən verməmək üçün AZAL-la paytaxt derbisində ən azı heç-heçə etməlidi. “Zirə” uduzmasa, Gəncədəki oyunun nəticəsindən asılı olmayaraq, Avropaya getmək imkanı qazanacaq. “Kəpəz” isə özü qələbə üçün mübarizə aparmaqla yanaşı, AZAL-a da azarkeşlik edəcək. Bu il qələbə nə olduğunu bilməyən “təyyarəçilər” inandırıcı görünməyəni reallaşdırıb qalib gəlsə, gəncəlilərin də qələbəsi hesablara nəzər salmaq zərurəti yaradacaq.

Topaz Premyer Liqası
28-ci tur

29 aprel (şənbə)

AZAL - “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “AZAL Arena”, 16:00.

Avropa Liqasına sonuncu vəsiqəyə əsas namizəd “Zirə” səfərdə AZAL-la qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı çempionatın aşkar autsayderi ilə görüşdə aşkar favorit sayılır. Ayxan Abbasovun komandasına səfərdə hətta heç-heçə də bəs edəcək. Lakin qələbəyə həsrət Tərlan Əhmədovun komandası sürprizə imza atsa, o zaman zirəlilərin avrokuboklara vəsiqə qazanması sual altına düşə bilər.

AZAL bu rəqibi ilə evdəki hər oyunda 1 qol vurub və uduzmayıb. Son 5 qarşılaşmada hər iki komanda qol vurub. AZAL son 5 matçda qalib gəlməyib. Əvvəlki 7 oyundan yalnız birində "təyyarəçilər" 3 xala seviniblər. Cəmi iki görüş heç-heçə bitdiyi halda, qalan 4 oyunda zirəlilər qələbəni bayram ediblər. Top fərqində də "Zirə" müəyyən üstünlüyə malikdi.

Elə cari mövsüm keçirilmiş oyunlarda da AZAL "Zirə"yə ciddi müqavimət göstərə bilməyib. Birinci dövrədə "Zirə" doğma meydanda inamlı qələbə qazanmışdı. Gerhard Proqni dubla imza atmışdısa, Elvin Məmmədov penaltidən fərqlənmişdi. David Canelidze AZAL-ı yalnız təsəlli qolu ilə sevindirə bilmişdi. İkinci dövrədə Şüvəlanda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk etmişdilər. Sezar Meza Kolli ilk yarıda zirəliləri penaltidən vurduğu qolla hesabda önə keçirsə də, yenə David Canelidze AZAL-ın düşərgəsində qol sevinci yaşatmışdı. Üçüncü dövrədəki görüşdə isə "Zirə" Sezar Meza Kollinin dublu ilə vacib qələbəyə sevinmişdi. Həmin oyunda AZAL sadəcə, Rəşad Abdullayev vurduğu qolla təsəlli tapa bilmişdi.

Statistika: 7 oyun, +1, =2, -4, top fərqi 7-12.

1-ci dövrə: 1:3
2-ci dövrə: 1:1
3-cü dövrə: 1:2

“Kəpəz” - “İnter”

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu, 16:00.

Avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan “Kəpəz” doğma meydanda “İnter”lə üz-üzə gələcək. Gəncə təmsilçisi AZAL-la qarşılaşacaq "Zirə"nin məğlubiyyətini arzulamaqla yanaşı, mütləq qələbə qazanmağa çalışacaq. Paytaxt klubu üçün isə Gəncədəki görüşün hansısa əhəmiyyəti yoxdu. Bu üzdən hətta Zaur Svanadzenin səfər matçında ehtiyat qüvvənin xidmətindən yararlanması da mümkündü.

Bu rəqibinə sonuncu dəfə 6 il 7 ay əvvəl qalib gələn “Kəpəz” 12 matçdır qələbə qazana bilmir. Gəncə təmsilçisinin son 3 ev oyununda heç-heçə qeydə alınıb. Ümumiyyətlə, əvvəlki 25 oyundan 15-də bakılılar qalib gəlibsə, yalnız 4 oyunda "Kəpəz" 3 xalı bayram edib. 6 qarşılaşmada da tərəflər meydandan bərabərliklə ayrılıblar. Top fərqində də paytaxt klubunun üstünlüyü diqqət çəkir.

Bu mövsüm baş tutan oyunlara gəlincə, birinci dövrədə Bakıda keçirilmiş görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməmişdi. Adrian Skarlatakenin hesabı açdığı həmin görüşdə Tural Axundovun penaltidən vurduğu qol qonaqların ilk yarını bərabərliklə bitirməsinə şərait yaratmışdısa, fasilədən sonra Julien Ebah hətta gəncəliləri hesabda önə keçirmişdi. Yalnız Ruslan Abışovun 90-cı dəqiqədə vurduğu qol "İnter"i məğlubiyyətdən xilas etmişdi. İkinci dövrədə Gəncədə baş tutan qarşılaşmada qapılara qol vurulmamışdı. Üçüncü dövrədəki oyunda isə "İnter" rəqibini darmadağın etmişdi. Oyunda hesabı Gəncə təmsilçisinin kapitanı Tural Axundov açsa da, Nizami Hacıyev, Fuad Bayramov, Abbas Hüseynov və Rauf Əliyev bakılıların əzmkar və inamlı qələbəsini rəsmiləşdirmişdi. Yeri gəlmişkən, həmin oyunu da bu gün keçiriləcək matça təyinat alan Rəhim Həsənov idadə etmişdi. 

Statistika: 25 oyun, +4, =6, -15, top fərqi 22-47.

1-ci dövrə: 2:2
2-ci dövrə: 0:0
3-cü dövrə: 1:4

“Sumqayıt” - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.

Gümüş medalları özü üçün təmin etmiş “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Bu görüş Roman Qriqorçukun komandası üçün formal xarakter daşısa da, sumqayıtlılar üçün müəyyən önəmi var. Məsələ burasındadı ki, Samir Abasovun çalışdırdığı komanda mövsümü 5-ci pillədə bitirmək şansına malikdi. Sumqayıtlılar "Kəpəz"in "İnter"lə oyunda qələbə qazanmamasına ümid bəsləmək şərtilə, "Qəbələ"yə qalib gəlməyə çalışacaqlar.

Amma “Sumqayıt” 14 oyundur bu rəqiblə görüşlərdə qələbə qazanmır. Son iki qarşılaşmada qollu heç-heçə qeydə alınıb. “Qəbələ” bütün matçlarda qol vurub. Əvvəlki 19 oyundan yalnız birində "Sumqayıt" 3 xalı bayram edib. Beş dəfə heç-heçə qeydə alınıbsa, 13 matçda da qəbələlilər qələbəyə sevinən tərəf olublar. Top fərqində də bölgə təmsilçisi daha üstündü.

Bu mövsüm baş tutan görüşlərə gəlincə, birinci dövrədə Qəbələdə keçirilən oyunda Baqali Dabonun son dəqiqələrdə vurduğu iki qol "Sumqayıt" üzərində inamlı qələbə üçün yetərli olmuşdu. İkinci dövrədə Sumqayıtdakı oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməmişdi. Yusif Nəbiyev meydan sahiblərini hesabda önə keçirsə də, Rəşad Eyubov və Filip Ozobiçin vurduğu qollar "Sumqayıt"ın məğlub duruma düşməsinə səbəb olmuşdu. Yalnız Amil Yunanovun 90+4-cü dəqiqədə penaltidən vurduğu qol sumqayıtlılara vacib 1 xal qazandırmışdı. Elə Qəbələdə baş tutan son oyunda da tərəflər qalibi müəyyənləşdirə bilməmişdi. Məhəmməd Qurbanov qonaqları hesabda önə keçirdiyi halda, Vitali Vernidub cavab qolunu vurmuşdu.

Statistika: 19 oyun, +1, =5, -13, top fərqi 14-37.

1-ci dövrə: 0:2
2-ci dövrə: 2:2
3-cü dövrə: 1:1

“Neftçi” - “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bakcell Arena”, 17:00.

Nəhayət, mövsümün qapanış matçında Azərbaycanın iki ən köklü və bütün milli çempionatlarında çıxış etmiş komandası - “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq. Bu oyun hər iki komanda üçün formal xarakter daşıyır. Bu üzdən də tərəflər meydana yalnız imic xatirinə çıxacaqlar.

“Qarabağ” 5 oyundur əzəli rəqibinə uduzmur. Son 5 matçda ən azı 2 qol vurulub. Tərəflər arasında indiyə qədər 67 oyun keçirilib ki, onların 18-də "Neftçi", 24-də isə "Qarabağ" qalib gəlib. Bu komandaların oyunlarında daha çox heç-heçə qeydə alınıb - 25 dəfə! Top fərqində də Ağdam təmsilçisinin üstünlüyü var.

Bu mövsüm "Qarabağ" "Neftçi" üçün arzuolunmaz rəqiblərdən olub. Birinci dövrədə Qurban Qurbanovun yetirmələrinin bakılıları darmadağın etdiyi oyunda hesabı Jayronun avtoqolu açmışdı. Mahir Mədətovla Əlhərbi Əl Jadeyui isə fərqi daha da artırmışdı. İkinci dövrədə Rahid Əmirquliyevin hesabı açdığı oyunda Jayro yenə "Qarabağ"ı avtoqolla sevindirmişdi. Yalnız üçüncü dövrədəki son oyunda Cavid İmamverdiyev hesabı açdığı halda, Dino Ndlovu penalti qolu ilə Ağdam klubunu məğlubiyyətdən xilas etmişdi.

Statistika: 67 oyun, +18, =25, -24, top fərqi 61-70.

1-ci dövrə: 0:3
2-ci dövrə: 0:2
3-cü dövrə: 1:1


 
tarix: 29-04-2017 00:20


 
Xəbər lenti
25.05.2017

14:02   38 milyon avro mükafat

13:32   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

13:01   “Neftçi”nin futbolçusu Sançeslə bir siyahıda

12:50   “Şəmkir”in prezidentini ifşa etdilər

12:22   AFFA-dan yarım milyonluq mükafat

12:01   Morata “Milan”da?

11:51   Ronaldo həbs oluna bilər

11:31   İbrahimoviçə ilginc təklif

11:01   Dəniz Yılmaza daha bir müştəri

10:42   Elnur Cəfərov lazım olmadı

10:34   Mourinyodan yeni rekordlar

10:21   “Futbol vecimə deyil”

10:14   “Darıxdırıcı final oldu”

00:49   Kubok İngiltərəyə, "Mançester Yunayted" Çempionlar Liqasına - YENİLƏNİB

24.05.2017

22:19  "Portu"nun yeni baş məşqçisi bəllidi

22:09  "Çelsi" çempionluq paradını təxirə saldı

21:27  Valdes müqaviləsini pozdu

20:52  19 yaşlı futbolçuya 37 illik cəza

20:47  Yaşar Vahabzadə: “Ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir”

18:34  Emin Cəfərquliyev də “Sumqayıt”da?

18:26  Emin Mahmudov “Boavişta”da qaldı

18:12  Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələdi

16:29  Vüqar Mustafayev “Zirə”də qaldı

15:10  “Danışıq apardığımız legionerlər arasında italiyalı yoxdu”

15:04  Miçel “Qarabağ”dan ayrılır – Pula görə

14:58  “Barsa” “Malaqa”ya rüşvət təklif edibmiş

14:49  Mahir Mədətov – Röyanın canı

14:43  Tərlan Əhmədov: “Futbolçuların əməkhaqqlarını dostlarım verirdi”

14:21  “Qəbələ” təkzib etdi: “Yalandı”

14:10  Rəşad Sadiqov üçün seçim anı

14:00  Kvekveskiri pulu seçdi

12:41  “Qəbələ” üçün havayı argentinalı

12:38  “İnter” qardaşları yola saldı

12:28  Qabıq dəyişən “Sumqayıt” nə vəd edir?

12:04  Nazarov hara gedir?

11:49  “İnter”də yeni məşqçi

11:13  Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı

11:06  Ellerdays birdəfəlik getdi

10:49  "Qarabağ" B seriyasından hücumçu alır

10:26  “Valensiya” ona əmanət

10:18  Kapello üçün bərabər səviyyə

09:59  Koselni finalda oynamayacaq

09:48  “Real” 45 milyonluq transferi açıqladı

09:21  Valverde Ardanı istəmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az