(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Elmir Vəliyev: “Mən bunu komandamız, azarkeşlərimiz üçün hədiyyə hesab edirəm”

Elmir Vəliyev: “Mən bunu komandamız, azarkeşlərimiz üçün hədiyyə hesab edirəm”

“Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyevin klub saytına müsahibəsi:

- Elmir müəllim, daha bir mövsüm arxada qaldı. Əvvəlcə istərdim ki, çempionatın yekunlarını müzakirə edək.
- İlk olaraq onu deyim ki, bu dəfə Premyer Liqada komanda sayı az olsa da, çempionat olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi. Bəlkə də çoxları belə olacağını gözləmirdi. Həm çempionluq, həm də digər mükafatlar uğrunda yarış həyacanlı, mübarizəli alındı. “Qarabağ” və “Qəbələ”nin qızıl medalları qazanmaq şansı öncədən yüksək qiymətləndirilirdi ki, elə gözlənildiyi kimi də əsas rəqabət sona qədər bu komandalar arasında getdi. Yeri gəlmişkən, hər iki klubu, eləcə də bürünc medallara sahib olan “İnter”i təbrik edirəm, onlara qitə miqyaslı turnirlərdə uğurlar arzulayıram. Həmçinin, dördüncü pillənin sahibi kimi Avropa Liqasına yollanan “Zirə”yə də eyni sözləri ünvanlamaq istəyirəm. Ümid edirəm ki, Azərbaycan komandaları qarşıdakı mövsümdə ölkəmizi Avropada layiqincə təmsil edəcəklər.

- “Kəpəz” haqda nə demək olar?
- Doğma klubumuzun çıxışı göz önündə oldu. “Kəpəz” çempionatda ötən mövsüm olduğu kimi yenə iddialı rəqibləri üçün çətinlik yarada bildi. Komandamız Premyer Liqada ilk 3 yeri tutan klublar ilə başa-baş mübarizə apardı. Gəncədə, doğma meydanda yalnız “Qarabağ”a uduzduq. Digər rəqiblərlə oyunda isə ya qələbə qazandıq, ya da heç-heçə etdik. Təbii ki, bizim də məqsədimiz komandamızın daha uğurlu çıxış etməsi və Avroliqaya vəsiqə qazanması idi. Düşünürəm ki, buna yaxın idik və sona kimi də rəqabət apardıq. Hətta son turda belə vəsiqəni təmin edə bilərdik. Təəssüf ki, alınmadı. Amma ruhdan düşməməliyik.      

- Hansı oyunun nəticələri sizin üçün daha çox yadda qalan oldu?
- Unudulmaz oyunlar çox oldu. Xüsusən də, çempionatın son dövrəsində keçirdiyimiz matçları qeyd etmək olar. “Kəpəz” dördüncü dövrədə olduqca yaxşı mübarizə apardı. Komanda 7 oyundan 6-da qələbəyə sevindi. Gəncədə “Neftçi” və “Qəbələ” üzərində qazanılan qələbələr diqqətimizi daha çox çəkdi. Əvvəldən belə mübarizə aparsaydıq, turnir cədvəlində vəziyyətimiz daha yaxşı olardı. Qış fasiləsindən sonrakı oyunlarda bir çox uğursuzluqlar oldu. Bu da sonda nəticəyə təsirsiz ötüşmədi. Amma bu, idmandı. Hər zaman qələbə, nəticə qazanmaq mümkün olmur. Daha güclü komandalar belə uğursuzluqdan sığortalanmayıb. Ona görə də bunu anlayışla qarşılamaq lazımdır.   

- Gəncə klubu azarkeş sayında liderliyi yenə əldən vermədi. Bu haqda nə demək olar?
- İdman növləri arasında futbolun yeri ayrıdı. Hamımızın da yaxşı bildiyi kimi Gəncədə futbol daha çox sevilir. Şəhər stadionunda tribunalara toplaşan azarkeş sayı digər şəhərlərdə keçirilən oyunlardan qat-qat çoxdur. Bunu açıqlanan statistik göstəricilər də deyir. Bu mövsüm də oyunlarımıza xeyli sayda tamaşaçı gəldi. Futbol azarkeşə görə oynanılır. Əgər bu gün gəncəlilər “Kəpəz”in oyununa maraq göstərib, stadiona gəlirlərsə, deməli, biz məqsədlərimizdən birinə nail olmuşuq. Çünki klub yeni formalaşanda əsas fikirlərimizdən birincisi küskün olan tamaşaçıları tribunalara qaytarmaq idi. Mən azarkeşlərimizə minnətdaram, onlara futbolçulara və məşqçilərə dəstək olurlar, komandanı ruhlandırırlar. “Kəpəz”in əldə etdiyi nəticələrdə fanatların rolu danılmazdır. Bunu heç kim inkar edə bilməz. Azarkeşlərimiz nəinki Gəncədə, hətta səfər matçlarında belə komandanı tək buraxmadılar.

- “Kəpəz”in iki futbolçusu İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək U-23 yığmasının tərkibində yer alıb. Bu məqam hamımız üçün sevindiricidir...
- Bəli. Əvvəlcə onu deyim ki, Azərbaycan çoxdan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə, paytaxt Bakıda bir-birinin ardınca dünyanın ən mötəbər yarışları keçirilir. Bu, respublikamızın təşkilatçılıq bacarığına olan inamın, etibarın nəticədir. Elə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da bu qəbildəndir. Belə nüfuzlu yarışın Bakıda keçirilməsi qürurvericidir. Yarışda Gəncə idmançılarının, “Kəpəz”in üzvlərinin çıxışı isə bizim üçün lap sevindiricidir. Bizim əsas məqsədlərimizdən biri də ölkə futboluna fayda vermək, ayrı-ayrı yaş qrupları üçün milli komandalara futbolçu yetişdirməkdir. Komandamızın futbolçularının İslamiadada çıxış edəcək heyətdə yer alması əslində gözlənilən idi. Çünki “Kəpəz”in çıxışı səbəbindən oyunçularımız diqqət mərkəzindədirlər. Bir halda ki, yığma məşqçiləri onlara inanıb heyətə dəvət ediblərsə, futbolçular da bəslənən ümidləri doğrultmalıdırlar. Milliyə azarkeşlik edəcəyik.

- Son olaraq qarşıdakı planlar haqda sorusmaq istərdik.
- Gəlin tələsməyək, çempionat yeni başa çatıb. Hələ ki, nəticələr müzakirə olunur. Bununla belə təbii ki, planlarımız var və zamanla bunu açıqlayacağıq. Qarşıda duran ilk vəzifələr haqda deyə bilərəm ki, Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü yenilənəcək. Artıq bu haqda qərar verilib və yaxın günlərdə işlərə başlanacaq. Yeni salınacaq qazon ən müasir tələblərə cavab verəcək, ideal durumu ilə seçiləcək. Mən bunu komandamız, azarkeşlərimiz üçün hədiyyə hesab edirəm. Qazonla yanaşı, arenada görülməsi planlaşdırılan digər işlər də var. Tədricən bunları həyata keçirəcəyik. 


 
tarix: 02-05-2017 14:10


 
Xəbər lenti
23.08.2017

14:01   Topaz Premyer Liqasında 3-cü turun oyun cədvəli

13:55   3-cü turun oyun cədvəli bəlli oldu

13:48   “Qarabağ” “Kopenhagen” ilə duelə hazırdı - FOTO

13:33   “Barselona” hakerlərin hücumu qarşısında aciz qaldı - FOTO

13:26   “Marka” yenə “Qarabağ”dan yazdı

13:17   “Bunu “Qarabağ”la oyunda da təkrarlaya bilərik”

13:05   Qazaxıstan yığması Bakıya gələcək

12:59   Axundovla Malıyevin məğlubiyyəti: Rauf Əliyev problemi bitdi

12:51   İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqladı

12:37   Tahir Gözəl Kopenhagendə batalyon komandiri ilə görüşdü

12:18   Çempionlar Liqasında daha bir ilk gerçəkləşdi

12:06   "Beşiktaş" Bakıya gəlir?

11:43   “TOPAZ”DA BU GÜN

11:34   "Astana" və "Başakşəhər" ÇL-dən getdi, "Napoli" yenə qalib gəldi - VİDEO

11:22   "eTopaz"da günün canlı oyunları

11:00   ÇL-də səbətlər açıqlandı - “Qarabağ” mərhələ adlasa...

10:36   UEFA klub reytinqində bir pillə gerilədik

10:20   ÇL-də qrup mərhələsinə yekun vurulur - YENİLƏNİR

10:10   "Qarabağ" "Kopenhagen" ilə tarixi matça çıxır - YENİLƏNİR

10:01   Millimiz Belarusa məğlub oldu

09:35   "Latsio"dan Premyer Liqa klubuna

09:02   "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia

00:45   "Başakşəhər" sürpriz edə bilmədi

00:07   "Traktorsazi"dən növbəti qələbə

22.08.2017

22:41  "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı

22:36  "Valensiya"nın oyunçusu rəsmən "İnter"də - FOTO

22:20  Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"

22:12  Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"

22:00  Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"

21:17  "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi

20:24  Stole Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

20:12  “Qəbələ”dən ayrıldı, Polşa klubu ilə müqavilə imzaladı

18:57  Ramil Şeydayev "Jilina"dan ayrılır

18:33  "eTopaz"da günün canlı oyunları

18:21  “TOPAZ”DA BU GÜN

18:16  "İnter" - "Səbail" matçının da başlama saatı bilindi

18:05  "Zirə" - "Sumqayıt" matçının başlama saatı açıqlandı

17:58  Qurban Qurbanovla 70-ci sınaq

17:28  Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq

17:16  "Kopenhagen" "Qarabağ" ilə oyun öncəsi cəzalandı

16:53  Super Liqa klubunun prezidenti istefa verdi

16:32  “Kəpəz” tarixi derbinin hazırlığına başladı

16:26  Kapitan hələ də fərdi məşq edir

16:18  Bundesliqa klubundan daha bir transfer

15:53  "Milan" yeni "Şevçenko"suna qovuşdu - FOTO

15:45  "Səbail” “Qəbələ”ni də Mərdəkana aparacaq

15:23  "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi - FOTO

15:02  “Rubin”dən "Hannover"ə - FOTO

14:51  Elxan Abdullayev "Neftçi"ni ifşa etdi: Futbolçulara yemək qənaətlə verilir!

14:38  Lagerbek: "Azərbaycan millisi son 2 ildə 60 pillə irəliləyib"

14:29  “Qarabağ” ÇL-in qrup mərhələsinin bir addımlığındadı”

14:15  Norveç yığması Bakıya bu heyətlə gələcək

14:01  Vitse-prezidentin dayısı Cəbrayıl Cəbrayılov nəyə nəzarət edir?

13:54  "Qarabağ" üçün qələbəsiz gündə daha bir ilk imkanı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az