(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Tale Heydərov: "Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz"

Tale Heydərov: "Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz"

“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan kubokunun finalında “Qarabağ”la keçirilən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, komandasının çıxışını dəyərləndirən T.Heydərov gələn mövsümlə bağlı planlardan da danışıb.

- “Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiz?
- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.

- Sizcə, nə çatmadı?
- Məncə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda sabit oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda arasında olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük amil məhz “Qarabağ” oldu. Bizim də çox səhvlərimiz oldu, lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik.  

- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksizmi?
- Bununla bağlı danışmamışıq. Yaxın günlərdə söhbət edəcəyik. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.

- Komanda gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaqmı?
- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə oyunçu almağı da düşünürük.

- Komandanız bu mövsüm avrokuboklardakı iştiraka görə müəyyən məbləğdə gəlir əldə etdi. Həmin pulla superulduz transfer etməyiniz mümkündümü?
- Bizim büdcəmiz və həmin yarışlardan əldə edilən gəlir nəyə imkan verəcəksə, ona uyğun da addım atılacaq.

- Avropa Liqasında hədəfiniz nə olacaq?
- Eyni uğurları davam etdirməyimizi gözləmək asandı. Komandanın qrup mərhələsinə düşməsi gözləntisi hamımızda var. Unutmaq lazım deyil ki, biz ardıcıl iki dəfə bunu bacarmışıq. Bu özü bir rekord idi. Həmin qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu özü özlüyündə çox çətin prosesdi. Ancaq qrupa qədər irəliləyə bilsək, çalışacağıq ki, orada keçəndəfəki uğursuzluğu təkrarlamayaq, xallar qazanaq və mümkün olarsa, qrupdan çıxaq.

- Kubokun final matçının Naxçıvanda keçirilməsinə münasibətinizi bilmək maraqlı olardı. Atmosfer necə idi? Havanın isti olmasının futbolçulara bir təsiri oldumu?
- Naxçıvana gəlmək çox xoşdu. Bura mənim ata yurdumdu. Burada azarkeşlərin çox olmasını görmək sevindirici haldı. Meydançanın durumuna gəldikdə, Bakıda daha yaxşı ot örtüyü var idi. Finalı paytaxtda da keçirmək olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək və düşünülmüş şəkildə verilər. “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdı. Futbol azarkeşlər üçündü. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, stadion seçimində daha yaxşı düşünülər. Əlbəttə ki, Naxçıvanda yenə oyun keçirmək istərdik. Bununla bağlı heç bir problemimiz yoxdu. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar. Ancaq kubokun finalı çox vacib oyundu.

- Çempionluq və ölkə kuboku “Qəbələ” üçün sirli qutuya çevrilib. Böhran dönəmində klubların dağılma prosesinin sürətlənməsini nəzərə alsaq, sizdə ruh düşkünlüyü yaranırmı?
- Ruh düşkünlüyü yaranmır. Səhvlər özümüzdən asılıdısa, burada ruh düşkünlüyü yarana bilməz. Kənardan maneələr olarsa, bu, ruh düşkünlüyü yarada bilər. Klubların fəaliyyətini dayandırması yaxşı hal deyil. Buna görə də, istərdim ki, bunun qarşısının alınması üçün kənardan dəstəklər olsun. Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz. Kənardan dəstək çox yaxşı olar.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 05-05-2017 19:25


 
Xəbər lenti
17.10.2017

15:25   "Real" "Tottenhem"ə, "Beşiktaş" "Monako"ya qarşı - YENİLƏNİR

15:23   Məmmədov ÇL matçına təyinat aldı

15:14   “eTopaz”da günün canlı oyunları

15:06   “TOPAZ”DA BU GÜN

14:55   “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı

14:31   Qara Qarayev pula baxmadan gedəcək

14:24   Niyə məhz “Qarabağ”? - açıqlama

14:17   İsrafilovu da danışdırdılar: “Qarabağ”ı məğlub etmək asan deyil”

14:07   Qurban Qurbanov: “Xal qazanmağa çalışacağıq”

13:29   İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

12:25   Uğursuzluğa görə getdi

12:02   "Malmö"nün yubiley çempionluğu

11:04   Errera “Atletiko”nu qorxutdu

10:37   Prosineçki heç bir millidə işləmək istəmir

10:03   Emin üçün 90 dəqiqə və 3 xal

09:02   Premyer Liqanın məşhur klubu satışa çıxarıldı 

01:15   "Selta" səfərdə 5 qola sevindi - VİDEO

00:56   Son oyunda qalib müəyyənləşmədi - VİDEO

00:49   Super Liqada 8-ci tur başa çatdı

00:15   "Atletiko" Bakıda belə qarşılandı - FOTOLAR

00:01   Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

16.10.2017

23:06  “Trabzonspor” rəsmən açıqladı - Yanal qovuldu

22:43  “Atletiko” “Qarabağ” adlı təyyarə ilə gəldi - FOTO

22:02  “Ağsu” – “Xəzər” matçında 2 qol - VİDEO

21:55  Millimiz son oyundan qalib ayrıldı

20:43  “Hərbçilər” tək qolla qalib gəldilər - VİDEO

19:51  Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi - VİDEO

18:46  “Qaradağ Lökbatan” belə xal itirdi - VİDEO

17:44  Birinci Divizionda xal itirməyən komanda qalmadı

17:05  Öncə Qurbanov, sonra Simeone

16:50  BOS “Qarabağ” - “Atletiko” matçına hazırdı - FOTO

16:38  Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR

16:19  “Atletiko” Bakıya bu heyətlə gəlir

15:57  AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR

15:25  “eTopaz”da günün canlı oyunları

15:16  3-cü turun oyun cədvəli açıqlandı

15:10  “TOPAZ”DA BU GÜN

15:02  “Zirə”dən rekord

14:51  Premyer Liqada 300-cü qola üzüldü

14:40  Mövsümün ən böyük hesabı

14:38  “Atletiko” gəlir

14:31  Olimpiya stadionuna maşınlar buraxılacaq

13:56  10 illik fəaliyyətin “nəticə”si

13:42  “Qarabağ”ın oyununda fransız ədaləti

12:55  “Neftçi” onu görməyəcək

12:49  “Qarabağ”ın 400-cü qələbəsi

12:28  “Qarabağ”ın ispanları AS-a danışdı: “Stadion tam dola bilər”

12:21  Mədətovla “Atletiko”nun növbəti görüşü

12:16  Millimiz 23 pillə gerilədi

12:05  Pantiç yenidən Bakıda

11:57  Əliyar Ağayev “Real Sosyedad”ın oyununda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az