(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Şüvəlandakı startın Naxçıvandakı sonu

Şüvəlandakı startın Naxçıvandakı sonu

Avqustun 6-da Şüvəlanda start götürən mövsüm Azərbaycan kubokunun final matçı ilə  ölkənin digər başında – Naxçıvanda tarixin yaddaşına köçdü. Elə bu məqsədlə də oyun günü səhər tezdən bizi aparan hava gəmisi Bakıdan Muxtar Respubilkaya havalandı.

Yenə DSX?

Bu, Naxçıvana 2-ci səfərim idi. İlk dəfə 4 il öncə qədəm qoyanda olduğu kimi, bu dəfə də ilk diqqətimi çəkən Dövlət Sərhəd Xidmətinin əməkdaşı oldu. Xeyr, bu dəfə o, məni xidmət edəcəyim hərbi hissəyə aparmayacaqdı, sadəcə, vəzifə başında idi. Əvəzində bu dəfə Muxtar Repsubilkada mülki şəxs kimi daha azad idim. Düzdü, sıx qrafikə görə şəhəri tam gəzmək imkanımız olmasa da, ən azı Naxçıvana ilk dəfə hərbi maşının bortundan baxmayacaqdım.

Təqdimat mərasimi

İlk gedəcəyimiz məkan hər iki komandanın məskunlaşdığı “Duzdağ” otel oldu. Hansı ki, burada 1993-2003-cü illərdə ölkə prezidenti olmuş Heydər Əliyevin adına keçiriləcək xatirə turnirinin kubokunun təqdimetmə mərasimi keçiriləcəkdi. Nəinki wi-fi, heç öz telefonumuzun Mbyte-nın normal işləmədiyi oteldə çətinliklə də olsa, işimizin öhdəsindən gəlməyə çalışdıq. Jurnalistlər önünə çıxan PFL prezidenti Ramin Musayev və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov turnir və kubokla bağlı məlumat verdi. Həmişəki kimi, bu konfrans da Musayevin jurnalistlərlə etdiyi zarafatlarla yekunlaşdı. 

Asudə vaxt və Naxçıvanın Bakıdan üstün olan cəhətləri

Günorta yeməyindən sonra 1 saatlıq vaxtımızı şəhərin tarixi yerlərindən olan Möminə Xatun türbəsini ziyarət etməklə dəyrləndirdik. Memar Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən olan tikili şəhərinin mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədi. Abidənin ətrafindakı parkda isə sevgililər rahat şəkildə gəzişir, söhbətləşirdilər. Təbii ki, burada təəccüblü heç nə yoxdu. Sadəcə, Bakıda yayılan söz-söhbətlərdən insanlarda elə təəssürat yaranmışdı ki, sanki Muxtar Respubilkada komendant saatı hökm sürür. Ümumiyyətlə, Naxçıvanı Bakı ilə müqayisə etsək, görərik ki, bəzi məsələlərdə paytaxı üstələyir. İlk olaraq şəhərdə xaos yoxdu, hər şey səliqəli, yollar təmiz, tıxacsız, taksilərin hamısı standart... Söhbət standartdan düşmüşkən, hətta rastımıza çıxan qəbirstanlıqlardakı baş daşları da demək olar, eyni idi, heç bir təmtəraqlı, çardaqlı heykəl və ya büstlə bəzədilmiş məzar diqqət çəkmirdi. 

İmiclərini dəyişmiş polislər və günəş vannası

Saat 15:00-da artıq finalın keçiriləcəyi Naxçıvan şəhər stadionunda idik. Arenaya tez gəlməyimiz səbəbsiz deyildi. Qarşılaşmadan 1 saat əvvəl qalibə təqdim olunacaq kubok kimi finalın ayrılmaz bir hissəsinə çevirilən Röyanın ifasında konsert proqramı təşkil edilmişdi. Biz stadiona çatanda demək olar, tribunaların çox hissəsi dolmuşdu, bir çox qadın, qızın da yer aldığı tribunalarda 1 nəfər də olsun, polis əməkdaşı gözümüzə dəymədi. Daha doğrusu gözümüzə dəysə də, biz onların polis olduğunu bilmədik. Maraqlıdı ki, asayişi qorumalı olan əməkdaşlar bunu polis formasında deyil, kostyumda edirdilər. Deyəsən, bilmədiyimiz səbəblərdən “yuxarı”dan belə göstəriş gəlmişdi. Üstüaçıq tribunalarda yer alanların ən ciddi problemi isə hava ilə bağlı idi. Açıq havada əyləşənlər isə özlərini çətirlə qoruyurdu, çətiri olmayanlar da günəş vannası qəbul etməyə məcbur idi. 

Futbolçuların işi isə tamaşaçıların vəziyyətindən daha pis idi. Çünki onların nə çətiri var idi, nə kölgə tapıb, daldalanmağa yeri... 90, bəlkə də 120 dəqiqə ərzində topa və mövqeyə nəzarəti əldə saxlamağa çalışan oyunçular bunu günəş şüaları altında etməli idilər. 

“Qarabağ”ın uğuru və “Qəbələ”lilərin alqışları 

Amma onların bəxtindən oyun başlayandan bir neçə dəqiqə sonra buludlu hava futbolçuların çox əziyyət çəkməsinə imkan vermədi. Elə də əlverişli olmayan qazonda əziyyət çəkən isə oyunu izləyən tamaşaçılar oldu. Maraqsız keçən ilk yarıda qapılar qarşısında elə də çox təhlükəli vəziyyət yaranmadı. Söhbət azarkeşlərdən düşmüşkən, ömrümdə ilk dəfə idi ki, bu qədər adamın olduğu məkanın (12 800 tamaşaçı) belə səs-küysüz olduğunu görürdüm. Düzdü, ara-sıra Bakıdan gəlmiş və qapıarxasında yer alan fan-klublar nəsə etməyə çalışsa da, maraqsız oyun sanki onlara da təsir etmişdi. Yerli azarkeşlərin isə “Qarabağ”a simpatiyası daha çox idi. Çünki ağdamlıların rəqib qapısı önündə yaratdığı təhlükə vəziyyətlər onların reaksiyası ilə müşayiət olunurdu.



Fasilədən sonra isə “Qarabağ” daha istəkli başladı ki, bunun da məntiqi nəticəsi kimi 52-ci dəqiqədə Mahir Mədətov hesabı açdı. Bu qoldan sonra təşəbbüsü ələ alan nominal meydan sahibləri ard-arda bir neçə real qol şansını boşa verdi. Onların zərbəsi ya son anda dəqiq olmurdu, ya da Dimitri Bezotosnı buna imkan vermirdi. Bir-iki epziodda isə vurduğu qoldan həvəsə gələn Mədətov “xəsis”lik edərək əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə vermək əvəzinə topu özü qapıya göndərmək istədi. Hətta belə vəziyyətlərin birində təbiətcə sakit insan təsiri bağışlayan Muarem Muarem də əsəbləşərək ona kəskin etirazını bildirdi. Hesabı bərabərləşdirmək ümidi ilə irəli atılan “Qəbələ” isə hücumlarının sayını artırmağa başlamışdı ki... Ürfan Abbasov onların bütün ümidlərinin üstündən xətt çəkdi. Belə ki, “Qarabağ”lı Əfran İsmayılovun qapı önünə ötürməsindən sonra Abbasov heç kimin ona mane olmadığı epizodda topu öz qapısından keçirdi. Qoldan sonra isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da hamı kimi təəccüb və heyrət içində idi. Ukraynalı mütəxəssis əli ilə üzünü tutaraq sanki “ilahi, gör mən meydana kimi buraxmışam” demək istəyirdi. Matçın qalan dəqiqələrində isə elə həmin Abbasovun bu dəfə rəqib qapısı qarşısında fərqlənmək istəyini ağdamlıların əlcək sahibi İbrahim Şehiç gözündə qoyduğundan matç elə bu hesabla da yekunlaşdı. 

Tədbirin aparıcısının hər cümləsində 32 dəfə işlətdiyi sözlərdən biri olan “tiranların mübarizəsi”ni “Qarabağ” qazandı. Əvvəlcə “Qəbələ”, daha sonra isə “Qarabağ” medallarını aldı. Ağdamlılar kuboku qaldırdıqda isə ən çox diqqət çəkən məqam “Qəbələ”lilərin jesti oldu. Klubun mencerləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, futbolçular Nika Kvekveskiri, Dimitri Bezotosnı və daha bir neçə futbolçu centlmenlik edərək onları alqışladıqdan sonra meydançanı tərk etdilər. 

Qurbanla Rəşada böyük azarkeş marağı

Amma “Qəbələ”lilərdən fərqli, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov meydançanı tərk etməkdə çətinlik çəkdi. Bu isə xoş səbəbdən dolayı idi. Naxçıvanlı azarkeşlər Azərbaycanın son illərdəki ən uğurlu mütəxəssisindən əl çəkmək istəmirdi. Hamı bu fürsətdən istifadə edib Qurbanovla şəkil çəkdirməyə çalışırdı. Qurban bəydən fərqli, ağdamlıların kapitanı Rəşad Sadıqovun vəziyyəti isə daha “ağır” idi. Soyunub-geyinmə otağından komandanın avtobusuna kimi məsafə 10-15 metr olsa da, kapitan bu yolu bəlkə də 20 dəqiqəyə gedə bildi. Səbəb isə Rəşada olan böyük azarkeş marağı idi. Bəlkə də Sadıqov bu müddətdə 35 illik ömrü ərzində çəkdirdiyi şəkildən çox şəkil çəkdirdi. Hətta şəkli xoşuna gəlməyən bəzi azarkeşlər 2-3 dəqiqədən sonra qayıdıb Rəşadla yenidən şəkil çəkdirirdlər. Ən diqqət çəkən məqam isə azyaşlı bir uşağın Rəşada yaxınlaşdıqdan sonra onunla şəkil çəkdirməyib, sadəcə, üzündən öpməsi oldu. 





Naxçıvan Azərbaycan futbolunda təmsil edilməlidi

Bu qədər azarkeş marağı heç də səbəbsiz deyil. Çünki “Qarabağ”, “Qəbələ” kimi daim ölkəmizi avrokuboklarda təmsil edən komandaların oyunçularını naxçıvanlı azarkeşlər hər dəfə görmək şansı əldə edə bilmir. Ona görə də ən azı mövsümdə bir neçə dəfə bu komandaların Naxçıvana getməsi üçün bölgədə ortasəviyyəli bir komanda yaratmaq lazımdı. Yəqin ki, Muxtar Respubilkanın elitada bir klubu saxlamağa gücü çatar, yetər ki, istək olsun.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 06-05-2017 18:30


 
Xəbər lenti
16.12.2017

18:00   Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37   “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36   Fransa klubu baş məşqçisini qovdu

15:28   FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az