(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Elxan Məmmədovun Premyer Liqa monopoliyası

Elxan Məmmədovun Premyer Liqa monopoliyası

Ölkə futbolunun bir əldə cəmləşməsi istiqamətində daha bir addım atıldı. AFFA dünən qəbul etdiyi qərarla göstərdi ki, bu bazara kənar adam daxil ola bilməz - öz piştaxtaları, öz alverləri.

AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası və açıqladığı qərarlar sürpriz deyildi. Hər şey əvvəlcədən ölçülüb-bişilmişdi və hansısa təsadüfi komandanın Premyer Liqaya vəsiqə qazanması mümkün deyildi.

İllərdi çempionu elitaya vəsiqə qazanmayan I divizionun mənasız yarış olduğu növbəti dəfə isbatlandı. "Neftçala" kimi "Turan Tovuz" da hasarın o biri üzündə qaldı. Premyer Liqaya isə AFFA-nın özünün yaratdığı, maliyyələşdirdiyi "Səbail" gəldi. AFFA məmurları öz mənafeləri naminə 1 yaşlı kluba qucaq açıb, Azərbaycan futbolunun ənənələrinin ən qocaman daşıyıcılarından olan Tovuzu sıradan çıxardılar.

Bəhanə var - "Turan Tovuz" lisenziya tələblərini yerinə yetirə bilmədi. Razıyam. Bəs, o zaman nəyə görə illərdi dövlətin vəsaiti havaya sovrulur, AFFA bu klubu maliyyələşdirir? Nəticə olmayacaqdısa, bölgə futboluna qayğının göstəricisi olan pilləli inkişaf təmin edilməyəcəkdisə, bu mübarizənin mənası nə idi? Mövsüm boyunca lisenziya tələblərinin yerinə yetirilməsi üçün lazım olan iş görülməyibsə, işə nəzarət olunmayıbsa, buna da kimsə cavab verməlidi axı.

Tovuzlular tələbləri yerinə yetirməyib, bəs, "Səbail" bunu edibmi?

Hamı bilir ki, lisenziya tələbinin əsas müddəası maliyyəylə bağlıdı. Həmin maliyyə yoxdusa, ölkədə iqtisadi durum yaxşı deyilsə, bu, hamıya aid olmalıdı. Nəyə görə AFFA prezidentinin oğlunun klubu üçün bütün yollarda "yaşıl işıq" yanır, ölkənin futbol bulağının qaynadığı Tovuzda yox? Həmin maliyyəni qondarma bir klubdansa, "Turan"a yönəltmək düzgün olmazdımı? Bəlkə Bakı çempionatı təşkil etmək, klubları bir şəhər içində idarə etmək daha rahatdı?

Hamı Premyer Liqada 10 komandanın mübarizə aparacağına ümid edir, bölgə komandalarının sayının artacağını gözləyirdi. Zaqatala və Şəmkirdə də yerli camaat, futbol azarkeşləri xoş xəbərin veriləcəyi günü gözləyirdi. Lakin Lisenziya Komissiyası ssenariyə uyğun işlədi, bölgələrdə futbolun inkişafına rəvac verən yox, monopolistlərin işinə yarayan qərarı verdi. İndiki futbol hakimiyyətinə rayonlarda yetişən istedadlar lazım deyil - onlar Dağıstandan gətiriləcək milliləşənlərdən qazanılacaq milyonlara, qanunsuz biznesə mane ola bilərdi.

Xüsusilə "Şəmkir"lə bağlı durum müəmmadı. Açıqlanan qərardan aydın olur ki, bu klub heç lisenziya üçün müraciət etməyib. Deməli, qərblilərin mətbuata ötürdüyü informasiya blef imiş. "Şəmkir"in prezidenti Elvin Səfərli stadonun əsaslı təmiri ilə bağlı məlumat verərkən sadəcə, AFFA qarşısındakı xidmətlərinin qarşılığını umurmuş. Amma baş katib Elxan Məmmədov ondan müəyyən müddət istifadə etməklə kifayətləndi. Diviziondakı danışılmış oyunlarla bağlı bütün məlumatlar ondan alındı, 10-larla futbolçu cəzalandı, 2 klub yarışlardan qovuldu, əvəzində bu "təmizləmə"yə görə elitafa yer vəd edilən Səfərli aldadıldı.

Qərardan bir bənd: Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin - AZAL PFK, “Mil-Muğan” FK, MOİK PFK, “Turan Tovuz” PFK, “Qaradağ Lökbatan” FK, “Zaqatala” FK.

Səbəblər klubların özünə bildirilib və ictimaiyyət üçün məxfi saxlanılır - bu, anlaşılandı. Lakin mənə maraqlıdı, "Səbail" üçün də səbəblər tapmaq olmazdımı? Bu klubun uşaq komandaları yoxdu və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən "Vətən"in komandalarını qanadları altına alıblar. Yəni, bu çatışmazlıq hər yaş qrupunda güclü komandaları olan "Turan"ın problemlərindən daha kiçikdimi?

Qəribə vəziyyət yaranıb. İndi Premyer Liqada iştirak edəcək komandaların böyük əksəriyyəti bir ələ baxacaq. "İnter", "Kəpəz", "Sumqayıt", "Neftçi" və "Səbail" birbaşa AFFA xətti ilə maliyyələşəcək. Yalnız "Qarabağ", "Qəbələ" və "Zirə" müstəqil klublardı.

Nonsens isə başqadı. Bu insanların idarəetmə bacarığı son çempionatın turnir cədvəlində əksini tapdı. Belə ki, avrokuboklara bütün vəsiqələri AFFA-ya dəxli olmayan klublar qazandı, onlardan biri olan "İnter" sonradan monopolistlərin əlinə keçdi. Real mənzərə, iş bacarığı budur. Siz deyin: ölkə futbolunun taleyini belə işbilməzlərə tapşırmaq olarmı? Bu klubları maliyyə ilə təmin edən dövlət şirkətidi, bəs, dövlət rəhbərliyi niyə bunun hesabatını istəmir?

Mübariz Mənsimov, Hafiz Məmmədov, Nuru Əliyev və başqa iş adamları məhz indiki AFFA rəhbərliyi tərəfindən küsdürüldü, bunların özünün gördüyü iş isə göz qabağındadı. Qarşıdakı aylarda Gözəl ailəsi, Heydərovlar da incik salınacaq, ölkəmizin imicini şərəflə yüksəldən "Qarabağ"la "Qəbələ" də "Xəzər Lənkəran", "Bakı" və digər klublar kimi sıradan çıxarılacaq. Ondan sonra SOCAR-ın zavod çempionatı səviyyəsinə endiriləcək bir yarışda Elxan Məmmədovun qalstuklu ətrafı milyonlar dağıtmaq, öz ciblərini doldurmaqla məşğul olacaqlar.

Futbola qayğını heç vaxt əsirgəməyən, bu sahənin inkişafı üçün milyonlar ayıran, nəticə görməyən, aldadılan dövlət başbilənlərinin nəhayət, ayılacağına ümid edirik.

FƏRİD


 
tarix: 13-05-2017 10:00


 
Xəbər lenti
24.11.2017

03:00   Avroliqada bol qollu gecə - VİDEOLAR

02:20   Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın

23.11.2017

22:01  “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıyıq”

21:31  "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə

21:22  Şehiç ÇL-in ən yaxşısı, "Qarabağ" isə…

19:55  “Araz” darmadağınla qalib gəldi

18:23  Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu

18:09  Birinci Divizionda 11-ci turun hakim təyinatları

17:33  “Keşlə” “Neftçi”yə qalib gəldi

17:15  Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün

16:56  “Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu

16:35  İbrahimoviç ÇL-in tarixinə düşdü

16:18  “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik”

15:24  Daha bir milli komandada baş məşqçi istefası

14:58  Millimiz FİFA reytinqində yenə gerilədi

14:38  “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət

14:05  “Qəbələ”dən 22:0 hesablı qələbə

13:53  “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

13:36  Avropa çempionatının biletləri satışa çıxarıldı

13:05  Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”

12:54  “Qarabağ” həqiqəti və futbol həqiqəti

12:24  Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir”

12:09  ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı

11:44  “eTopaz”da günün canlı oyunları

11:35  “TOPAZ”DA BU GÜN

11:27  “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu

11:19  “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu

11:02  “Qarabağ” son ev matçında belə məğlub oldu - FOTOLAR

02:35  ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18  Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55  “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32  Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az