(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA-nın yeni tərəfdaşı: bahalı anlaşmanın səbəbləri

AFFA-nın yeni tərəfdaşı: bahalı anlaşmanın səbəbləri

AFFA yeni müqaviləyə hazırlaşır. Qurum milli komandalarımızı geyindirmək üçün "Nike" ilə anlaşma ərəfəsindədi. "Futbolinfo"nun əldə etdiyi məlumata görə, artıq bu geyim firması ilə danışıqlar yekunlaşıb və bütün milli komandalarımız tezliklə "Nike" geyinəcək.

Ölkədəki ağır iqtisadi durumu, maliyyə çatışmazlığını nəzərə alsaq, AFFA-nın birdən-birə dünyanın ən məşhur geyim şirkətlərindən biri ilə əməkdaşlığı müəmmadı. Daha ucuz variantlar varkən, futbolçularımızın brend məhsullar geyməsi bu qədərmi vacibdi? İndiyə qədər əməkdaşlıq edilənlərdən qəfil imtinanın səbəbi nədir?

Kiçik araşdırmadan sonra əsl səbəbi tapa bildik. Məlum oldu ki, futboldan şəxsi biznesi üçüm yararlanan AFFA rəhbərliyi, xüsusilə də baş katib Elxan Məmmədov geyim bazarını da bir əldə cəmləşdirir. Yeni mövsümdən bütün milli komandalarımız, həmçinin AFFA-dan maliyyələşən Premyer Liqa klubları - "İnter", "Neftçi", "Sumqayıt", "Kəpəz" və "Səbail" eyni firmaya müraciət edəcək. Təbii ki, say çoxluğu müəyyən endirimə və güzəştlərə səbəb olacaq. Lakin bu güzəştlərin kimsəyə xeyri olmayacaq. Büdcədən saya uyğun maliyyə ayrılacaq, endirimlər isə bir qrup insanın mənafeyinə xidmət edəcək.

Bəs, niyə "Nike"? Çünki brend mallar daha qiymətli olur və ondan daha çox qazanmaq imkanı yaranır. AFFA-nın xərclərinin artması, dövlət büdcəsinin talanması heç kimin vecinə deyil, təki öz cibləri dolsun.

Maraqlıdı ki, bu, monopolistlərin ilk belə cəhdi deyil. AFFA-nın balansında olan stadionlara qulluq göstərən "Agrosport"dan eyni məqsəd üçün istifadə olunur. "Qarabağ", "Qəbələ" kimi klublar hər hansı meydanın saxlanılması üçün illik 10-15 min manat sərf edirsə, "Agrosport" "Dalğa Arena"nın, "Bakcell Arena"nın təkcə qazonunun yaşıl qalması üçün 180-200 min manat vəsait alır, Olimpiya stadionunda bu məbləğ daha yüksək hesablanır.

Bunda əsas məqsəd məhz şəxsi qazancın artırılmasıdı. AFFA-nı idarə edənlər tender elan etmir, onlara bağlı olmayan şirkətləri yaxına buraxmır, belədə saxta "ən yaxşı" adı ilə ən bahalı xidmətlərdən faydalanırlar. Bu, təkcə geyim və ya qazon biznesində deyil, digər xidmətlərdə də belədi.

"Nike" ilə əməkdaşlıq da buna hesablanıb. AFFA-nın faktiki rəhbərliyi şəxsi biznesini zənginləşdirməkdən doymur və hər gün özləri üçün yeni imkanlar yaradırlar. "Obyekt" özlərinin, vasitəçilər özlərinin - dövlətin pulu dağıdılsa da olar...


 
tarix: 13-05-2017 12:00


 
Xəbər lenti
22.06.2018

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az