(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Lisenziya oyunu: Klubları artıq xərclərdən necə xilas etmək olar?

Lisenziya oyunu: Klubları artıq xərclərdən necə xilas etmək olar?

Topaz Premyer Liqasında yeni mövsüm də 8 komandanın iştirakı ilə baş tutacaq. AFFA Lisenziya Komitəsi qərarını verdi və ciddi dəyişiklik gözlənilmir. Narazıların real addım atmaq şansı olmadığından say dəyişikliyinə ümid etmək yersizdi. Ona görə də hətta apellyasiya şikayəti verilməsi də inandırıcı deyil.

Təbii ki, əsas problem maliyyə ilə bağlıdı. Çempion “Turan Tovuz”un da, “Zaqatala” və “Şəmkir” kimi digər əyalət klublarının da kənarda qalması birbaşa maddi çətinliklər üzündən reallaşdı.

Topaz Premyer Liqasında mübarizə aparmaq üçün illik 6-8 yüz min manat yetərlidi. 1-1,5 milyon manatla “Kəpəz” kimi döyüşkən komanda da yaratmaq olar, 300 minlə AZAL kimi mövsümü yola verən də. Lakin fakt budur ki, səviyyəli çempionat üçün güclü komandalar lazımdı və büdcəsi 5-10 milyon manat aralığında dəyişən “Qarabağ”la “Qəbələ”yə layiqli rəqib olmaq üçün AZAL səviyyəli kollektivlər yetərsizdi. Düzdü, “Neftçi” kimi 8 milyonla 8 komanda arasında 7-ci olmaq perspektivi də var. Amma biz normal işdən danışırıqsa, paytaxt klubunu unutmalıyıq.

Premyer Liqa üçün bəlli standartlar və tələblər var. AFFA Lisenziyalaşdırma Qrupu müəyyən kriteriyalar hazırlayıb, İcraiyyə Komitəsində təsdiq edilib və hamı bu qanunların əsiridi. Lakin 3 ildi divizionda çempion olan komanda elitaya yüksələ bilmirsə, deməli, yolunda getməyən nələrsə var. “Neftçala”nın, “Turan Tovuz”un aqibəti bu məsələyə yenidən diqqət yetirməyin vacibliyini diqtə edir.

Lisenziya şərtlərini, onun vacib müddəalarını bir-bir incələmək olar, lakin reallıqdı ki, hər şey gəlib maliyyəyə dayanacaq. Ona görə də xırdalığa varmadan pul məsələsini saf-çürük etmək, klubların xərclərini maksimum şəkildə azaltmaq lazımdı. O zaman klublar hətta yarım milyon manatla da yaşaya, mübarizə apara bilərlər. Prioritet kimi əsas komandaların saxlanılması seçilsə, xərclər əsasən bu istiqamətə yönəldilsə, 14-16 komandalı yarış da keçirmək mümkündü.

Pis-yaxşı bütün klubların infrastrukturu var, hətta olmayanlar da bir dəfə 300-400 min manat xərcləməklə bütün problemlərini həll edə bilərlər. Tovuzda, Zaqatalada, Şəmkirdə, Ağsuda bu qədər vəsait hesabına Premyer Liqa oyunlarını qəbul edəcək arenaları ərsəyə gətirmək olar.

Bəs, klubların xərclərini necə azaltmaq olar? Çox məqama diqqət yetirmək mümkündü, amma biz yalnız birindən bəhs edəcəyik və özünüz də şahid olacaqsız ki, klublar üçün artıq yükə çevrilən yarım milyonluq xərcdən qurtulmaqla normal iş görmək mümkündü.

(davamı olacaq)

VÜSAL MAHMUDOV


 
tarix: 16-05-2017 14:30


 
Xəbər lenti
29.06.2017

13:10   "Zirə” daha bir futbolçu sifariş etdi

13:00   "Qarabağ" - "Dinamo" - 0:1 - VİDEO

12:50   “Qarabağ”ın rəqibi daha iki futbolçu aldı

12:40   “Mladost”un futbolçusu ilk oyundan ancaq qələbə gözləyir

12:31   "Qarabağ" “CBC Sport”u istəmədi

12:20   Almaniya Meksika ilə üz-üzə - YENİLƏNİR

12:19   AFFA yenidən pul dalınca qaçan məşqçiyə qucaq açdı

12:10   Avropa Liqasında yeni mövsüm başlayır - YENİLƏNİR

12:00   "Qarabağ" ÇL-də çıxış edəcək komanda təsiri bağışlamadı"

11:45   "İnter" Serbiyada çətin sınaq qarşısında - YENİLƏNİR

11:30   Portuqaliyadan Fransa klubuna

11:30   “Mladost”un baş məşqçisi: "Bu yol bizi uğura aparır"

11:15   "Zirə" avrokuboklarda debüt matçına çıxır - YENİLƏNİR

11:00   “TOPAZ”DA BU GÜN

10:42   "Qalatasaray"ın yeni transferi İstanbulda - FOTO

10:30   Bundesliqa klubunda yeni hücumçu

10:12   "İnter" "Mladost"la matça tam hazırdı - FOTOLAR

10:02   “Kəpəz”in yeni legionerləri Bakıya gəlməyəcək

09:51   "Qarabağ" - "Samtredia" matçı canlı yayımda

09:47   "Sampdoriya"nı "Sportinq"ə dəyişdi

09:30   "Malaqa" fransız müdafiəçi aldı

09:12   Paytaxt klubunda yeni müdafiəçi

09:01   “Neftçi”: əvvəl “Şalke”, ardınca “Əl Səəd”

01:00   ÇL-də növbəti qələbə "Linfild"dən gəldi

00:50   Portuqaliya Çiliyə belə uduzdu - VİDEO

00:40   İlk finalçı Çili oldu

00:20   Millimizin üzvü oynadı, 9 qola sevindi

00:10   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

28.06.2017

22:30  Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”

22:00  “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO

21:40  Azarkeşləri "Zirə"ni tək qoymadı - FOTOLAR

21:30  “Differdanj”ın büdcəsi 1 milyon 300 min avrodu”

21:20  Karzaniqa: "Belə havada oynamağa öyrəşmişik"

21:10  "Debüt mövsümümüzü uğurlu keçirməyə çalışacağıq"

21:00  "Mladost" - "İnter" oyunu da CBC Sport-da!

20:30  "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi

20:00  "Qəbələ"nin yeni transferi - VİDEO

19:00  Endryu Hallidey rəsmən “Qəbələ”də!

18:00  "Differdanj"ın futbolçuları Bakıya gəlmək üçün iş yerlərindən icazə alıblar

17:40  "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq

17:20  Rəfiyevin sayəsində yağmalanan SOCAR

16:40  "Dinamo"nun saytı "Qarabağ"dan yazdı

16:20  Millimizin sabiq üzvünün yeni klubu məlum oldu

16:00  "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO

15:40  "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək

15:20  Dani Alveş “Yuventus”la vidalaşdı

15:00  "Qəbələ" Zalsburq toplanışına start verdi

14:40  ÇL-in 30 oyunu canlı yayımla "Facebook"da!

14:20  Andreas Bek: "Beşiktaş"ı tərk etmək niyyətim yoxdu"

14:00  "Zirə"nin oyununa 4 min bilet satılıb

13:40  Paşayevin "Neftçi"yə gələcəyinə dair ehtimallar artdı

13:20  "Zirə"yə nəzirə 

13:00  “Ronaldonun bizə acıqlı olduğunu bilirəm”

12:40  “TOPAZ”DA BU GÜN

12:20  "İnter"dən "Sevilya"ya

12:00  Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək

11:00  "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı

10:30  Fransa klubunda baş məşqçi dəyişikliyi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az