(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
“Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdı”

“Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdı”

“Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyev klub saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Orxan Əliyevlə ilkin razılıq əldə olunsa da, bu futbolçunun da “Kəpəz”dən gedişi mümkündü?
- Açıq deyim ki, bizim bu futbolçu ilə müəyyən fikir ayrılıqlarımız var. Orxan bizə “ola bilsin xaricdən təklifim oldu” deyə bildirib. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdır və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Bizə nə qədər lazımlı futbolçu kimi müqaviləsi olsa belə onun xaricə yollanmasına şərait yaradacağıq. Oyunçumuzun əcnəbi klublarda oynaması futbolumuzun inkişafına xidmət edir. Biz yalnız “Kəpəz” üçün yox, həm də ölkə futbolunun inkişafına çalışırıq. Hazırda Orxan İslamiadada çıxış edən yığmanın heyətindədir. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən ona fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də halallıq verib ayrıldıq. Orxanın “Kəpəz”ə çox xeyri dəyib. Öncədən də dediyim kimi onu MOİK-dən dəvət edəndə ağır əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul idi, əziyyət çəkirdi. Əliyevin potensialını bilirdim və bu səbəbdən də komandaya götürmüşdüm. İndi əgər o, inkişafını xarici və ya iddialı yerli klubda görürsə, buna mane ola bilmərik. Fikrinə hörmətlə yanaşırıq, uğurlar arzulayırıq. Belə futbolçunun itirmək məşqçi üçün çətindir. Sistemdə olan oyunçunu başqası ilə əvəz etmək vaxt aparacaq. Amma biz buna hazırıq. Rəhbərliyə də Orxanın qərarı ilə bağlı məlumat verib bildirdim ki, o, seçim edə bilmir. Biz isə transferdə tələsməliyik. Çox istəyirəm ki, Orxan böyük futbolçu olsun.
 
- Dario Frederiko, Nicat Qurbanov, Orxan Əliyev. Adını çəkdiyim hər üç futbolçu cinah oyunçusudur və artıq komandanı tərk ediblər. Onların gedişi ilə “Kəpəz” qanadı qırılmış quşa bənzəyir. Yəqin ki, sizin ehtiyat planınız var.
- Ölkədə olmadığım müddətdə hər gün komanda haqda düşündüm. Problem varsa, deməli, daha çox səylə işləməliyik. Büdcənin azlığına və futbolçulara böyük pullar təklif edə bilməməyimizə baxmayaraq bizim futbol fəlsəfəmiz və sistemimiz var. Komandanın oyununda sürətli cinah hücumlarına üstünlük veririk, bunun üzərində həmişə çalışırıq. Odur ki, belə futbolçuların hamısını birdən-birə getməsi acınacaqlı durum yaradıb. Amma bunun üzərində iş gedir. Yerli futbolçu transferi üzərində çalışırıq. Bu işlər tamamlanandan sonra çatışmazlıqlar olarsa, üzümüzü legionerlərə çevirəcəyik. Deyim ki, artıq bu yöndə də gərgin işlər davam edir. Buna böyük paralar lazım olsa da, biz az pulla keyfiyyətli iş görməyə çalışacağıq. Necə ki, Dario kimi futbolçunun parlamasına kömək etdik. Eləcə də futbolu başa vurmağa hazırlaşan Juninyonu yenidən önə çıxartdıq. Belə futbolçular hələ bizdə çox olacaq. Bu ayın 20-nə kimi yerli oyunçu bazarlığını yekunlaşdırıb, legionerlərlə məşğul olacağıq. Əcnəbilərdən kimin qalıb, kimin getməsi istiqamətində işlər indi də gedir. Bütün bunlar məlum olandan sonra hansı mövqeyə futbolçu lazım olsa, fikrimizi bu tərəfə yönəldəcəyik. Son mövsümdə heyətimizdə beş legioner olub, onların getməsi və qalması haqda çox şeylər yazırlar. Amma qərarı baş məşqçi verəcək.   
          
- Büdcənin azlığına baxmayaraq “Kəpəz” transfer dövrünün ən fəal komandalarından sayılır. Son mövsümdə komandanın heyətində olmuş futbolçularla danışıqlarla paralel digər komandalardan dörd oyunçu da kluba cəlb olunub. Onlardan üçü gəncdir. Gənclərlə işləməyi sevən mütəxəsssis kimi düşünürük ki, bu futbolçuların potensialına inanaraq komandaya cəlb etmisiz.
- Onlar ayrı-ayrı yaş qrupları üzrə millilərin üzvləri olublar. Hansısa bir səbəbdən oyunlarında axsama baş verib. Lakin mən onları sistemimdə görürəm. Mənə elə gəlir ki, bir ildən sonra azarkeşlərimiz, futbol ictimaiyyəti onlar haqda ancaq xoş sözlər danışacaq. Bu yaxınlarda mənə “sizin bu transferlərdən xəbəriniz yoxdur, bu futbolçuları rəhbərlik götürüb” deyə sual verdilər. “Kəpəz”də hərə öz işi ilə məşğuldur. Bu gün heyətə oyunçuların dəvəti və göndərilməsində qərar baş məşqçiyə məxsusdur. Gələnlər və gedənlər haqda rəhbərliyə yalnız raport verirəm və orada atdığım addımlar izah olunur. Mənə yaradılan şəraitə, sərbəstliyə görə rəhbərliyə təşəkkür edirəm. Komandada transferə görə söz sahibi baş məşqçidir. Məşqçi çox şey istəyə bilər. Futbolçu dəvət edəndə büdcəmizə uyğun hərəkət edirik. “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”dən futbolçu istəyə bilərəm. Amma buna gücümüz catacaq sualını verib düşünməliyəm. Kimi gəldi götürmək də düzgün deyil. Yeni götürdüyümüz gənclərə inanıram, potensialları var və onların inkişafına, yenidən milliyə cəlb olunmasına səy göstərəcəyik. Limit məsələsi də var, bunu unutmaq olmaz. Qarşıdakı mövsüm üçün gəncəli gənclərdən heyətə oyunçu götürəcəyik. Onlardan yəqin ki, dördünü əsas komanda ilə birlikdə təlim-məşq toplanışına aparacağıq. Hansı özünü yaxşı tərəfdən göstərəcəksə, komandada qalacaq. Hamısı da qala bilər, ikisi də. Həmin oyunçular birdəfəlik əsas komandada olacaqlar. Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdı, biz onlara dəstək olacağıq.
 
- Yenilərdən biri də Tural Cəlilovdur. Onun haqda nə deyə bilərsiz?
- Cəlilovu müdafiədəki problemləri həll etmək üçün heyətə cəlb etmişik, təcrübəli oyunçudur. Ona da inanırıq. Onu da deyim ki, daha iki oyunçu ilə danışıqlar aparırıq. Qısa vaxtda işləri yekunlaşdırmalıyıq. Boş mövqelər üzrə legionerləri nəzərdən keçirəcəyik. Çalışacağıq ki, azərbaycanlı gənc futbolçularımız təcrübəli legionerlərdən də nəsə öyrənsinlər. Daha çox yerli oyunçulara diqqətimizi yönəldəcəyik.
 
- AFFA-nın hesabına Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü dəyişdirilir. Bəzi rəqiblərimiz “Kəpəz”in evdə uğurlu çıxış etməsini məhz qazonun bərbad olması ilə bağlayırdılar. Halbuki rəqiblər kimi futbolçularımız da yalnız son məşqə bu meydançada çıxırdı. Texnikalı futbola üstünlük verən komanda olduğumuzdan çox güman ki, ot örtüyünün dəyişdirilməsi oyunumuza daha da yaxşı təsir edəcək. Siz nə düşünürsüz?
- Onların iki il ərzində meydançadan şikayətlənməsi mətbuatı zəbt edən mövzu olub. Maraqlıdır ki, topla oynamağı daha çox sevən, texnikalı oyuna üstünlük verən “Qarabağ” yeganə klub olaraq heç vaxt meydançadan şikayətlənmədi. Ən pis hallarda belə çıxıb öz oyunlarını oynayıblar. Uğurları da olub, uğursuzluqları da. Amma heç vaxt bunu meydan amili ilə bağlamayıblar. Bizim ön xətdə oynayan futbolçularımız, legionerlərimiz də topla oynamağı sevən oyunçulardır. Belə meydançada yaratmaq çətindir, dağıtmaq asan. Odur ki, meydança bizə çətinlik törədib. Mart ayından başlayaraq bizim ev oyunlarımızın nəticələrinə nəzər salın. Yazda hava ilə bağlı qazonun durumu düzəldikcə uğurlu seriyamıza başlamışıq. Yəni demək istəyirəm ki, meydançanın vəziyyətinin yaxşı olması əksinə, bizə lap yaxşı təsir edir. Şükür, indi meydançamız düzələcək. Buna görə AFFA rəhbərliyinə, prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova futbol mütəxəssisi olaraq komandamız adından təşəkkür edirəm. Bu, bizim üçün sürpriz hədiyyə oldu, diqqətə görə minnətdarıq. Yeni mövsümdə yəqin ki, komandalar meydançadan yox, oyunun keyfiyyətindən danışacaqlar.
 
- Füzuli Allahverdiyevin gedişindən sonra məşqçilər korpusunda bir yer boş qalıb. Özünüzə yeni köməkçi götürəcəksiz?
- Bunu rəhbərliklə müzakirə edəcəyik. Bizə “Kəpəz”in uğurları üçün çalışacaq, komandaya yardımçı olacaq məşqçi lazımdır. Eyni zamanda, həmin mütəxəssisin uyğun kateqoriyası olmalıdır. Mayın 20-nə kimi bu məsələyə də aydınlıq gələcək.  


 
tarix: 16-05-2017 17:05


 
Xəbər lenti
29.06.2017

13:00   "Qarabağ" - "Dinamo" - 0:1 - VİDEO

12:50   “Qarabağ”ın rəqibi daha iki futbolçu aldı

12:40   “Mladost”un futbolçusu ilk oyundan ancaq qələbə gözləyir

12:31   "Qarabağ" “CBC Sport”u istəmədi

12:20   Almaniya Meksika ilə üz-üzə - YENİLƏNİR

12:19   AFFA yenidən pul dalınca qaçan məşqçiyə qucaq açdı

12:10   Avropa Liqasında yeni mövsüm başlayır - YENİLƏNİR

12:00   "Qarabağ" ÇL-də çıxış edəcək komanda təsiri bağışlamadı"

11:45   "İnter" Serbiyada çətin sınaq qarşısında - YENİLƏNİR

11:30   Portuqaliyadan Fransa klubuna

11:30   “Mladost”un baş məşqçisi: "Bu yol bizi uğura aparır"

11:15   "Zirə" avrokuboklarda debüt matçına çıxır - YENİLƏNİR

11:00   “TOPAZ”DA BU GÜN

10:42   "Qalatasaray"ın yeni transferi İstanbulda - FOTO

10:30   Bundesliqa klubunda yeni hücumçu

10:12   "İnter" "Mladost"la matça tam hazırdı - FOTOLAR

10:02   “Kəpəz”in yeni legionerləri Bakıya gəlməyəcək

09:51   "Qarabağ" - "Samtredia" matçı canlı yayımda

09:47   "Sampdoriya"nı "Sportinq"ə dəyişdi

09:30   "Malaqa" fransız müdafiəçi aldı

09:12   Paytaxt klubunda yeni müdafiəçi

09:01   “Neftçi”: əvvəl “Şalke”, ardınca “Əl Səəd”

01:00   ÇL-də növbəti qələbə "Linfild"dən gəldi

00:50   Portuqaliya Çiliyə belə uduzdu - VİDEO

00:40   İlk finalçı Çili oldu

00:20   Millimizin üzvü oynadı, 9 qola sevindi

00:10   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

28.06.2017

22:30  Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”

22:00  “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO

21:40  Azarkeşləri "Zirə"ni tək qoymadı - FOTOLAR

21:30  “Differdanj”ın büdcəsi 1 milyon 300 min avrodu”

21:20  Karzaniqa: "Belə havada oynamağa öyrəşmişik"

21:10  "Debüt mövsümümüzü uğurlu keçirməyə çalışacağıq"

21:00  "Mladost" - "İnter" oyunu da CBC Sport-da!

20:30  "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi

20:00  "Qəbələ"nin yeni transferi - VİDEO

19:00  Endryu Hallidey rəsmən “Qəbələ”də!

18:00  "Differdanj"ın futbolçuları Bakıya gəlmək üçün iş yerlərindən icazə alıblar

17:40  "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq

17:20  Rəfiyevin sayəsində yağmalanan SOCAR

16:40  "Dinamo"nun saytı "Qarabağ"dan yazdı

16:20  Millimizin sabiq üzvünün yeni klubu məlum oldu

16:00  "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO

15:40  "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək

15:20  Dani Alveş “Yuventus”la vidalaşdı

15:00  "Qəbələ" Zalsburq toplanışına start verdi

14:40  ÇL-in 30 oyunu canlı yayımla "Facebook"da!

14:20  Andreas Bek: "Beşiktaş"ı tərk etmək niyyətim yoxdu"

14:00  "Zirə"nin oyununa 4 min bilet satılıb

13:40  Paşayevin "Neftçi"yə gələcəyinə dair ehtimallar artdı

13:20  "Zirə"yə nəzirə 

13:00  “Ronaldonun bizə acıqlı olduğunu bilirəm”

12:40  “TOPAZ”DA BU GÜN

12:20  "İnter"dən "Sevilya"ya

12:00  Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək

11:00  "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı

10:30  Fransa klubunda baş məşqçi dəyişikliyi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az