(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
Lisenziya oyunu: Divizion klubları üçün əsas maneə

Lisenziya oyunu: Divizion klubları üçün əsas maneə

AFFA-nın klublardan vacib bir tələbi var. Bir bəndə sığışdırılmış bu tələb ilk baxışdan məqsədyönlü işə hesablanmış, inkişafa yönəlik tələb kimi görünür. Əslində isə milyonlar dağıdılır, nəticənin isə olmayacağını bəri başdan görmək mümkündü. Çünki Marsa qatarla getmək mümkün deyil.
 
AFFA klublardan tələb edir ki, əsas komandadan əlavə, daha 9 kollektiv saxlasın. Yəni ki, hər bir lisenziya iddiaçısı U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 liqasında iştirak edən kollektivlərə, üstəlik, əvəzedici komandaya malik olmalıdı. Yalnız bu halda Topaz Premyer Liqasında iştirak mümkündü.
 
İndi gəlin, bu komandaların xərclərini hesablayaq. U-15, U-16, U-17, U-19 liqalarının hər birində mövsüm ərzində ortahesabla 12 klub iştirak edib. Bu, 11 səfər oyunu deməkdi. Hər səfərə orta hesabla 300 manat yolxərci, bir o qədər qidalanma pulu hesablayaq. 600 manatı 11 oyuna vuranda təqribən 7000 manat xərc tələb olunur. Bu xərcləri 4 liqa üçün hesablayanda görərik ki, 28 min manat təkcə mövsüm ərzindəki səfər xərcləri edir. Ev oyunlarını da üzərinə gəlsək, təkcə oyunlar üçün 30-35 min manat tələb olunur.
 
Digər liqalarda oyunlar regionlar üzrə keçirildiyindən və müəyyən xərcləri AFFA qarşıladığından ümumi məbləğ 50 min manatı keçmir. Lakin əvəzedicilərdə xərclər bir az artıqdı – hər səfərə təqribən 1000 manat sərf olunur, komandalar ümumilikdə 30 min vəsaiti gözdən çıxarır. Amma onu da nəzərə alaq ki, “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi komandalarda bu xərclər 200-300 min manatdan az deyil.
 
Beləliklə,yalnız oyunlar üçün 80 min manat sərf olundu. Amma futbol yalnız matçdan ibarət deyil. Komandalar oyuna çıxmaq üçün azı gündəlik 1 məşq etməlidi. Hər oyunqabağı 5 gün məşqdən hesablasaq, komandalar ildə azı 100 məşqə çıxmalıdı. 10 komanda beləcə 1000 dəfə məşq etməlidi və hər dəfə icarə haqqı ödəməlidi (öz stadionu olanlar da qazonun saxlanılması üçün eyni xərcə düşür – red.). Hətta həvəskar səviyyədə hesablasaq, bir məşq üçün minimum 50 manat ödəmək lazım gəlir. 80 + 50 = 130.
 
Ancaq bu, hələ minimal qiymətlərlə hesablamalardı. “Dalğa Arena”da və İdman Akademiyasının meydanında “Kəpəz”in əsas komandası bir məşqə 1000 manat ödəyir, “Bayıl Arena”da divizion komandalarının məşqi bunun yarısına başa gəlir, “Bakılı” da “İnter Arena”nın 4-cü meydançası üçün 300 manat ödəyir. Deməli, uşaq komandaları üçün 50 manat hesablamağımız insafsızlıq deyil, əksinə, çox az hesablamışıq.
 
Xərclər bununla bitmir. İnventarlara, geyimlərə də təqribən 20 min manat ödəniş edilir. Beləcə 200 min manatı “xərclədik”. Məşqçi, futbolçu, texniki və inzibati heyət üçün hər komandaya aylıq 5 min manat hesablayaq. Düzdü, aşağı yaşlarda ümumiyyətlə, maaş almayanlar var, ancaq “Qarabağ”ın əvəzedici heyətində təkbaşına bu qədər qazanan Vüqar Nadirovu da unutmayaq. Ona görə də biz orta rəqəm kimi bu rəqəmi götürmüşük. Və bu məbləğ illik 50 min manata bərabər olur. 10 komandanı götürsək, təqribən yarım milyondan danışmalıyıq. Yenə də ixtisarlar aparıb, Azərbaycan reallıqlarını nəzərə alsaq, heç olmasa, 300 minlik əməkhaqqı büdcəsindən danışmalıyıq. Belədə yuxarıda qeyd etdiyimiz xərcləri də bura əlavə edərək, klubların uşaq komandalarına görə 500 min manat xərcə düşdüyünü qeyd etməliyik.
 
Təsəvvür edirsizmi, klubların uşaq komandalarına sərf etdiyi vəsaitin yarısına “Turan Tovuz” divizionda çempion oldu. Deməli, bu pula aşağı dəstədə 2 komanda saxlamaq olar. İndi özünüz fikirləşin: 250-300 manatla divizionda oynayan “Turan Tovuz”, “Zaqatala” və ya “Şəmkir” elitaya gələn kimi rəqiblərlə ayaqlaşmaq üçün büdcəsini ən azı 2 dəfə artırmalıdı. Bu azmış kimi, yarım milyon manat da uşaq futbolunun problemlərini həll etmək üçün gərəkdi.
 
İndi isə həqiqəti açıqlayaq. Əslində, bütün bunlar lisenziya saxtakarlığıdı və yalnız Azərbaycan kimi 1-2 ölkədə keçərlidi. Bu tələblər çempionatı idarə etmək, futbol biznesinə kənar adamları, futbolu sevən biznesmenləri buraxmamaq üçündü. AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın digər rəhbərlərini də, dövlət başbilənlərini də aldadaraq oyun oynayır. Bununla o, yalnız özündən asılı klubların yarışlara buraxılmasını təmin edir, bölgələrdə futbolun inkişafına tüpürür, sahibkarların maraqlarına əhəmiyyət vermir. Ona fəaliyyətindən pul qazandığı “Sumqayıt”, “Neftçi”, “Səbail”, “İnter”, “Kəpəz” kimi klublar lazımdı.
 
Baş katibin imkanı olsa, himayədarından ehtiyat etməsə, “Zirə”ni də AZAL-ın, “Bakı”nın, “Xəzər Lənkəran”ın arxasınca yola salar,  avrokuboklarda uğurları olmasa, “Qarabağ”la “Qəbələ”ni də sıradan çıxarardı. Necə ki, “Qəbələ”nin prezidenti Tale Heydərov ölkə kubokunun finalından sonra belə əngəllərdən bezdiyinin ilk siqnallarını müsahibəsində verdi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 16-05-2017 19:03


 
Xəbər lenti
25.05.2017

14:02   38 milyon avro mükafat

13:32   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

13:01   “Neftçi”nin futbolçusu Sançeslə bir siyahıda

12:50   “Şəmkir”in prezidentini ifşa etdilər

12:22   AFFA-dan yarım milyonluq mükafat

12:01   Morata “Milan”da?

11:51   Ronaldo həbs oluna bilər

11:31   İbrahimoviçə ilginc təklif

11:01   Dəniz Yılmaza daha bir müştəri

10:42   Elnur Cəfərov lazım olmadı

10:34   Mourinyodan yeni rekordlar

10:21   “Futbol vecimə deyil”

10:14   “Darıxdırıcı final oldu”

00:49   Kubok İngiltərəyə, "Mançester Yunayted" Çempionlar Liqasına - YENİLƏNİB

24.05.2017

22:19  "Portu"nun yeni baş məşqçisi bəllidi

22:09  "Çelsi" çempionluq paradını təxirə saldı

21:27  Valdes müqaviləsini pozdu

20:52  19 yaşlı futbolçuya 37 illik cəza

20:47  Yaşar Vahabzadə: “Ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir”

18:34  Emin Cəfərquliyev də “Sumqayıt”da?

18:26  Emin Mahmudov “Boavişta”da qaldı

18:12  Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələdi

16:29  Vüqar Mustafayev “Zirə”də qaldı

15:10  “Danışıq apardığımız legionerlər arasında italiyalı yoxdu”

15:04  Miçel “Qarabağ”dan ayrılır – Pula görə

14:58  “Barsa” “Malaqa”ya rüşvət təklif edibmiş

14:49  Mahir Mədətov – Röyanın canı

14:43  Tərlan Əhmədov: “Futbolçuların əməkhaqqlarını dostlarım verirdi”

14:21  “Qəbələ” təkzib etdi: “Yalandı”

14:10  Rəşad Sadiqov üçün seçim anı

14:00  Kvekveskiri pulu seçdi

12:41  “Qəbələ” üçün havayı argentinalı

12:38  “İnter” qardaşları yola saldı

12:28  Qabıq dəyişən “Sumqayıt” nə vəd edir?

12:04  Nazarov hara gedir?

11:49  “İnter”də yeni məşqçi

11:13  Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı

11:06  Ellerdays birdəfəlik getdi

10:49  "Qarabağ" B seriyasından hücumçu alır

10:26  “Valensiya” ona əmanət

10:18  Kapello üçün bərabər səviyyə

09:59  Koselni finalda oynamayacaq

09:48  “Real” 45 milyonluq transferi açıqladı

09:21  Valverde Ardanı istəmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az