(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA rəhbərliyi üçün müharibə çağırışı

AFFA rəhbərliyi üçün müharibə çağırışı

Bizim vaxtımızda çətin tapılardı, amma indi övladlarımıza asanlıqla ala bilirik. “Batareya”sını qoşur, sonra da düyməsini basırıq. Eləsi var rəqs edir, eləsi var musiqi səsləndirir. Çin dilində, ingiliscə, rusca danışanı da var. Onlara “danışan kukla” deyirik.
 
***
 
Tarixin yaddaşına köçmüş “Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov klubun gələcək taleyi barədə açıqlama verib. “Qafqazinfo”ya danışan klub rəsmisi “ağ-yaşıllar”ın hazırki durumda Premyer Liqaya qayıdışının mümkünsüz olduğunu bildirib.
 
Nadirov bunun səbəblərini belə izah edib: “Klubumuz yenə də Mübariz Mənsimovun diqqət mərkəzindədir. Lakin Azərbaycanda klub futbolu və çempionat bu durumda olduğu müddətdə əsas komandanın bərpası mümkünsüzdür. Əslində, bu barədə futbol ictimaiyyətində, mətbuatda və azarkeşlər arasında çoxlu müzakirələr gedib. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Bu klublardan yalnız "Qarabağ" və "Qəbələ" müstəqil və peşəkar klub idarəçiliyinə malikdilər. Bunun nəticəsi olaraq, məhz bu iki klub ölkə futbolunu Avropa kuboklarında layiqincə təmsil edir. Çempionatın özü də faktiki olaraq bu iki komanda arasında mübarizədən ibarətdir. Qalan klublar isə eyni mənbədən maliyyələşir. Özü də dövlət vəsaiti hesabına. Futbol klublarını sahibkarlar, biznes adamları maliyyələşdirməlidir. Dövlət vəsaiti isə təhsilə, səhiyyəyə, sosial layihələrə, bir sözlə, əhaliyə ayrılmalıdır. Dövlətin hesabına bu qədər klubun yerli və əcnəbi futbolçularının əməyinin ödənilməsi və nəticədə bu klubların heç bir ciddi nəticə əldə etməməsi onu göstərir ki, bu qədər vəsait sadəcə, görüntü üçün rəqabət təəssüratı yaratmağa xərclənir. Belə bir şəraitdə Avropada mübarizə aparmaq qabiliyyətində olan komandaları yaşada bildikləri üçün adını çəkdiyim hər iki klubun rəhbərlərinə alqış düşür. Lakin bizim mövqeyimiz odur ki, belə bir çempionatda, bölgə futbolunun inkişafına əngəl olan bir mühitdə "Xəzər Lənkəran"ın əsas komandasının fəaliyyətinin bərpası qeyri-mümkündür”.
 
Nadirov klublarda yaradılan Müşahidə Şuraları barədə də fikirlərini bildirib: “Klublarda Müşahidə Şuraları yaradıldı ki, idarə heyəti və Müşahidə Şurası tamamilə fərqli hüquqi anlayışlardı. Həmçinin klubların yüksək büdcəyə malik olduğu dövrlərdə legioner limitinin tətbiqi qərarları da özünü doğrultmadı. Zamanında bütün bu addımlara öz reaksiyamızı bildirmişik, razı olmadığımız məqamları istər mətbuatda, istər görüşlər zamanı qabartmışıq. Bütün bunlar və hazırda futbolun düşdüyü vəziyyət onu sübut edir ki, futbol təsərrüfatının idarə edilməsi ilə hər hansı dövlət qurumunun idarəedilməsi fərqli məsələlərdi. Futbol sahəsinə yaxın bir insan kimi, şəxsən məni mövcud mənzərə qane edə bilməz. Çatışmazlıqların aradan qaldırılması baxımından ölkə futboluna dəstək vernək hər bir futbol rəsmisi üçün böyük şərəf və məsuliyyətdir. Heç bir variantı istisna etmək olmaz. Əlbəttə ki, hər bir addım atılmazdan əvvəl konkret hərəkət planı olmalıdır. Futbolumuzun ümumi problemlərindən biri də elə plansızlıqdır”.
 
***
 
Nadirovun dediklərinin böyük qismi həqiqətdi. O, real mənzərəni təsvir edib və sətiraltı ifadələrlə hədəfi də göstərib. Aşkar görünür ki, hədəfdə AFFA, həm də SOCAR rəhbərliyidi.
 
Qəribə olan bu həqiqətlərin indi deyilməsidi. Tuyqun bəy ya birillik fasilə dövründə fikirləşmək üçün kifayət qədər boş vaxt tapıb və reallığı görüb, ya da o vaxt çalıb-çapdığı pullar indi əlinə keçməyincə qəzəbindən belə deyir. Bəlkə də AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən ələ salındığı günləri – bir günün içində İcraiyyə Komitəsinə üzvlüyə namizəd olub, sonra geri çəkilməsini – indi xatırlayır.
 
Tuyqun bəy düz deyir. Həqiqətən ölkə futbol təsərrüfatında qeyd edilən problemlər var. Amma bütün bunlar “Xəzər Lənkəran” mövcud olanda da var idi. O zaman da ölkə futbolunu eyni adamlar, eyni üsulla idarə edirdilər. Nadirovun gözləri indi açılıbmı?
 
Lənkəranlı azarkeşlər brend idi və bu, cənub bölgəsinin insanlarının təbiətindən irəli gəlirdi, onların futbola sonsuz sevgisi Tuyqun bəyin hansısa xidməti deyildi. İndi onları xatırlatmaq, dövlət başçısının adını çəkmək daldanacaq istəməkdən başqa bir şeyə bənzəmir. Azarkeşlərə, dövlət rəsmilərinə xoş sözlər deyib, tənqid etdiyi adamları hədəf göstərmək taktiki gedişdi. O zaman sual olunur: niyə bütün bunları assosiasiyada daha yüksək vəzifəyə getmək ümidi ilə Klublar Komitəsinə sədr seçilərkən dilə gətirmirdi? O zaman həmin insanlara problemləri üzbəüz demək, həlli üçün çıxış yolları göstərmək lazım idi. Deməyibsə, deməli, bütün qüsurlarda onun da rolu var. Bu gün müxalifətçi imici qazanmağa cəhd etmək gülünc görünür. Bircə il transferlərdən qazana bilməmək, vaqon-vaqon əcnəbini gətirib, yola salmamaq, onlardan faiz tutmamaq Tuyqun bəyi buqədərmi saflaşdırıb?
 
***
 
Əslində, Tuyqun bəyin birdən-birə ortaya çıxması başlayan klan davasının tərkib hissəsi, növbəti mərhələnin başlanğıcıdı. Və Nadirovun dedikləri AFFA rəhbərliyinə elan edilən müharibədə yeni cəbhənin açılmasının anonsudu. Həqiqətən futbolumuzu xilas edəcəksə, xeyirli olsun! Lakin çətin, çünki məqsəd və məram başqa - şəxsi mənafe, biznes maraqlarıdı.
 
Kor deyilik, nələr baş verdiyini görürük. Son günlər sosial şəbəkələrdə, mətbuatda Mübariz Mənsimovla bağlı xəbərlər çoxalıb. Ermənilərlə bağlı ürəyəyatan bir-iki cümlə, ardınca hansısa yardımla bağlı yazılanlar, “Beşiktaş”a oyunçu transferi ilə bağlı gündəm yaradan xəbərlər. Təsadüf deyil - əvvəlcə Mənsimov haqda müsbət məqamlarla zəngin informasiyalar yayılır, ardınca Mübariz bəy "SOCAR-la heç zaman iş görmərəm" deyir. Və Tuyqun bəyin məlum müsahibəsi...
 
Bu, həmin Mənsimovdu ki, "Rövnəq Abdullayev AFFA prezidenti olandan sonra futbolumuzun inkişafını görməyənlər kar və kordu" deyirdi. Çünki neftdaşımada 10 illik müqavilə var idi və Mənsimov Azərbaycan sayəsində böyük pullar qazanır, onun bir qismini “Xəzər Lənkəran” vasitəsi ilə futbola yönəldirdi. Anlaşma bitdi və bitdiyi an da klub fəaliyyətini dayandırdı. İndi “mən olduğum müddətdə “Xəzər Lənkəran” yaşayacaq” deyənlər nağıl danışmağa başlayıb, 10 il sayəsində milyonlar qazandığı SOCAR-la təklif edilməyən, amma umulan işbirliyindən imtina edir.
 
Hə, növbəti mərhələdi və Nadirov danışdırılır, imic formalaşdırır ki, ya AFFA rəhbərliyi yenidən onlara qucaq açsın, neft daşınması ilə bağlı yeni layihələrdə onlara yer versin, ya da belə şantajlara hazır olsunlar.
 
***
 
“Danışan kuklalar” adətən uşaqlar üçün yararlı olur, onları əyləndirir, yatırır. Uşaqlar bəzən onlara qapaz vurur, xoşagəlməyən musiqi səsləndirəndə bir küncə də tullayır. Ümumiyyətlə, belə oyuncaqlar qısamüddətli istifadə üçün nəzərdə tutulur, tezliklə zibilə atılır. Bəzən də söndürülür, bir kənara qoyulur, kimisə əyləndirmək zamanı gələndə “batareya”sı dəyişdirilib yenə sevimli oyuncaq kimi uşaqların qabağına atılır.
 
CAVAD

 
tarix: 17-05-2017 09:00


 
Xəbər lenti
22.04.2018

01:05   Marsel “Olimpik”i də 3 xalı 5 qolla qazandı - VİDEOLAR

00:48   “Milan” autsayderə uduzdu, “Roma” darmadağına sevindi - VİDEOLAR

21.04.2018

23:47  “Borussiya” və “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

23:04  “Valensiya” səfərdə büdrədi - VİDEOLAR

22:51  “Liverpul” səfərdə xal itirdi - VİDEOLAR

22:35  MY finalda - VİDEO

22:27  “Qalatasaray”dan çətin qələbə

22:10  Millimizin hücumçusu oynamadı, komandası uduzdu

22:03  “Zirə”dəki vəziyyəti Joze Mourinyo da düzəldə bilməz”

21:53  “Zirə”nin futbolçusu: “Keşlə” bizdən üstün oynamadı"

21:47  “Zirə” “10”a çatdı

20:58  “Qızıl orta” dağılanda

19:38  “Keşlə”dən əzmkar qələbə - FOTOLAR

19:03  Ölkə kubokunun püşkü atıldı

18:43  “Keşlə” - “Zirə” matçında 3 qol - VİDEO

18:19  Yuri Maksimov: “Bu, taktika ilə bağlı olan məsələ idi”

18:09  “Zirə”nin məşqçisi: “Heç nədən 2 qol buraxdıq”

17:48  “Keşlə” “Zirə”ni məğlub yola saldı

17:04  Tilsim qırıldı: “Neftçi” cari mövsümdə ilk dəfə…

16:45  Manjqaladze: “Sonuncu yerə layiq deyilik”

16:33  “Sabah” çempionu səfərdə darmadağın etdi - VİDEO

16:15  “Qəbələ”nin “Neftçi” ilə 45-ci dueli

15:35  400 min avro qazanacaqlar - Dünya çempionu olsalar

12:55  Balotelli Fransa klubunu tərk edir: “Beş oyunum qalıb”

11:49  “Beşiktaş”ın prezidenti Bakıya gəlir

11:00  “eTopaz”da günün canlı oyunları

10:32  Millimizin üzvü oynadı, komandası qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:31  La Liqa klubu baş məşqçisini qovdu

01:29  Lion “Olimpik”i 3 xalı 5 qolla qazandı - VİDEOLAR

01:18  İlk oyunda heç-heçə - VİDEO

00:38  “Başakşəhər”dən inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az