(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Lisenziya oyunu: Naxçıvanla Tovuz üçün fərqli standart

Lisenziya oyunu: Naxçıvanla Tovuz üçün fərqli standart

Regional yarışları təşkil etmək üçün müvafiq qurumlar da var. Regional Futbol Federasiyaları faktiki heç bir işlə məşğul olmur, bu qurumda çalışanlar maaş almaqla işlərini bitmiş sayırlar. Bu federasiyalara işi bilənlər təyin olunmalı, büdcələri artırılmalı və nəticə tələb edilməlidi. Həm də əlavə xərcə ehtiyac yoxdu. AFFA uşaq liqalarına ayırdığı 3 milyonun yarısı ilə bütün bu işləri görə, klubları artıq yükdən xilas, artıq qalan pulla da “Turan Tovuz”, “Zaqatala” kimi komandalara yardım edə bilər. Sadəcə, futbolu bilmək, bu işi qurmaq üçün səriştəyə sahib olmaq lazımdır.
 
Vaxtilə “Sabahın Ulduzları” yarışını uğurla təşkil edənlərdən biri olan Tahir Süleymanovun bu haqda fikirləri maraqlıdı. Bu, həmin yarışdı ki, oradan hazırda milli komandalarımızın özəyini təşkil eən futbolçular çıxıb. “Sabahın Ulduzları” düşündüyümüz uşaq liqalarının yeni sisteminin kiçik modeli də hesab oluna bilər.
 
Süleymanovun fikrincə, ilk növbədə təhlillər aparıb üstünlüyü futbol ənənəsi, tarixi olan bölgələrimizə vermək lazımdır. Tahir bəyin fikirlərinə diqqət edək:
 
“1. Nəzarət etmək şərtilə klubların aşağı yaş qruplarına vəsait ayrılmalıdır (U-15-ə qədər). UEFA bu baxımdan nümunədir.
 
Bu, müxtəlif qaydada ola bilər:
 
a) Otel, yol, yemək xərclərini AFFA öz üzərinə götürə bilər.
b) 8-10 kluba mövsümlük 25-40 min manat civarında uşaq futbolunun inkişafı üçün yardım edə bilər.
Bunlar ümumilikdə 250-400 min manat edir.
 
2. Klublarda çalışan aşağı yaş qrupları məşqçilərinin kateqoriya təhsilini və xaricdə seminarlarda iştirakını təmin etmək olar. Amma idman prinsipi və perspektivi nəzərə almaq şərtilə...
 
Bunun üçün də 200-250 min manat yetərlidi.
 
3. Mərkəzləşdirilmiş qaydada AFFA aşağı yaş qruplarını keyfiyyətli (N4) toplarla təmin edə bilər.
Hər kluba 80-100 ədəd top verilsə, bu da 50-100 min manat (topun keyfiyyəti və firmaya uyğun olaraq) demək olacaq.
 
4. U-16 kimi yaş qrupları üzrə çempion komandaların xaricdə keçirilən səviyyəli  turnirlərdə iştirakını təmin etmək.
300-350 min manatlıq xərc kifayətdi.
 
5. Uçaq yaş qruplarının məşq prosesinin keçirilməsi üçün inventarlarla təmin etmək.
50-100 min manat bəs edir”.
 
Tahir bəyin dediyinə görə, bunlar olsa, həm uşaq futbolunun inkişafında irəliləyişə nail olmaq mümkündü, həm uşaq liqalarına ayrılan vəsait daha səmərəli istifadə olunar, havaya sovrulmaz, həm də mənasız lisenziya tələbləri ilə yüklənən klublar artıq yükdən qismən azad olar.
 
AFFA-nın futbolu monopoliyada saxlamq üçün oynadığı lisenziya oyununda problem təkcə uşaq futbolu ilə bağlı deyil. Qurum klubları təkcə liqalar vasitəsi ilə sıxmır. Lisenziya tələblərində qadın futbolu ilə bağlı da bənd var. Düzdü, bu, mütləq tələb deyil, amma AFFA tez-tez şifahi şəkildə də olsa, klubları bu bəndlə sıxır.
 
Baş katib UEFA-da qadın futbolu üzrə kuratordu və qitə futbol qurumunun İcraiyyə Komitəsinə namizədliyini verərkən də bundan yararlanmışdı. Onun platformasında qeyd olunan “500 faizlik inkişaf” bəndi çox maraqlı idi. Halbuki ölkədə faktiki qadın futbolu yoxdu, əsas milli komandamız mövcud deyil.
 
Əslinə baxanda, kişi futbolçuların ölkə çempionatında 8 komandanın olduğu bir dövrdə qadın futbolundan danışmaq özü gülüncdü. Milli mentaliteti də nəzərə alsaq, bu sahənin inkişafı üçün perspektiv yoxdu. Belədə klubları “yükləmək” mənasızdı. Elxan Məmmədov milli oyunçularını “Səbail”, “Neftçi”, “Sumqayıt” kimi sözünün keçdiyi klublara yerləşdirməklə şəxsi məqsəd güdə bilər, lakin unutmayaq ki, perspektivsiz sahəyə edilən yatırımlar həm də AFFA-nn büdcəsinin havaya sovrulmasına səbəb olur.
 
Lisenziya prosedurunda klubların qarşısına qoyulan tələblərdən biri də maliyyə meyarıdı. Halbuki UEFA-da belə bir şey yoxdu. AFFA özünü sığortalamaq üçün 300 (qurumun rəsmi saytında başqa bir mənbədə 500 göstərilib) min manatlıq zəmanət məktubu istəyir. Ki, komanda dağılanda bankda olan həmin pulla komandanın mövsümü başa vurması təmin edilsin. Necə ki, bundan “İnter” praktikasında istifadə olundu. Amma bu da çıxış yolu deyil. 3 il öncə “Araz-Naxçıvan” Premyer Liqadan imtina edərkən eyni addım niyə atılmadı, komanda niyə yaşadılmadı? Çünki AFFA-nın bu komandanı dolandırmaq üçün əlində təminat məktubu yox idi. Naxçıvanlılardan ala bilmədikləri məktubu indi “Tiran Tovuz”dan, “Şəmkir”dən tələb etmək nə dərəcədə ədalətlidi? İkili standartlar var və bunun əzabını arxası olmayan klublar çəkir.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 18-05-2017 15:16


 
Xəbər lenti
24.10.2017

14:50   Bir oyun canlı yayımda

14:35   Birinci Divizionda 5-ci turun oyun cədvəli

14:06   Üç oldular, Qurban bəy!

13:22   "Böyük kapitan"ın həyat kitabı: Embarqoyla başlayan uzun yol...

13:00   Dmitri Nazarova ağır cəza

12:41   “Zirə” - “İnter” matçının hakim təyinatları açıqlandı

12:23   “eTopaz”da günün canlı oyunları

12:06   “TOPAZ”DA BU GÜN

11:44   4-cü turun hakim təyinatları açıqlandı

11:20   Sadıqovla Prosineçki kmə səs verib?

11:05   Elnur Eyvazov: “Bu, tam başqa - əsl “Neftçi”di!”

10:05   Fərid Nəbiyev oynadı, “Slaviya” yenə uduzdu

09:04   Emin 90 dəqiqə oynadı, “Kalmar” uduzdu

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az