(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
“Neftçi”də yeni təyinat gözlənilir

“Neftçi”də yeni təyinat gözlənilir

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna vakant yerə namizəd axtarışı yekunlaşıb. Mehman Rəsulovun gedişindən sonra bakılıların mətbuat sözçüsü başqa bir həmkarımız olacaq.
 
Yox, bu, AZAL-ın dağılmasından sonra işsiz qalan Eldəniz Yusifov deyil. Eldəniz bəy hələlik AZAL-ın varisi olan “Şüvəlan”da durumun aydınlaşmasını gözləyir. Yusifov özü sosial şəbəkədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna keçidinin gözlənilmədiyini yazıb: “Bu məlumat hələ heç bir həqiqəti əks etdirmir. Mən bütün iş yoldaşlarım kimi AZAL PFK-nın (“Şüvəlan”ın) rəhbərliyinin qərarını gözləyirəm. Heç bir yerə də getməmişəm. Gözləyirik...”
 
Bildiyimizə görə, “Şüvəlan” baş məşqçi Tərlan Əhmədovu və digər işçiləri saxlamaq niyyətindədi. Bu reallaşmasa, hamı özünə iş axtaracaq. Eldəniz bəyin “Neftçi”yə gedişi də o zaman reallaşa bilər – həm də mətbuat xidmətinə deyil, başqa posta.
 
Paytaxt klubunun mətbuat xidmətinə isə Rüstəm Piriyev rəhbərlik edəcək. Daha 2 həmkarımızın imtinasından sonra klub rəhbərliyi Rüstəm bəylə razılaşıb. Növbəti həftənin əvvəlində bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.
 
Piriyev “Neftçi” üçün ən yaxşı seçimlərdən biridi. Jurnalist fəaliyyəti ilə özünü isbatlamış həmkarımızın paytaxt təmsilçisində də ümidləri doğruldacağına əminik.

 
tarix: 19-05-2017 15:23


 
Xəbər lenti
25.06.2017

00:45   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

00:30   Oliç də karyerasını başa vurdu

00:15   “Zirə” Qabriel Mateylə müqavilə imzaladı

24.06.2017

23:30  "Qarabağ" - ÇSKA matçında 7 qol - VİDEO

21:55  "Qarabağ" ÇSKA-ya böyük hesabla uduzdu

21:40  Portuqaliya 4 qolla qalib gəldi - VİDEO

21:20  Səmədovun Meksikaya vurduğu qol yetərli olmadı - VİDEO

21:00  Portuqaliya və Meksika növbəti mərhələdə!

20:00  "Qəbələ"nin daha üç rəqibi müəyyənləşdi

19:00  "Qəbələ"ni seçdiyim üçün özümü olduqca xoşbəxt hiss edirəm"

18:00  "Skenderbeu" çempionluq titulundan məhrum edildi

17:00  "Qəbələ"nin yeni transferi - VİDEO

16:00  Mendi rəsmən "Bordo"da

15:00  "Portu"dan Premyer Liqa klubuna

14:00  Sabiq "Real"lı karyerasını başa vurdu

13:30  "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi

12:30  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO

10:30  Anton Kanibolotski rəsmən "Qarabağ"da!

10:00  Millimizin sabiq üzvü Türkiyə klubunda

09:00  Premyer Liqa klubunu Çin komandasına dəyişdi

01:00  Messi ötən mövsümün ən yaxşısı seçildi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az