(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
UEFA Rəşad Sadıqova qadağa qoydu!

UEFA Rəşad Sadıqova qadağa qoydu!

Millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.

U-19 Liqasının XXXI turunda ağdamlılar "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. 

"Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edən Rəşad Sadıqov futbol dünyası üçün nadir sayılacaq uğura imza atıb. O, bu mövsüm həm futbolçu, həm də məşqçi kimi Azərbaycan çempionu adını qazanıb. Hər iki yüksək göstəriciyə “Qarabağ”da nail olub. Kapitanı olduğu Ağdam klubunda dalbadal dördüncü dəfə çempionluğunu bayram edən Sadıqov həm də U-19 komandasının baş məşqçisi kimi birinciliyi rəsmiləşdirib.

Maraqlıdı ki, Sadıqov növbəti mövsümdə avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak edəcək. Bu isə futbol dünyasında az-az rast gəlinən unikal faktlardandı. Sadıqovun futbolçu kimi çıxış etdiyi “Qarabağ” 2017/18 mövsümündə Azərbaycanı Çempionlar Liqası, onun rəhbərlik etdiyi U-19 komandası isə UEFA Gənclər Liqasında (Çempionlar Liqasının anoloqu) təmsil edəcək.

Rəşad Sadıqov adına yazılan bu uğura çox da sevinə bilməyib. UEFA-dan gələn son xəbər əhvalını büsbütün korlayıb. Avropanın baş futbol qurumu payızın əvvəlində start götürəcək turnirə qatılacaq komandaların futbolçularının yaş limitini dəyişib. Belə ki, Gənclər Liqasında yalnız 1999-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına daxil oyunçular meydançaya biləcək.
 
Sadıqov isə bu mövsüm əsasən 1998-ci il təvəllüdlü gənclərə üstünlük verib. UEFA-nın qərarı gənc mütəxəssisi çıxılmaz vəziyyətə salıb. Axı o, bundan sonra komandanın heyətini qısa müddətdə dəyişməli. Təkrar seleksiya aparmalı, komplektləşmə prosesini yayın ortasınadək başa çatdırmalıdı.
 
Dərd bununla bitmir. Mövcud kollektivi yaratmağa böyük məbləğdə vəsait və əmək sərf olunub. Həm klub rəhbərliyi, həm də Sadıqov öz cibindən pul xərcləyib. Gedən yalnız bu deyil axı. İlboyu bir yerdə oynayan, tədricən sistemə oturan və bir-birinə öyrəşən futbolçular indi kənarda qalır, onların yerini daha təcrübəsiz gənclər tutur. Qarşıdakı 3-4 ayda keçiriləcək toplanış və yoxlama görüşləri yaranan boşluğu doldurmayacaq. Rəsmi oyunların effekti başqadı, onu nəyləsə sığortalamaq qeyri-mümkündü. 

"Qarabağ" sözügedən turnirdə ölkəmizi təmsil edəcək 3-cü klubdu. Ağdam komandasından öncə "Rəvan" və "Qəbələ" bu yarışda mübarizə aparıb. Hər iki halda ruslar yolumuzu ilk mərhələdə kəsib. Moskva "Spartak"ı "Rəvan"ı (4:0), "Dinamo" isə "Qəbələ"ni (2:0, 5:0) üstələyib. Rəşad Sadıqov üçün gərək dua edək. Növbəti biabırçılıq onun passivinə yazılmasın deyə…

Sportinfo


 
tarix: 19-05-2017 18:20


 
Xəbər lenti
25.05.2017

14:02   38 milyon avro mükafat

13:32   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

13:01   “Neftçi”nin futbolçusu Sançeslə bir siyahıda

12:50   “Şəmkir”in prezidentini ifşa etdilər

12:22   AFFA-dan yarım milyonluq mükafat

12:01   Morata “Milan”da?

11:51   Ronaldo həbs oluna bilər

11:31   İbrahimoviçə ilginc təklif

11:01   Dəniz Yılmaza daha bir müştəri

10:42   Elnur Cəfərov lazım olmadı

10:34   Mourinyodan yeni rekordlar

10:21   “Futbol vecimə deyil”

10:14   “Darıxdırıcı final oldu”

00:49   Kubok İngiltərəyə, "Mançester Yunayted" Çempionlar Liqasına - YENİLƏNİB

24.05.2017

22:19  "Portu"nun yeni baş məşqçisi bəllidi

22:09  "Çelsi" çempionluq paradını təxirə saldı

21:27  Valdes müqaviləsini pozdu

20:52  19 yaşlı futbolçuya 37 illik cəza

20:47  Yaşar Vahabzadə: “Ölkə başçısından xoş sözlər eşitmək sevindiricidir”

18:34  Emin Cəfərquliyev də “Sumqayıt”da?

18:26  Emin Mahmudov “Boavişta”da qaldı

18:12  Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələdi

16:29  Vüqar Mustafayev “Zirə”də qaldı

15:10  “Danışıq apardığımız legionerlər arasında italiyalı yoxdu”

15:04  Miçel “Qarabağ”dan ayrılır – Pula görə

14:58  “Barsa” “Malaqa”ya rüşvət təklif edibmiş

14:49  Mahir Mədətov – Röyanın canı

14:43  Tərlan Əhmədov: “Futbolçuların əməkhaqqlarını dostlarım verirdi”

14:21  “Qəbələ” təkzib etdi: “Yalandı”

14:10  Rəşad Sadiqov üçün seçim anı

14:00  Kvekveskiri pulu seçdi

12:41  “Qəbələ” üçün havayı argentinalı

12:38  “İnter” qardaşları yola saldı

12:28  Qabıq dəyişən “Sumqayıt” nə vəd edir?

12:04  Nazarov hara gedir?

11:49  “İnter”də yeni məşqçi

11:13  Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı

11:06  Ellerdays birdəfəlik getdi

10:49  "Qarabağ" B seriyasından hücumçu alır

10:26  “Valensiya” ona əmanət

10:18  Kapello üçün bərabər səviyyə

09:59  Koselni finalda oynamayacaq

09:48  “Real” 45 milyonluq transferi açıqladı

09:21  Valverde Ardanı istəmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az