(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Türkiyəli jurnalist: "Onlar Azərbaycana qazanc üçün gedirlər"

Türkiyəli jurnalist: "Onlar Azərbaycana qazanc üçün gedirlər"

Türkiyənin tanınmış futbol yazarı Emre Bol Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidinin alınmamasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan futbolu və ümumiyyətlə ölkəmizlə bağlı da danışıb:

"Robert Prosineçki Azərbaycana pul qazanmağa getmişdi. "Bursaspor" onu Türkiyəyə qaytarsaydı, bu anlaşmadan heç nə əldə etməyəcəkdi. Arada pul itirəcəkdi, uğur olmayacaqdı".

"Fənərbağça" camiəsinə yaxınlığı ilə bilinən jurnalist Super Liqa təmsilçisinin millimizin baş məşqçisinə dəvət göndərməsini tənqid atəşinə tutub: "Bursaspor"u yerli adam çalışdırmalıdı. Prosineçkini "Kayserispor"da gördük. O zaman nə etdi ki, indi də Bursaya gətirmək istəyirlər? Azərbaycana niyə gedirlər? Qazanc üçün.
 
Bir neçə il öncə yolum o tərəflərə düşmüşdü. "Fənərbağça" Lənkəranda "Xəzər" adlı komandayla yoldaşlıq matçı keçirəcəkdi. O matçı izləmək üçün İstanbuldan Bakıya, ordan da Lənkərana getdik. Abi, Bakı Paris kimi bir şəhərdi. Nələr tikiblər, nələr! Amma Bakıdan kənara çıxdınsa, başqa aləmə düşürsən. İnanın, hər yer kənddi.
 
Azərilər bütün yatırımı Bakıya qoyur, paytaxtdan o yanlarda isə heç nə yoxdu. Getdik Lənkərana, "Fənər" 4:0 qazandı. "Xəzər"in baş məşqçisi vaxtilə "Beşiktaş"da da çalışmış Con Toşak idi. Matçdan sonra ondan müsahibə almaq istədim, yerli klubun nümayəndələrindən xahiş etdim ki, mənə Toşakın qaldığı yeri göstərsinlər.
 
Stadionun bir kənarında yerləşən ayrıca tikilini nişan verdilər. Getdim və qapını döydüm. Nə görsəm yaxşıdı? Qapı açılınca, qarşımda böyük bir qarın buraxmış nəhəng adam dayanmışdı. Əynində şortdan başqa heç nə yox idi. Güclə tanıdım onu. Toşakın şəkillərini çəkməli olduğumuzdan, paltar geyinib gəldi. Onun Lənkəranda nə işi var idi? Əlbəttə, pul…".


 
tarix: 14-06-2017 21:50


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az