(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vilayət çempionatından “Adanaspor”a

Vilayət çempionatından “Adanaspor”a

Asim İbrahimov. Bu ad ilk baxışdan futbolsevərlərə heç nə demir. Yalnız “stajlı” jurnalistlər, bir sıra keçmiş futbolçular və məşqçilər onu tanıyır.
 
Futbol təsərrüfatımızdan olan birisidi, kənar deyil. MOİK,”İnter”, “Neftçi”, “Turan” və s. klublarımızda işləyib. “Rəvan”ın yaradılmasında da rolu olub, MOİK-in yüksəlişində də, “Qaradağ Lökbatan”ın məğlubiyyətsiz oyunlar seriyası gördüyü yeganə dönəmdə də.
 
Amma həm də futbol təsərrüfatımızdan olmayan birisidi, kənardı. Çünki xaraktercə tünddü, kimsənin işinə qarışmasına imkan verməz, sifarişlə işləməz, klub rəhbərliyini yaxına buraxmaz. Əvəzedicilərinə rəhbərlik etdiyi “Neftçi”dən də buna görə getdi, “İnter”dən də, “Turan”dan da. “Qaradağ Lökbatan”da isə vəziyyət daha qəribə oldu. Az qala bir dövrəyə divizionda çempion olacaq qədər xal yığdı, məğlubiyyətsiz seriya ilə fasiləyə çıxdı və klub prezidentinin sifarişini yerinə yetirmədiyi üçün Türkiyəyə toplanışa yox, istefaya getdi.
 
Buna görə də ölkədə heç kimə lazım olmadı. Amma İbrahimov ruhdan düşmədi, kimsəyə boyun əymədi, zamanını gözlədi, layiq olduğu təklifi almayınca hətta vilayət çempionatında işləməyə razılaşdı, ölkəni tərk etdi. Ukraynada isə elə işlər gördü ki, birdən-birə Türkiyədən dəvət aldı. Bu, bəlkə də haqq-ədalətin zəfər çalması idi. Ölkədə daha yaxşısına layiqkən üzləşdiyi biganəlik, Ukraynada onun qarşısına şans mələyi kimi çıxdı.
 
***
 
Asim bəyi “Adanaspor”un idman direktoru təyin olduğu gündən axtarırdıq. Bir aylıq axtarışlardan sonra bəlli oldu ki, o, bizimlə birgə Bakı küçələrində imiş. İstirahət edir, işlərini yoluna qoyur və başlayacağı yeni karyeranın startını gözləyir.
 
İbrahimovla görüşə diktafonsuz başladım. Bunu kəşfiyyat da saymaq olardı. Amma “səngər”i dərin qazmışdı, hətta problemlə ayrıldığı insanlarla da bağlı pis bir söz demədi. Hamısının keçmişdə qaldığını, bütün bunların mükafatını yeni təkliflə aldığını bildirdi.
 
Millidən danışdıq, Şimali İrlandiya ilə son oyuna baxıb-baxmadığını soruşdum. Hiss olunurdu ki, həmkar kimi Robert Prosineçkini zərbə altında qoyacaq nəsə demək istəmir, amma narazı idi. Gözlərində sanki daha yaxşısını etmək üçün imkanın olduğuna, daha cəsarətli oynamağın mümkünlüyünə dair inamı sezmək olurdu. Maraqlıdı, o, hətta millidə olmasını məsləhət bilmədiyi elə oyunçuların adını çəkdi ki, biz onlara əvəzolunmaz kimi baxırıq. Lakin Asim bəy konkret misallar çəkib, fikrini məntiqli izah etdi.
 
***
 
Diktofonu yandırıram. Maraqlıdı, bu dəfə o, daha cəsarətli danışır, lakin illərə dayanan tanışlığımız üzündən ərkyana şəkildə “bunu yazmasanız, şad olaram, fikrim səhv anlaşıla bilər”, deyir. Amma yazsam, inciməyəcəyini də əlavə edir.
 
- Ukraynaya necə getdiz?
- Dostlarımız dəvət etdi. Həmkarınız Rəsul Şükürsoy, eləcə də vaxtilə “Turan”da birgə işlədiyimiz Nail Nurəddinoğlu məni Ukraynaya çağırdı. Onlar orada öz işlərini qurub, Xmelnitski şəhərinin meri ilə münasibətləri vardı. Mənə dedilər ki, burada futbolu dirçəltmək istəyirlər. Şəhərdə əvvəllər futbol klubu “Podolye”olub, amma 5-6 ildi durğunluq yaşanır. 2015-in yayı idi. Gedib baxmalı idim. Mən gedəndə 12 komandanın yarışdığı vilayət çempionatında birinci dövrə qurtarmışdı. Qısa müddətdə seleksiya işi aparıb uşaqlar seçdim, meriyanın yeni komandasını yaradıb, hazırlaşdıq, amma yarışa qatıla bilməzdik, növbəti mövsümü gözləməliydik. Belədə mer Xmelnitski şəhərinin Uşaq-Gənclər Komandası ilə birləşməyimiz haqda müraciət etdi. “FŞM”-in komandası sonuncu pillədə idi, razılaşdıq, onların adından çıxış etməyə başladıq. Yığdığımız gənclərlə sonuncu pillədə başladığımız yarışı sonda 3 –cü yerdə başa vurduq. Üstəlik, kuboku qazandıq.
 
- Və yeni mövsümdən artıq divizionda oynamalıydız...
- Oynamalıydıq. Amma bütün dünyada olan məlum iqtisadi problemlər üzündən orada vəziyyət qarışdı. Bir nəfər peşəkar klub yaratdı, mer dəyişdi, yeni merlə razılaşdı ki, birgə komanda saxlasınlar. Mən Bakıda olanda yığdığım uşaqlarla da müqavilə bağlayıblar. Onlara deyilib ki, İbrahimov gəlib bu komandada işləyəcək. Həmin sponsor kluba 7 milyon qrivna ayırmışdı, lakin sonra bəlli oldu ki, ortada yalnız meriyanın pulları xərclənib. Bir-birini aldatdılar, komanda çətin vəziyyətə düşdü. Mən onlarala işləyə bilməzdim, amma buraxmadılar, dedilər ki, bu komanda fəaliyətini dayandıracaq, yeni komanda yaranacaq. O zaman tam fərqli iş quracağıq. Gözləyə-gözləyə bu ilin əvvəlinə kimi boş dayandım.
 
- ...Elə bu vaxt Türkiyə variantı yarandı.
- Hə, bir türk menecer gəldi. Mən artıq Ukraynada çox ciddi olan yeni planlarla məşğul idim, yeni komanda yaradırdıq. Lakin bu menecer məni inandıra bildi. O, komandamızın məğlubiyyətsiz oyunlar seriyasından xəbər tutmuş, gördüyümüz işi bəyənmişdi. Bizim uşaqlarla təkid etdilər ki, Adanaya getmək lazımdı.
 
***
 
Beləcə Asim bəy birdən-birə Türkiyədə peyda oldu. Superliqadan enəcəyi dəqiqləşən “Adanaspor” rəhbərliyi komandanı ona etibar etdi. Klub prezidenti ilə İbrahimovun söhbəti zamanı futbola baxışları üst-üztə düşdü və razılaşdılar.
 
Amma... Vəziyyət fərqlidi – İbrahimov idman direktoru postuna təyinat almalı oldu. Türkiyə çempionatının aşağı dəstəsində əcnəbi məşqçilərin işləməsi yasaqdı, bu üzdən nə ukraynalı köməkçiləri, nə Azərbaycandan aparacağı bir məşqçi oyunlar zamanı ehtiyat oyunçular skamyasında əyləşə bilməz. Lakin razılaşma belə olub ki, komandanın bütün hazırlığını İbrahimov aparacaq, yalnız matçlar zamanı baş məşqçi kimi türkiyəli çalışdırıcı ön planda olacaq.
 
Bəlkə də bu, bir az qəribə, qanunsuz görünür. Lakin klub rəhbəri belə olmasını istəyir. Oyunlar zamanı heç bir qanun pozuntusu olmayacaq, sadəcə, tələblərə əməl ediləcək. Elitaya vəsiqə qazanıldıqdan sonra hər şey qaydasına düşəcək. Həm də oxşar hallar olub. Elə Sərgən Yalçın da bu qaydayla bir müddət çalışıb. O, lisenziyası olmadığından komandanın əsl rəhbəri olsa da, oyunların protokollarında başqasının adı yazılırdı. Eyni təcrübədən indi adanalılar istifadə edəcək.
 
Amma Asim bəyin məşqçilər skamyasında oturmasında problem olmayacaq. O, bunu idman direktoru kimi edəcək. Qaydalar üzündən bu, rəsmiyyətdən gizlədilsə də, onun baş məşqçi kimi fəaliyyəti real olacaq. Qanunlardakı boşluqlar başqa variantı qaçılmaz edir.
 
- Əsas odur ki, klub prezidenti futbol adamıdı. O, komandanın əsas söz sahibi olacağımı vəd etdi. Komandanın bir neçə oyununa baxmışdım, analizlərim xoşuna gəldi, anlaşdıq. İndi məşqçilər korpusunu müəyyənləşdirməliyəm, daha sonra oyunçuları seçəcəm. Yaxşı futbolçular var, amma yenilərini də götürməliyik.
 
- Reynaldonun taleyini də siz həll etməlisiz.
- Onunla bağlı məsələ bir az başqa cürdü. Müqaviləsi davam edir, lakin onu alarkən səhv ediblər. “Qarabağ”dan gələn bu oyunçunun xroniki zədəsi var. Ümumiyyətlə, heyətdə 15-16 əcnəbi yığışıb, amma çempionatda 5 nəfərlik legioner limiti var. Bu üzdən klubu ziyana salmamaq şərti ilə onların bəziləri ilə vidalaşmalı olacağıq. Kimlərin gedəcəyi isə təkcə məndən asılı deyil – klubun da mənfəətlərini düşünməliyəm.
 
Hazırda A kateqoriyasına malik olan Asim bəy PRO-nu da oxumalıdı. Və qarşıdakı il ərzind bu çatışmalığı da yoluna qoyacaq. Amma onun əsas işi “Adanaspor”u hədəflərinə çatdırmaqdı. Bu qədər problemlərin, qadağaların fonunda çətin olacaq, amma cəhd etmək pis deyil. Əsas odur ki, İbrahimovun təcrübəsi, həvəsi və bacarığı var. Ölkəmiz adına Türkiyədə bu səviyyədə çalışacaq ilk məşqçini dəstəkləməkdən başqa yolumuz ola bilməz.
 
 
 
FƏRİD

 
tarix: 15-06-2017 14:43


 
Xəbər lenti
24.10.2017

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az