(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Futbol 90 yox, 60 dəqiqə ola bilər: İFAB-dan radikal ideyalar

Futbol 90 yox, 60 dəqiqə ola bilər: İFAB-dan radikal ideyalar

Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) dünyanın bir nömrəli idman növü ilə bağlı bir sıra radikal dəyişikliklər etməyi müzakirəyə çıxarmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, əsas təkliflərdən biri matçların 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi ilə bağlıdı. Bundan əlavə, korner və cərimə zərbəsini yerinə yetirən oyunçuların ötürmə vermədən topu birbaşa özünün oyuna daxil etməsi də müzakirəyə çıxarılacaq. 

Bu barədə ABŞ mətbuatına danışan İFAB direktoru David Elleray "Times"a açıqlamasında məlumat verib. O, futbol meydanlarında inqilabi dəyişikləri nəzərdə tutan bir sənəd hazırlandığını və təklif olunanların idarə heyəti tərəfindən dəyərləndiriləcəyini bəyan edib.

Gündəmə gətiriləcək maddələr arasında korner və cərimə zərbəsini yerinə yetirən oyunçuların ötürmə etmədən topu oyuna daxil etməsi, cərimə meydançasında qapıçıların geriyə ötürülən topa əllə müdaxiləsinin birbaşa penalti ilə cəzalandırılması, cərimə zərbələri zamanı topun durdurulmasına ehtiyac duymadan hərəkət edərkən də oyuna daxil edilməsi, penaltilər zamanı cərimə meydançasına digər oyunçular daxil olarkən qolun qeydə alınması kimi qayda dəyişiklikləri yer alır.

Ən diqqət çəkən məqam isə futbol matçlarının vaxtı ilə bağlıdı. Belə ki, yeni təklifə görə, matçlar 90 dəqiqə yox, 60 dəqiqə oynanılmalıdı. Sadəcə, top oyunda olmadığı dəqiqələr də hesablanacaq və əsas vaxta əlavə olunacaq. Məlum olduğu kimi, hazırda futbolda top oyunda olmadığı dəqiqələrdə vaxt dayandırılmır. Amma yeni ideyaya görə, saniyəölçən top oyunu tərk edən kimi dayandırılmalıdı və yalnız matç bərpa edildiyi halda işə düşməlidi. Bir sözlə, futbolda da hokkey və basketboldakı təcrübədən yararlanmaq qərarına gəliblər.


 
tarix: 18-06-2017 01:00


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az