(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”dən bir gündə iki məğlubiyyət

“Qəbələ”dən bir gündə iki məğlubiyyət

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində bu gün mini turnirdə iştirak edib. 

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb. Roman Qriqorçukun çalışdırdığı komanda hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçı “Vakker”ə qarşı keçirib. Ukraynalı mütəxəssis bu görüşdə aşağıdakı “11-liy”ə güvənib: 

Dmitri Bezotosnı, Voyislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Desmond Asare, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo.

Bu qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib – 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olub. 

Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. “Qırmızı-qaralar” matça bu “11-lik”lə çıxıb: 

Dmitri Bezotosnı, Voyislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Filip Ozobiç, Baqali Dabo. 

Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. 4-cü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurub.

Xatırladaq ki, iyunun 7-dən Avstriyada olan “Qəbələ” bunadək 2 yoxlama oyunu keçirib. Yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn komanda Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.


 
tarix: 18-06-2017 23:00


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az